Moskvada ermənilərlə azərbaycanlılar arasında kütləvi dava düşdü FOTO+VİDEO

Moskvada ermənilərlə azərbaycanlılar arasında kütləvi dava düşdü FOTO+VİDEOMoskvada "ACB 90" qarışıq əlbəyaxa döyüş (MMA) turnirində azərbaycanlılarla ermənilər arasında dava düşüb.

BiG.AZ "virtualaz.org"- a istinadən xəbər verir ki, davaya səbəb erməni azarkeşlərin ənənəvi təxribatı olub.

Onlar yarışların keçirildiyi arenada "Dağlıq Qarabağ Respublikası"-nın bayrağını asıblar. Təbii ki, orada olan azərbaycanlı azarkeşlərə bu xoş gəlməyib. Onlar asayiş keşikçilərinə müraciət edərək, tanınmamış qurumun əski parçasını oradan götürməyi xahiş ediblər. Onlar buna söz versələr də, sözlərini yerinə yetirməyiblər. Nəticədə, azərbaycanlılar ermənilərin oturduğu sektora yönəliblər ki, bu "bayrağı" oradan götürsünlər.

Bundan sonra baş verənlər "VKontakte" sosial şəbəkəsindəki "MMA Azərbaycan" səhifəsində qeyd olunub. Həmin qeydləri ixtisarla və bir qədər redaktə ilə diqqətinizə çatdırırıq.
"Hər kəsin başa düşməsi üçün deyək ki, erməni tribunasına biz dar keçiddən daxil olduq və buna görə də, hamı birlikdə keçə bilmədi. Biz üç tərəfdən ermənilərlə əhatə olunmuşduq, onlar isə sadəcə dayanıb bizə tamaşa edirdilər. Bizimkilərdən biri içəri keçib "tetris-bayrağı" ("DQR"in bayrağındakı ağ rəngli fiqurlara görə onu belə adlandırırlar – red.) götürdü. Bu vaxt onlar başqa bayraqları götürərək həmin bizimkini döyməyə başladılar".

Bundan sonra davaya ikinci azərbaycanlı qoşulub. Ermənilərdən biri onu arxadan təpiklə vurub və əvəzində təpiklə sifətinə zərbə alıb.

"Daha sonra qardaşımız onu əzişdirməyə başladı. Əlbəttə ki, onu ermənilər dövrəyə alıb vurmağa başladılar. Bu səbəbdən bizimki döydüyü ermənini qolları ilə boğaraq aşağı tərəfə getdi və onunla özünü müdafiə etməyə başladı ki, başqalarının vurduğu zərbələri yumşaltsın. Erməni artıq özündən gedirdi ki, onlardan biri qışqırdı: "Ara, bəsdir".
Sonra bizimkilərdən daha bir nəfər ermənilərin arasına girib ki, dostlarını müdafiə etsin:

"O, sadəcə olaraq onları əzişdirməyə başladı. Adam kütlənin içinə girər-girməz dalaşmağa girişdi. Hazırlıqlı oğlan olduğundan zərbələri boşa çıxmırdı və elə ilk zərbədən bir erməninin burnunu sındırdı. Bizim tərəfdən elə bir xəsarət alan olmadı. Səbəbi isə sadədir: ermənilər heç aşağı düşmədilər ki, davaya girişsinlər. Eləcə yerlərindən qışqırır və ayaqları çatanda kiməsə təpik atırdılar. Yəni dalaşmağa qorxurdular. Amma yox, bir erməni özünü Həbib Nurməhəmmədov hiss edərək, beşinci sıradan birinci sıraya qədər tullandı və dəmir məhəccərə dəyərək, yerə yıxıldı. Yerə yıxılan kimi bizimkilər onu tapdalamağa başladılar və başqa ermənilər gəlib onu sürüyüb apardılar.

Daha bir maraqlı məqam. Bir keçəl erməni aşağı düşəndə bizimki onu keçəl başından vurmağa başladı və o, başını tutaraq özününkülər tərəfə girməyə çalışdı. Lakin ermənilər elə bildilər ki, bu adam azərbaycanlıdır və onu təpikləməyə başladılar.
Bundan sonra ora OMON girdi və bizimkiləri dəyənəklə döyərək oradan uzaqlaşdırdı. Onlar erməni tribunasının qapılarını bağladılar. Biz bildirdik ki, bayraq oradan çıxarılmayana qədər gedən deyilik. O vaxta qədər gözlədik ki, polis əməkdaşı gedib bayrağı götürdü, qatlayıb cibinə qoydu. Bundan sonra yerlərimizə qayıtmaq istədik. Lakin elə bir şey baş verdi ki, həmin axşamın bütün gedişatını 180 dərəcə dəyişdi.

