Köçkünlərin yaşadığı bina yandı - Komitə sədri hadisə yerində

Köçkünlərin yaşadığı bina yandı - Komitə sədri hadisə yerindəBinəqədi rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı sanatoriya binasında baş verən yanğınla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən siyahıya alınma aparılır, yanğın nəticəsində müvəqqəti yaşayış yerindən məhrum olan 46 ailəni kirayə mənzillərdə yerləşdirmək qərara alınıb.

Komitədən BiG.AZ-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən müvəqqəti sığınacaq üçün 15 çadır quraşdırılıb, yataq dəsti və müvafiq avadanlıqlarla təchiz edilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən yanğının başvermə səbəbləri araşdırılır. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

Qeyd edək ki, noyabrın 13-də səhər Binəqədi rayonunun Məmməd Əmin Rəsulzadə qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı sanatoriya binasında yanğın baş verib. FHN Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. FHN-nin məlumatına görə, ümumi sahəsi 3600 kvadratmetr olan binanın üçüncü mərtəbəsində otaqların və taxta arakəsmələrin 132, dəhlizin 168, dam örtüyünün isə 20 kvadratmetrlik hissəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən alov söndürülüb.

Yanğın nəticəsində 46 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış sahəsi yararsız vəziyyətə düşüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1125   Tarix: 13 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Greencard" qalibləri başlanğıcda kuryer,ofisiant kimi ağır işlərdə çalışırlar" - 2021-ci il qalibi

Yaxın günlərdə "Greencard" nəticələri açıqlandı. "Greencard" ABŞ-də işləmək və yaşamaq üçün verilən sənəddir. 2021-ci il "Greencard" qalibi Vüqar Məmmədli(ad şərtidir) -a bildirib ki, "Greencard" qalibi olmaq ABŞ-yə gedən kimi işlə təmin olunmaq demək deyil. 1

16:27 486
.

Mətanət Əsədova: "Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO

"Özümü sevirəm. Həyatım gözəllik, sevgi, eşq və Allahımla bağlıdır. Mənim heç kimdə gözüm yoxdur. Kim 10 dəfə ərə getdi, 20 dəfə boşandı, kimin milyonları var, axı bunlardan mənə nə? Bu kimi məsələləri oturub fikirləşdikcə insan çürüyər. Öz həyatımdan başqa məni kimsə maraqlandırmır. Heç kim! Məni

16:00 508
.

Bakıda kişi sevgilisinə "mənim olmalısan" deyib qanını tökdü

Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən "Sahil bağı" parkında "yox" cavabı aldığı üçün sevdiyi qızı bıçaqlayan şəxsə hökm oxunub. "Qaynarinfo"nun məlumatına görə, 1997-ci ildə Şəki şəhərində anadan olmuş Sadıq Hüseynovun (soyad şərti) cinayət işinə Bakı Ağır Cinayətlə

10:45 503
.

Ögey atasını öldürmüşdü, cəza verilmədi

Ögey atasını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Elgün Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan araşdırma zamanı müttəhimin hadisəni törədərkən anlaqsız vəziyyətdə olması sübut olunub. Prokuro

12:23 605
.

DİM sədri: Kütləvi imtahanları da elektron formata keçirəcəyik

Dövlət İmtahan Mərkəzinin (DİM) yeni istifadəyə verilən elektron imtahanlar korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər. BİG.AZ report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər

12:12 310
.

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, qəzaya səbəb uçuş zamanı yaranan problem olub. Bu barədə Sinqapur Müdafiə Nazirliyini açıqlama yayıb. Təyyarə havaya qalxdıqdan qısa müddət sonra Tengah Hava Bazasında qəza edib. Hadisə zamanı pilot xilas edilərək xəstəxaya yerləşdirilib

13:16 109
.

Tamstore marketlər şəbəkəsi "Bu qiymətlər bir daha olmayacaq" kampaniyasına start verib

Hər zaman endirim kampaniyaları ilə gündəm yaradan Tamstore Marketlər Şəbəkəsi bu dəfə "Bu qiymətlər bir daha olmayacaq" kampaniyasına start verib. Marketlər şəbəkəsinin bütün filiallarında 8-14 may tarixi aralığında 500 dən çox məhsulda 70 faizə qədər endirim müştərilərini gözləyir. Endirimlə

13:00 330
.

Qələbə Gününün havası

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağış günün ikinci yarısında tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

14:51 248
.

Bu ailələrə 120 manat uşaqpulu VERİLƏ BİLƏR! - AÇIQLAMA

İllərdir Azərbaycanda ən aktual məsələlərdən biri uşaqpulunun bərpasıdır. Uşaqpulu əsasən dövlət tərəfindən ailələrə övladlarının ehtiyaclarını qarşılaması üçün verdiyi bir müavinət növüdür. Bu yardım əsasən dünya ölkələri və qonşu dövlətlərdə maddi cəhətdən problemli olan, uşaqların daha sağlam böyüməs

11:27 805