"Bakıdan Dubaya yarımlüt şəkillər göndərir, qiymət danışırlar" - Sənət aləmindəki "ARADÜZƏLDƏNLƏR"

"Bakıdan Dubaya yarımlüt şəkillər göndərir, qiymət danışırlar" - Sənət aləmindəki "ARADÜZƏLDƏNLƏR"Son vaxtlar adı krimanogen hadisələrdə hallanan, dələduzluq, insan alverinə görə həbsə düşən sənət adamlarının sayı artmaqdadır.

Maraqlısı budur ki, bu cür insanlar mütəmadi olaraq, efirlərdə müxtəlif müzakirələrdə iştirak edir, hətta sadə vətəndaşlara televiziyadan məsələhətlər də verir, az qala dərs keçirlər. Ailəsi olmayan ailə dəyərlərindən, əxlaqı olmayan əxlaqdan, şərəfi olmayan şərəfdən, vicdanı olmayan vicdandan, övladının harada necə böyüməsindən xəbəri olmayanlar atalıq-analıqdan dəm vurur...

Sənət aləmindən olan kəslərlə bağlı sonuncu belə hal oktyabrın 30-da Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə baş verib. Belə ki, Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilən tanınmış prodüsser Təranə Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib.

"Qadınlar çox vaxt aldadılaraq, fahişəliyə cəlb olunur"

BiG.AZ xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan keçmiş kriminalist Mahmud Hacıyev problemin kökünü açmağa çalışıb. O, indiki situasiyanı Sovet dövrü ilə müayisə edib:

"Sovet dövründə və müstəqilliyimizin ilk illərində belə hallar yox idi. Çünki sərhədlər bağlı idi. Necə deyərlər, sərhəddən uçanda quş da qanad salırdı. 15 müttəfiq respublika üçün xaricə çıxış bağlı idi. Bu, məsələyə böyük təsir edirdi. Hətta cinayət qanunvericiliyində insan alverilə bağlı xüsusi maddə yox idi. İndiki halda bunu məcazi anlamda "texnoloji cinayət" maddəsi də adlandırmaq olar. Müstəqillik əldə ediləndən sonra sərhədlər açıldı, mobil telefonlar, internetə çıxış imkanları yarandı, müxtəlif sosial şəbəkələr - "Facebook", "Whatsapp" açıldı. Nəticədə insanların bir-birilə ünsiyyət asanlaşdı, hər şey əlçatan oldu. Sərhədlər açılandan sonra Azərbaycanın xaricə giriş-çıxış üçün 8 qapısı oldu. Bütün bunlar belə cinayətlərin artmasına mütləq təsir göstərdi. İnsan alveri necə başalyır? Qadınlar bəzən könüllü, bəzən də aldadılaraq iş, yaxud hansısa bir məsələ üçün xaricə aparılır. Sonradan məlum olur ki, xaircə aparılan qadınlar cinsi istismara məruz qalır, fahişəliyə cəlb olunur, yaxud qul kimi onların əməyindən geniş istifadə edilir".

"Bəziləri burda oturub xaricdəkinə müxtəlif pozada şəkil göndərir"

Keçmiş polis zabiti bildirir ki, texnologiya insan alveri cinayətlərinin artmasında böyük rol oynayır:

"Sual oluna bilər niyə? İnsanlar başqa-başqa ölkələrdə oturub bir-birinə müxtəlif pozalarda çəkilmiş şəkillərini, "20 voltluq faza" göndərir. Bu cür əlaqələr məhz bu maddə üzrə cinayətlərin artmasına təsir göstərir. Belə halların artımından sonra anladılar ki, Cinayət Məcəlləsində boşluq var. Ona görə də qanunvericiliyə belə bir maddə əlavə elədilər. Amma insan alverilə bağlı maddənin əlavə olunması, yaxud hansısa əmələ görə cəza tətbiq edilməsi o demək deyil ki, sən onun qarşısını alırsan. Stalin dövrünün şüarı idi ki, "maddə nə qədər çox, cəza nə qədər yüksək olarsa, həmin əməlin qarşısını almaq olar".