Bizimkilərdən biri Azərbaycan bayrağını götürüb erməni tribunasına tərəf getdi, halbuki biz xəbərdarlıq etmişdik ki, ora dalaşmağa gedirik və bayraq götürmək lazım deyil. Lakin ara qarışıqlıqda bayrağımız o biri tərəfin əlinə keçdi. Bu məqam bütün zəhmətimizi yerə vurdu. O vaxt isə erməni tribunasında xeyli OMONçu vardı və ora girmək artıq mümkün deyildi.

Bu vaxt məlum oldu ki, ermənilərdən birinin telefonu bizimkilərin əlinə keçib və həmin an ikinci böyük səhv baş verdi: o, ermənilərə müraciət edərək dedi ki, kişisinizsə, telefonu götürün, amma əvəzində bayrağımızı qaytarın. Çünki erməni "əlbəttə, qardaş can" deyərək telefonu götürdü, amma bayrağımızı qaytarmadı. Beləliklə, bu Artur adlı şəxs öz həmyerlilərinin hamısını "nakişi" çıxardı".

Moskvada ermənilərlə azərbaycanlılar arasında kütləvi dava düşdü FOTO+VİDEOMoskvada ermənilərlə azərbaycanlılar arasında kütləvi dava düşdü FOTO+VİDEO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 921   Tarix: 12 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

16:23 119
.

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində

15:36 190
.

Bakıda FACİƏ: gənc qız 14-cü mərtəbədən yıxılıb öldü

Bakıda gənc qız hündürmərtəbəli binadan yıxılıb. -ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 22 yaşlı G. Abdullayeva binanın 14-cü mərtəbəsindən yıxılaraq, dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

17:33 123
.

Ağakərim bu qəbiristanlıqda dəfn ediləcək

Meyxanaçı Ağakərimin dəfn yeri və zamanı açıqlanıb. -ın məlumatına görə, onun yaxın dostu, meyxanaçı Ağamirzə Məmmədov açıqlamasında bildirib ki, mərhumun nəşi dekabrın 20-də Maştağa qəbiristanlığında torpağa tapşırılacaq

17:43 111
.

Paşinyan Rusiyadan Azərbaycan və Türkiyəyə gedən dəmir yollarının bərpasını xahiş etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan Azərbaycan və Türkiyəyə çıxışı təmin edən dəmir yolu xətlərinin bərpasını öz üzərinə götürməsini xahiş edib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Jurnalistlərlə söhbətində Paşinyan bildirib ki, rusiyalı həmkarlarında

11:24 181
.

"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI

Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl

18:03 50
.

Köhnə binalarda yaşayanların nəzərinə: "Ev pulu" artırılır?

Hazırda əmlak bazarında çoxmərtəbəli binaların idarə olunması iki yolla aparılır. Birincisi binanı tikən MTK, ikincisi isə Mənzil İstismar Sahələri tərəfindən. MİS-lər əsasən ötən əsrdə istismara verilmiş binalara xidmət edir. Baxmayaraq ki, Mənzil Məcəlləsində MİS-lərin fəaliyyəti ilə bağlı heç bi

10:16 259
.

Tez-tez ayaqyalın gəzdikdə orqanizminizdə nələr baş verəcək?

Ayaqyalın gəzmək sağlamlığı möhkəmləndirməyin sadə, lakin effektiv üsullarından biridir. xarici KİV-ə istinadla bildirir ki, bu vərdiş qan dövranını yaxşılaşdırır, ayaqaltındakı sinir uclarını stimullaşdırır, stressi azaldır və bədənin təbii duruşunun bərpasına kömək edir. Ayaqyalın gəzməyin faydaları

18:15 1
.

Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə "xidmətləri" qarşılığında nələr qazandırıb?

Vətənə xəyanət ittihamı ilə həbs olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin adamı olan Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana ekstradisiyası bir reallığı ön plana çıxardı. Heç kim törətdiyi əməllərə görə məsuliyyətdən yayına bilməz. -a istinadən xəbə

17:33 90
.

TOP MP3