Məktəb direktorunu döyən "Drakondan" xəbər var: İnsident zamanı ağır xəsarət alıb

Məktəb direktorunu döyən "Drakondan" xəbər var: İnsident zamanı ağır xəsarət alıb"Dolu" filmindən tanınan və sevilən məşhur aktyor, "Drakon" obrazını canlandıran Rza Rzayevlə problem yaşadığı məktəb direktoru arasında qalmaqal yaşanıb.

Hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş verib.

BiG.AZ Strateq.az-a istinadən xəbər verir ki,, 220 saylı məktəbdə təhsil alan 3 şagirdin valideyni və aktyor arasındakı məhkəmə çəkişməsinin növbəti iclasından əvvəl məhkəmənin qarşısına gələn əvvəllər 220 saylı məktəbin direktor əvəzi olan Tural Mirzəliyev və yaxın qohumu (qaynı-red.) tərəfindən aktyora qarşı ağır ifadələr işlədilib. Bundan sonra tərəflər arasında dava düşüb.

Məlumata görə, insident Nizami rayonu 25 saylı Polis Bölməsinin qarşısında da davam edib.

Belə ki, T.Mirzəliyevin yaxını bölmənin qarşısında aktyorun qohumlarına hücum ediblər, polisə dərhal məlumat verilib və həmin şəxs saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman bir ədəd soyuq silah aşkarlanaraq götürülüb.

Binəqədi rayon Polis İdarəsi rəisinin keçmiş müavini Məlik Dadaşlının oğlu olduğu deyilən həmin şəxsin T.Mirzəliyevin qaynı tərəfindən hadisə yerinə çağırıldığı bildirilir.

Rza Rzayev baş verən hadisə ilə bağlı AFN-ə açıqlama da verib.

O deyib ki, sözügedən məhkəmə çəkişməsinin T.Mirzəliyevə heç bir dəxli yoxdur: "Proses mənim iddiam əsasında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə 220 saylı məktəbin 3 şagirdinin valideyninə qarşı keçirilir. İclasdan əvvəl hazırda 175 saylı məktəbdə direktor işləyən T.Mirzəliyev və qaynı həmin valideynləri avtomobillə məhkəmə qarşısına gətirmişdi. Bu hal ilk dəfə deyil. Artıq bu iş üzrə 4-cü prosesdir ki, eyni hal yaşanır. İclasdan əvvəl və sonra hər dəfə ünvanıma təhqir, hədə, sataşma tipli xoşagəlməz ifadələr səslənsə də, səbrimi toplayıb, problem olmamasına çalışmışam. Bu dəfə gələndə şəklini çəkdim ki, məhkəməyə təqdim edim, həm də prosesə aidiyyatı olmadığı halda, burda nə işinin olduğunu müvafiq qurumlara araşdırma üçün verim. Bundan öncəki proseslərdə də məhkəmə qarşısında olduğunu sübut edən fotolarını çəkmişəm.

Mənə maraqlıdır, məktəb direktoru iş saatında özünə dəxli olmayan məhkəmə prosesinə niyə qarışır? Bu gün saat 3-də proses olmalı idi, həmin saat faktiki olaraq T.Mirzəliyev üçün iş saatıdır. Həmin saatda o, hansı icazə əsasında məhkəmənin qarşısında idi? Bütün bunların araşdırılmasını mediadan xahiş edirəm".

Qeyd edək ki, bir sıra KİV-lərdə guya təkcə T.Mirzəliyevin xəsarət alması haqda məlumat yayılıb. Lakin R.Rzayev də insident zamanı ağır xəsarət alıb. Onun sağ qolu biləkdən çatlayıb, sağ gözünün ətrafında xəsarət izləri var. Aktyorun qoluna 3 saylı Şəhər Klinik Xəstəxanasında gips qoyulub.

R.Rzayev sabah tomoqrafiya olunması üçün başqa xəstəxanaya gedəcəyini bildirib.

Məlumat üçün onu da bildirək ki, T.Mirzəliyev də tibbi yardım üçün 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1016   Tarix: 21 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 236
.

Motosiklet istehsalı müəssisəsində yanğın olub - VİDEO

Adanada motosiklet istehsalı müəssisəsində yanğın olub. BİG.AZ xəbər verir ki, yanğının baş vermə səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hadisə nəticəsində ölən olmayıb. Daha ətraflı olaraq videonu təqdim edirik:

03.05.2024 201
.

Sərnişin avtobusu aşdı: 34 nəfər yaralandı

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi məlum deyil. Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma davam edir

03.05.2024 176
.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

03.05.2024 346
.

Murad bu kanalda xəbər aparıcılığına başladı

Aparıcı Murad Əzimzadə xəbər aparıcılığına başlayıb. OLAY yazır ki, o, çalışdığı "Space" kanalında xəbərlərin əsas buraxlışı ilə izləyici qarşısına çıxıb. Əzimzadə bu barədə feysbuk hesabında yazıb. "Qismətdə "Space Xəbər"in əsas buraxılışının aparıcısı olmaq da var imiş. Xəbə

03.05.2024 392
.

May ayında toy və nişan məclisləri nə üçün keçirilmir? - VİDEO

May ayında insanlar toy və nişan məclislərini keçirməyi təxirə salırlar. Halbuki aprel ayında şadlıq saraylarında yer tapmaq qəliz məsələ olur. Bir çox insan xeyir işlərinin may ayında düşməsini istəmirlər. Uzun illərə dayanan, heç bir dini və qanunvericliklə əsası olmayan bu ənənəyə insanlarımız əmə

03.05.2024 339
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

03.05.2024 261
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 667
.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

03.05.2024 178