Maddələrin sayını artır, lap cəza müddətini də artır, 1 il vermə 18 il ver, sürgün elə, dəxli yoxdur bunlar baş alıb gedəcək. Çünki problemin həlli bu deyil. Belə əməllərdə insan faktorunu əsas götürmək lazımdır. İnsanları buna təşviq edən psixologiyasıdırmı, onun tərbiyəsidirmi, intellektidirmi, ailəsindən gördüyü tərbiyəsidirmi, onun sosial-iqtisadi problemləridirmi və s. Yalnız bu kontekstdən yanaşdıqda, sayda azalmaya nail olmaq mümkündür".

"Televiziya sirk arenası deyil"

M.Hacıyev mütəmadi olaraq sadə vətəndaşa insanlıq, ləyaqət "dərsi keçən" "sənətçilər"in efirə buraxılmasında telekanal rəhbərlərini ittiham edib:

"Telekanallar yeniyetmələri, gəncləri, qızları, oğlanları formalaşdırmaq niyyətilə verilişlər hazırlaya bilmir. Bütün telekanalların əsas məğzi yüngül, bayağı şoulardır. Bununla da insanların başını qatırlar. Həmin bayağı şoulara da yaxşı intellekti, millət arasında sözünün kəsəri olan, şəxsiyyət kimi tanınan xadimləri dəvət etmirlər. Bu gün efirlərə intellektdən uzaq, ayağı "sürüşkən", xaricə meylli olan adamlar dəvət olunur. Belələri efirə çıxanda onu tanıyanlar da deyir ki, "biz bunu tanyırıq nə yuvanın quşudur, çıxıb bizə vicdandan, əxlaqdan dərs deyir". Bu da telekanal rəhbərlərinin günahıdır.

İnsan faktorunu formalaşdırmaq üçün özünün intellekti, tərbiyəsi aşağı olanlardan istifadə etmək lazım deyil. Şou məqsədilə olar. Axı telekanal sirk arenası deyil, milyonlarla insan baxır. Şounun gücünə bunun kimiləri efirə çıxarırlar, sonra da məlum olur ki, sən demə insan alverilə məşğuldu, priton saxlayır və s.

Mən həmişə cəzanın qarşısını almaqdan ötrü maddələrin sayının artırılması, müddətin uzadılmasının əlyehinə olmuşam. Çünki bununla problemi həll etmək mümkün deyil".

"Bu gün efirə kişiliyi şübhə altında olanlar çıxarılır"

Keçmiş kriminalistin sözlərinə görə, bu gün kişiliyi şübhə altında olanlar efirlərin bəzəyidir:

"Şəxsiyyətli oğlanlar efirə çıxmır, dəvət etmirlər, ya da onların söz deməsi üçün şərait yaratmırlar. Bu yaxınlarda gözəl sənətkarımız Rasim Balayev çıxmışdı efirə, o qədər gözəl fikirlər səsləndirdi ki... Belə insanlara meydan vermək lazımdır. Çıxmırlar. Bunun günahı nə sizdə, nə məndədir. Telekanalın rəhbərliyi var, telekanallara nəzarət edən qurum var, verilişləri hazırlayanlar var. Bu gün hamı şou dalınca qaçır, fikirləşən yoxdur ki, millət məhv olub gedir, fahişəlik günü-gündən artır. Bunu demək lazımdır. Niyə Dubaydan, İtaliyadan, Türkiyədən Azərbaycan gəlinin, qadının səsi gəlsin?! Qabaq niyə yox idi? Bunları araşdırmaq lazımdır. Bilirsiniz, bütün bunlar həll olunması vacib sayılan sosial probemdir. Texnologiyanın inkişafının qarşısını ala, əlaqələri kəsə bilmərik. Əvvəllər internet yox idi, indi var, əvvəl "votsap" yox idi, indi var. İndi fahişəlik edənlər Dubayla əlaqə saxlayır, o buna poza göndərir, bu ona poza göndərir. Bir az da ayağı "sürüşkən", o işlərə meyllidirsə... Dərhal bilet alınır, "gələndə filan nömrəylə əlaqə saxla, filankəs qarşılayacaq", vəssalam. İki gün içərisində məsələ həll olunur. O qadına kim deyir ki, Dubaydakı ilə danış, özünün 8 "vid"də, yarımlüt şəkillərini göndər, gör filankəsin xoşu gələcəkmi? Lap deyirsə belə, öz ağlı haradadır? Bu "texnoloji cinayətdir", qarşısını texnologiyanın inkişafını dayandırmaqla olmaz. İnsanları, beyinlərdəki düşüncələri dəyişdirmək lazımdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1778   Tarix: 02 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544