"Eurovision-2019" müsabiqəsində 42 ölkə iştirak edəcək

"Eurovision-2019" müsabiqəsində 42 ölkə iştirak edəcək

Gələn il İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsində 42 ölkə iştirak edəcək.

Axşam.az müsabiqənin rəsmi saytına istinadla xəbər verir ki, yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq.

“Eurovision-2019” mahnı müsabiqəsinin şüarı “Dare to Dream” (“Arzularına sərbəstlik ver”) olacaq. İsrail bu müsabiqəyə ev sahibliyi etmək hüququnu “Eurovision-2018” müsabiqəsində müğənni Netta Barzilayın qələbəsindən sonra qazanıb.

Mahnı müsabiqəsində ölkəmizlə yanaşı, Albaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Ermənistan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Makedoniya, Almaniya, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Monteneqro, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna və Böyük Britaniya iştirak edəcək.

Xatırladaq ki, “Eurovision-2019” müsabiqəsində Azərbaycanın da iştirakı sentyabrın 18-də elan olunub.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 388 Tarix: 08.11.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol