Azərbaycanda sabiq nazirlərin milyardları geri qaytarılacaqmı?

Azərbaycanda sabiq nazirlərin milyardları geri qaytarılacaqmı?Azərbaycanda vəzifədən çıxarılan bir sıra yüksək rütbəli sabiq məmurların, nazirlərin topladıqları var-dövlət, gözqamaşdıran sərvət gündəmin əsas müzakirə mövzusudur.

BiG.AZ qaynarinfo.az -a istinadən bildirir ki, onların əksəriyyəti məhz vəzifədə olduqları zaman tutduqları postdan sui-istifadə edərək varlanıb, biznes imperiyası qurublar. Bəziləri vəzifəsini itirsə də, hələ də öz biznesini idarə edir. Onların qurduqları biznesin "sərhədləri" isə genişdir. Dünyanın əksər ölkələrində gəlir gətirən obyektləri, ticarət mərkəzləri var. Bizneslərinin ilkin qaynağı qaranlıq olsa da, "ilkin kapital"ın korrupsiyadan gələn pullar olduğu şübhəsizdir.

Hansısa sabiq nazirin irimiqyaslı ticarət layihələri üçün pulu təmiz yolla qazanması inandırıcı görünmür. Lakin qanunvericiliyə görə, dövlət qulluqçusu, məmur bizneslə məşğul ola bilməz. Digər tərəfdən buna hətta qanun imkan versə belə, həm məsul olduqları sahəyə, həm də biznesə eyni zamanda vaxt çatdırmaq çətindir. Bu halda ictimaiyyəti bir sual düşündürür - sabiq nazirlər cəzalandırılacaq, ölkədən qanunsuz olaraq çıxarılan milyardlar qaytarılacaqmı? Əslində onların özlərini də bu sual az düşündürmür. Bilirlər ki, bir gün onlardan qanunsuz yollarla topladıqları var-dövlətin hesabı soruşulacaq. Elə buna görədir ki, topladıqları "çirkli pullar"ı xaricə köçürüb, müxtəlif sahələrə sərmayə qoyublar.

Məsələn, keçmiş nəqliyyat naziri Ziya Məmmədov hələ vəzifədə olarkən Türkiyədə biznes şəbəkəsinə sahib idi. Sahibi olduğu "Garant Holding" Türkiyədə də fəaliyyət göstərir və xüsusilə də turizm sahəsində aktivlik nümayiş etdirirdi. Vəzifədən çıxarıldıqdan sonra Ziya Məmmədov Azərbaycanda fəaliyyətinə demək olar ki, son qoydu. Yayılan məlumatlara görə sabiq nazir bütün biznesini ölkədən çıxarıb. Azərbaycanda yerləşən "Garant Holding"in balansında olan hetollər, restoranlar, digər iaşə obyekləri və hətta şirkətin baş ofisi satılıb. Qeyd edək ki, rəsmi məlumata görə, "Garant Holding"in baş ofisi şirkətin banka olan 30 milyon borcun müqabilində alınıb. Ziya Məmmədov hətta "krişalıq" etdiyi media qurumlarını da ölkədən çıxarmaq istiqamətində müəyyən fəaliyyət göstərib. O, biznesini ölkədən çıxarmaqla əslində yığdıqlarını qorumağa çalışır.
Ziya Məmmədovun yaxın qohumları da biznesini ölkədən çıxarıb. Sabiq nazirin qudası, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov artıq 7 aydır ki, postundan kənarlaşdırılıb. Kreslonu tərk edən kimi onun ölkəni də tərk etməsilə bağlı məlumatlar yayılıb. Qızının Türkiyədə böyük biznes şəbəkəsi olduğu da yayılan məlumatlar sırasındadır. Həmin məlumatlara görə, Heydər Əsədov Türkiyədə böyük tekstil şirkətinə sahibdir.
Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbəri Eldar Mahmudov da oliqarxlaşmış məmur kateqoriyasına aiddir. Doğrudur, onun biznesi haqqında konkret məlumatlar yoxdur. Amma sabiq MTN şefinin avtomobil salonları, restoranları və hotellərinin olduğu məlumdur. Təsədüfi deyil ki, E.Mahmudovdan şikayət edənlər əsasən iri biznesmenlərdir. Onlar sabiq MTN şefinin özünü onlara məcburi ortaq etməsindən şikayətçidirlər. Ölkədən ən çox pul çıxaranın da Eldar Mahmudov olduğu deyilir. E.Mahmudov qudası Cahangir Hacıyevin vasitəsilə ölkədən bir neçə milyard manat çıxarmasına dair iddialar artıq ortadadır. Qeyd edək ki, hazırda həbs həyatı yaşayan C.Hacıyev bank rəhbəri olub və onun bu qədər pulu sabiq MTN şefinin xəbəri olmadan ölkədən çıxarması inandırıcı görünmür. E.Mahmudovun "xeyir-duası" olmadan C.Hacıyev buna risk edə bilməzdi. Ona görə də Cahangir Hacıyevin ölkədən çıxardığı və hazırda həyat yoldaşı Zamirə Hacıyevanın Londonda geninə-boluna xərclədiyi milyardlar həm də qudası Eldar Mahmudovla birgə topladıqlarıdır.
Keçmiş nazirlər Fazil Məmmədov, Səlim Müslümov və Əli Abbasovun da adı oliqarxlaşmış məmurlar sırasında çəkilir. Fazil Məmmədov ölkənin ən böyük holdinqlərindən biri olan "AtaHolding"in sahibi olub. Holdinqin balansında bank, sığorta şirkətləri, hotellər, restoranlar, tikinti və digər bir çox sahələri əhatə edən şirkətlər var.
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə 2 milyard dövlət vəsaiti mənimsəməkdə günahlandırılırdı.
Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun isə özünün dediyinə görə, 1 aylıq xərcləri 300 min manat olub. Nazir maaşı ilə bu qədər vəsait xərcləmək mümkün olmadığı üçün Ə.Abbasovun da qazancının fərqli ünvanlardan gəldiyi istisna deyil.
Ölkənin ən gənc oliqarxlarından biri də Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının (Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə bu vəzifə ləğv olunub - müəl.) sabiq sədri Rüfət Aslanlıdır. Onun dəyəri milyonlarla ölçülən bahalı avtomobil və saat kolleksiyasına sahib olduğu bildirilir. Tutduqları vəzifədən sui-istifadə edib varlanmış sabiq nazirləri hansı aqibətin gözlədiyini indidən demək çətindir. Həmçinin onların qanunsuz yollarla əldə etdikləri milyardların geri qaytarılması ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Bu versiyalardan hansının doğru olacağını isə zaman göstərəcək.
Azərbaycanda sabiq nazirlərin milyardları geri qaytarılacaqmı?Azərbaycanda sabiq nazirlərin milyardları geri qaytarılacaqmı?Azərbaycanda sabiq nazirlərin milyardları geri qaytarılacaqmı?Azərbaycanda sabiq nazirlərin milyardları geri qaytarılacaqmı?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1151   Tarix: 14 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25.04.2024 380
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

25.04.2024 366
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

25.04.2024 132
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25.04.2024 511
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

25.04.2024 98
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 133
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 276
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

25.04.2024 173
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

25.04.2024 221