Orifleym Azərbaycan – 20 illik tarixi olan uğur

Orifleym Azərbaycan – 20 illik tarixi olan uğurDünyaca məşhur olan "Orifleym" şirkətinin 20 illik fəaliyyəti ilə bağlı Bakıda mətbuat konfransı keçirilib.

Konfransda marketinq və satış dəstəyi üzrə direktor Durdanə Bağıyeva, Cənubi Qafqaz üzrə vitse-prezident və Azərbaycan üzrə icraçı direktor Kemal Kaya və İsveçin Azərbaycandakı səfiri Kristian Kamill iştirak etdilər.

Konfransda şirkətin 20 il ərzindəki fəaliyyəti , görülən işlər barədə məlumat verilib.

D.Bağıyeva çıxışında Orifleym şirkətinin İsveç şirkəti olaraq, 50 illik bir tarixə malik olduğunu vurğuladı. Azərbaycanda Orifleym şirkəti rəsmi olaraq 1998-ci il, fevralın 9-dan fəaliyyətə başlayıb. Şirkət, demək olar ki, uğurlu yol keçib. Avropa şirkəti olaraq ilk dəfə birbaşa satış şirkəti kimi Azərbaycan bazarına daxil olub.

Həmçinin, Orifleym şirkətinin Qafqaz ölkələri üzrə vitse-prezidenti Kemal Kaya Orifleymin bu il Azərbaycanda 20 illiyinin, dünyada isə keçən il 50 illiyinin qeyd edildiyini bildirdi. Kemal Kaya Orifleym şirkətinin yaradılma tarixi ilə bağlı danışarkən dedi ki, Orifleym şirkətini əsası 1967 – ci ildə İsveçdə " Qrand" oteldə qoyulub: " O zaman Af Yoknik qardaşları şəxsi biznesə başlamağa və dünyanın istənilən ölkəsindən olan qadınların əldə edə biləcəyi məhsul istehsal edən kosmetik şirkət yaratmağa qərar veriblər. Beləliklə, Orifleym yaranıb. Artıq 50 il keçib və o gündən bəri şirkət daim inkişaf edərək böyüyüb. Bu gün dünyada böyük şirkərlərdən biri olduğunu görürük. Orifleym artıq dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq birbaşa kosmetik satış şirkətidir. 3 milyondan artıq məsləhətçi Orifleymlə əməkdaşlıq edir, şirkətin illik dövriyyəsi isə 1,4 mlrd avroya yaxındır. Şirkətin öz fabriklərinin yerləşdiyi ölkələr Rusiya, Polşa, Çin və Hindistandır".

1967-ci ildə af Yoknik qardaşları şəxsi biznesə başlamaq və dünyanın istənilən ölkəsindən olan qadınların əldə edə biləcəyi məhsul istehsal edən kosmetik şirkət yaratmağa qərar verdilər. Beləliklə, Orifleym yarandı! Artıq 50 il keçib. Bu gün şirkət dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq birbaşa kosmetik satış şirkətidir. Müasir texnologiyaların istifadəsi ilə yaradılmış təbii, qabaqcıl, isveçsayağı kosmetikadan ibarət geniş məhsul çeşidimizi Orifleymlə əməkdaşlıq edən məsləhətçilərdən ibarət satış gücü dünya bazarlarında satır.

"Orifleym pul qazanmağa başlamaq, arzu və planlarını həyata keçirmək istəyən insanlara öz biznesi ilə məşğul olmaq imkanı yaradır. Bu gün qazan və sabah arzularını həyata keçir™" bizim biznes konseptimizdir", deyə o vurğulayıb.

