Rianna "Victoria’s Secret"ə qarşı: brend üzr istədi - FOTOLAR

Rianna "Victoria’s Secret"ə qarşı: brend üzr istədi - FOTOLARDünyaca məşhur amerikalı müğənni, 30 yaşlı Rianna populyar "Victoria's Secret" brendinin "Victoria's Secret Fashion Show"sunda transgender və plus-size modellərin iştirak etməmələrini sərt tənqid edib.

Rianna ona məxsus "Fenty x Savage" brendinin debüt kolleksiyasının nümayişinə ən müxtəlif modelləri, o cümlədən hamiləliyin son ayında olan Slik Vudsu dəvət etmişdi.

"Victoria's Secret"in məxsus olduğu "L Brands" şirkətinin baş marketoloqu, 70 yaşlı Ed Razek "Vogue" jurnalına verdiyi müsahibəsi ilə qalmaqal yaradıb.

O deyib: "Biz məşhur, illik şoumuza cinsini dəyişmiş kök modelləri və ya transgender modelləri dəvət etmək niyyətində deyilik. Bunu etməliyikmi?! Düşünürəm ki, yox. Niyə yox? Çünki şoumuz fantaziyadır. Şoumuz 42 dəqiqə davam edən sırf əyləncədir. Yaxın gələcəklə bağlı planlarımızda şouya kök, plus-size modelləri dəvət etmək niyyətində deyilik. Kök qadınlar üçün "Lane Bryant" brendimiz var. O brend plus-size modellərlə şoular keçirir, kök qadınlar üçün alt paltarı satır. Kök modellərlə televiziya şousu etmək istədik, amma bu, 2000-ci ildə kimsəyə maraqlı olmadı. İndi də heç nə dəyişməyib".

Razekin açıqlamaları sosial şəbəkələrdə qəzəblə qarşılanıb. Rianna da İnstagram-da Razekin tənqid olunduğu postlara "like" qoyur, "Fenty x Savage" dizaynerlərini tərifləyir.

Model Kendal Cenner də "Victoria's Secret"i tənqid edib, transgender model Ancey Pejiçin şouya qatılmasını istəyib.

Qalmaqalın böyüdüyünü görən "Victoria's Secret" brendi İnstagram-dakı profilində Ed Razekin açıqlamalarına görə üzr istəyib.

mənbə: milli.az
Rianna "Victoria’s Secret"ə qarşı: brend üzr istədi - FOTOLARRianna "Victoria’s Secret"ə qarşı: brend üzr istədi - FOTOLARRianna "Victoria’s Secret"ə qarşı: brend üzr istədi - FOTOLARRianna "Victoria’s Secret"ə qarşı: brend üzr istədi - FOTOLARRianna "Victoria’s Secret"ə qarşı: brend üzr istədi - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1392   Tarix: 13 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262