Klipdə içki göstərmək olmaz deyənlərə peşəkarlardan CAVAB

Klipdə içki göstərmək olmaz deyənlərə peşəkarlardan CAVABTanınmış ifaçı Şəbnəm Tovuzlunun "İndi necəsən mənsiz" adlı yeni mahnısına çəkilən klip mətbuat konfransında təqdim edilib.

BiG.AZ xeberchi.az-a istinadən xəbər verir ki, mətbuat konfransı zamanı bildirilən iradlardan biri də rejissor Şahanə Ayazqızının klipdə içki, qumar səhnələrinin açıq göstərilməsi olub. Jurnalistlərdən bəziləri qeyd edib ki, bu o deməkdi ki, klipdə xeyirsiz, pis vərdişlərə istək təbliğ olunur. Bəziləri isə əksinə klipin mini film olduğunu və reallığı tam əks etdirmədiyini bildirib. Fikir ayrılığı rejissoru özündən çıxarıb: " Mən özüm dinimdə, namazımda olan şəxsəm. Heç vaxt haram nəyəsə təbliğat aparmaram. Sadəcə klipdə mən qumar, içki, siqaretin insan həyatını məhv etməsini göstərmişəm. Ayrılan kişi ya xəyanət edir ya da ki, içir və çəkir. Bu reallıqdı. Klip də mini filmdi, reallıq deyil".

Bəs görəsən peşəkarlar bu barədə nə deyir ?

Rejissor Nail Naiboğlu: " Şəhanə gəncdir. İstedadlıdır. Uğur arzu edirəm. Pis klip deyil. Hər klip çəldikcə təkminləşir. Qaldı klipdə içki, siqaret məsələsinə mən çəkdiyim kliplərdə də minlərlə belə səhnələr var. Bu təbliğat yox olanı göstərməkdi. Klipdə kişi və qadın cinsiyyət orqanını belə göstərmək olar. İstəyir belə çəkir, məhdudiyyət yoxdu. Amma TV kanalına təqdim olunanda artıq o səhnələrin üzəri bağlanır".

Xalq artisti Nazpəri Dostəliyeva: " Şəhanə çox istedadlı xanımdı. Qabililiyyətli, bacarıqlıdı. Şahanə hansı müğənni ilə işləsə onu yüksəklərə qaldırır. Hər halda o, məndən dərs alıb. Şahanənin bir üstün cəhəti də onun müəlliminin peşəkar biri olmasıdır. O, ustad rejissorlardan dərs alıb. İstər toy mərasimləri, istər səhnə olsun, Şahanə mənlə işləyib, peşəkarlığımdan faydalanıb. Şahanənin bu gün çəkdiyi klip müzakirələrə səbəb olubsa gələcəkdə mütləq yüksək səviyyədə təşkil olunan işlərindən danışılacaq".

Prodüser Tarix Əliyev də klipdəki siqar, içki səhnələrinə görə Şəhanəni qınayanların ünvanına sərt sözlər ünvanlayıb: "Aygün Kazımova, Faiq Ağayev kimi xalq artistlərinin kliplərində içki də, siqaret də, ssenariyə uyğun olaraq fahişəlik də, yataq səhnələri də təsvir olunub. İndi adi siqaret səhnəsinə görə Şəbnəmi qınamaq nə dərəcədə düzgündür? Azərbaycanda kifayət qədər izlənilən və bəyənilən "Təhminə və Zaur" kinosunda da yataq səhnələri var, fahişəlik də təsvir edilib. Sevgilisindən ayrılan bir kişinin "İndi necəsən mənsiz?" klipində təsvir olunmuş bir halı nə ola bilərdi? O vəziyyətə uyğun olaraq ya içki içməli, ya da siqaret çəkməlidir. Bunu dərk etmək çox çətindir? Nə etməlidir? "Heç nə, "bambılı" kimi oturmuşam" deməli idi? Türkiyədə siqaret və ya içki səhnələri efirə verildikdə üzəri bağlanır. Azərbaycanda da elə. Şəbnəmin klipində heç bir qəbahət yoxdur. Narkomaniyanı təbliğ etmir ki... bu təbliğat yox tənqid idi".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1483   Tarix: 12 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042