Kimyaterapiyadan üzü şişdi, saçları töküldü, parik taxdı... - Amaliya Pənahovanın son rolu

Kimyaterapiyadan üzü şişdi, saçları töküldü, parik taxdı... - Amaliya Pənahovanın son rolu"Bakı balaca şəhərdir" deyirlər, amma bu balaca şəhərdə Amaliya Pənahova kimi nəhəng insanın Milli Onkologiya Mərkəzində müalicə almasını heç kim bilmədi.

BiG.AZ "report.az" -a istinad edərək ötən gün gün itirdiyimiz son canlı əfsanələrdən biri, Xalq artisti Amaliya Pənahova haqqında yazını təqdim edir.
Axır vaxtlar sosial şəbəkələr və saytlarda daha çox estetik əməliyyatlardan dəyişən görünüşü ilə müzakirə olunurdu. Amaliya Pənahova insanların yaddaşında gənc görünüşdə qalmaq üçün son 2 ildə bir neçə əməliyyat keçirmişdi. Estetik əməliyyatlarının hamısını uğurlu saymaq olmazdı.
Buna görə sosial şəbəkələrdə tənqidlər, mənfi rəylər, lağlağı, hətta təhqir yağışına da tutulurdu. Bu gün isə Xalq artistinin bir müddətdir, xərçəng xəstəliyindən müalicə aldığı, bunu ciddi-cəhdlə gizlətdiyi, elə bu xəstəliklə də dünyadan köçdüyü üzə çıxanda, son fotolarının gerçək siması adamı dəhşətə saldı.

Son fotolarda Amaliya Pənahova şişkin üzü, əlləri, bədəni ilə diqqət çəkir, tədbirlərə şinyon və pariklərlə qatılırdı. Lakin xəstəliyi barədə cəmiyyətdə məlumat olmadığından, onun bu addımları başqa cür yozulurdu. Halbuki indi şəkillərə diqqətlə baxanda parikin altında saç olmadığı aydın görünür.
"Bu yaşında bu nə parik, bu nə saçdır, bu qədər botoksmu olar, özünü nə günə qoyub" deyə gülüş hədəfinə çevrilən aktrisanın sən demə, əslində, saçları onkoloji müalicə məqsədilə aldığı kimyaterapiyalardan tökülübmüş və parikə möhtac qalıbmış, bütün yumşaq toxumaları şişibmiş, bənizi də həmin zəhrimara görə solubmuş. Lakin sağlığında heç kim buna fikir verməyib, heç kimin ağlına gəlməyib...

Demək, mərhum aktyor Fuad Poladovla eyni ildə, eyni xəstəlikdən itirdiyimiz Amaliya Pənahova ömrünün son aylarında da "rol oynadı". Xəstə olsa da sağlam, gündə bir estetik etdirib, cavanlaşmaq eşqinə düşən qadın rolunu ideal oynayaraq, tamaşaçılarını aldatmağı bacardı.
Onun diaqnozunun nə zaman qoyulduğu, neçə ay müalicə aldığı, hansı orqanında şiş tapıldığını, əməliyyat olub-olmadığını öyrənmək çətin olacaq. Çünki aktrisanın ailəsi bu barədə hələ də susur və bu, Amaliya Pənahovanın öz arzusu ilə sirr olaraq saxlanılır. Görünür, aktrisa xərçəngin ən ağır növü və gecikmiş forması ilə mübarizə aparıb.
"Bakı balaca şəhərdir" deyirlər, amma bu balaca şəhərdə Amaliya Pənahova kimi nəhəng insanın Milli Onkologiya Mərkəzində müalicə almasını heç kim bilmədi.

Bəs görəsən, hər tədbirdən sonra saytlarda yayılan şəkillərinə yazılan rəylərdən küsdümü, incidimi, ağladımı? Bəlkə də elə bu rəyləri görmək istəyirdi. Bəlkə də gülürdü. Estetik əməliyyat altında xərçəngi gizlədə bildiyi üçün özü ilə qürurlanırdı.

Bəs görəsən, hər şəklinin altında tənqid, təhqir döşəyən insanlar bu gün nə hisslər keçirir? Aldandıqlarının fərqinə vardılarmı, küyə getdiklərini anladılarmı, vicdanları sızladımı? Bundan sonra kim olursa-olsun görünüşünə görə lağ etməyə tövbə etdilərmi?


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1393   Tarix: 09 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BŞTİ-də vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ

04.08.2020 687
.

Pulsuz bonuslara sahib ən yaxşı oyunlar

Bildiyiniz kimi Azərbaycanda fəaliyyət göstərən onlarla oyun saytı, bukmeker kontoru var. Ümumiyyətlə real oyun ilə onlayn oyunnu bir-birindən ayıran əsas xüsusiyyətlərdən biri də bonuslardır. Onlayn oyunların real oyunlardan fərqli olaraq bonuslar təklif etməsi müştərilər üçün bir üstünlükdür. Telefonda

01.06.2021 886
.

Daha bir məhşur cütlük BOŞANIR

Məşhur dicey Doğuş Çabakçor və Begüm Yücel cütlüyü boşanıb. axşam.az-a istinadən xəbər verir ki, ayrılığa səbəb xəyanət olub. Çabakçor sosial şəbəkədə eyni anda 20 qızla birdən yazışıb. Begüm təsadüfən ərinin yazışmalarını tapıb. Aldadıldığı öyrənən kimi Yücel ərini evdən qovub. Daha sonra boşanmaq üçü

21.09.2020 565
.

Azərbaycanda qərargah rəisinin faciəli şəkildə ölümü ilə bağlı araşdırma başladı - FOTO

Xəbər verdiyimiz kimi, bu gün saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən "UAZ" markalı xidməti avtomobil qəzaya uğrayıb

20.07.2020 2697
.

Həyat yoldaşı Samir Piriyevdən boşanır: "Səbəbkar özüdür"

Son günlər müğənni Samir Piriyevin ailəsində baş verənlər gündəmdən düşmür. Özünü onun sevgilisi kimi təqdim edən qadın evinə hücum edərək ifaçının xanımı Anaraya xəsarət yetirib. Anara Piriyeva məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, boşanmalarına səbəb həmin qadın deyil:. "Onu

23.07.2020 11000
.

Rayonlara gediş-gəlişlə bağlı XƏBƏRDARLIQ

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxış qadağandır. Qadağalara nəzarət Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub. -a istinadən xəbər verir ki, bu barədə -a danışa

04.08.2020 3157
.

Ağır qəza törədən reperin qanında NARKOTİK AŞKARLANDI

Xəbər verdiyimiz kimi, Rusiyada "Elley" ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib. -a istinadən bildirir ki, hadisə ötən gün Moskvanın Ostojenko küçəsində baş verib. O, idarə etdiyi "Infiniti" markalı avtomobillə "Mercedes"lə toqquşub v

23.09.2020 1997
.

Bakı Olimpiya Stadionunun yaxınlığında yanğın

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafiz

21.09.2020 1812
.

Hot Shapers Neotex - Arıqlama jileti

Məhsul haqqında. Bu, sizə arıqlamağa kömək edən innovativ vasit' - Hot Shapers' arıqlamaq üçün jilet. Neotex, xətti və daxili temperaturu artıran, "ağıllı" parça texnologiyasının tətbiqi ilə hazırlanıb.Sizin gündəlik işlər ilə məşğul olaraq bədəninizin tər tökmək vasitəsiylə artı

31.07.2021 296