Tədbirdə Orifleymin kosmetik məhsulları ilə bağlı bir çox videoçarxlar nümayış olundu. Həmin məhsullar haqqında Orifleym şirkətinin Marketinq və Satışa Dəstək şöbəsinin rəhbəri Dürdanə Bağıyeva ətraflı məlumatlar verdi:

"Biz də qürüq duyuruq ki, İsveç şirkəti olan Qrifleyimin əməkdaşlarıyıq. Bizim üçün gözəllik bir həyat yoludur. Gözəllik deyəndə biz həm dekorativ kosmetikanı, həm dəriyə qulluğu, həm də vücudumuzu qidalandıracaq düzgün qidaları nəzərdə tuturuq. Hər 3 xətt Orifleymdə öz məhsulları ilə əhatə olunub. Gözəllik üçün istifadəçiyə ən birinci verilən məhsul "Zevan" dodaq boyasıdır. Bu brend əsas qlobal moda trendlərindən ilhamlanaraq yaradılıb. Bir çox beynəlxalq mükafatların laureatı olub. Biz həmçinin bir çox tanınmış brendlərlə əməkdaşlıq edirik. Dekorativ kosmetika olaraq, bir çox moda gecələrində məhsullardan istifadə olunur. Bunlar hər kəsə qürurla təklif edə biləcəyimiz dəriyə qulluq dəstləridir. Hər yaş kateqoriyası üçün biz onları təklif edirik. Gözəllik bizdə, sadəcə, xarici görünüş deyil, eyni zamanda bütün bu gözəlliyimiz daxili qidalanmadan irəli gəlir".

Birlik, Ruh və Ehtiras – Orifleymi möhtəşəm şirkətlərdən biri olmasına səbəb olan əsas dəyərlərdir. Onlara əsaslanaraq biz inamla gələcəyə baxır və digərlərinə də dünyanı yaxşıya doğru dəyişməyə kömək edə bilirik.

50 illik elmi istehsal tarixinə malik 100-dən çox alimdən ibarət müasir elmi-tədqiqat mərkəzimizin komandası yeni, bazar və istehlakçıların tələbatına uyğun qabaqcıl və müasir məhsulların istehsalı üçün fasiləsiz olaraq qüsursuz həll və texnalogiyalar axtarışındadır.
Hal-hazırda insanlar gözəlliyin – sadəcə kosmetika dolu bankalar olmadığını artıq anlamışlar. Müvafiq olaraq, "gözəlliyin daxilin və xaricin harmosniyası kimi" qəbul olunmasına doğru bir irəliləmə baş vermişdir. Bir isveç brendi kimi bizim üçün gözəllik hər zaman daha böyük anlam olmuşdur. Burada insanın həm necə göründüyü, həm də özünü necə hiss etdiyi çox vacibdir. "Həqiqi gözəllik – həm daxildən, həm də xaricdən daha yaxşıya doğru dəyişən bir həyat tərzidir".

Orifleym Azərbaycan – 20 illik tarixə malik uğur haqqında

Orifleym Azərbaycan şirkətinin əsası rəsmi olaraq 1998-ci il, fevralın 9-da qoyulub.
Zaman heç vaxt dayanmadığı kimi, bu 20 il ərzində Orifleym-Azərbaycan da onunla birgə ümumi məqsədə doğru irəliləyir: hər gün ətrafımızdakı insanların həyatını dəyişmək, onu daha yaxşıya doğru istiqamətləndirmək, arzuları həyata keçirmək fəaliyyətimizin əsasını təşkil edir.

Bütün bu illər ərzində Orifleymə inanan insanlar, bizə və bizim keyfiyyətimizə inananlar, bizim etdiyimizə inananlar və bizim gözəllik həyat tərzi kimi baxışımıza inanan insanlar bizimlə əməkdaşlığa davam etmiş, birgə inkişaf etmişdir.

2018-ci il Orifleym şirkəti üçün əlamətdar bir tarixdir: şirkət 20 illik yubileyini qeyd edir. Bu il Oriflame şirkətinin Azərbaycan bazarındakı uğurlu fəaliyyətinin 20 illiyini qeyd etdik, "Gözəl dəyişimlər" layihəsində dünyanı daha yaxşıya doğru dəyişmək yolları haqqında danışdıq, sübut etdik ki "həqiqi gözəlliyin yaşı olmur", sizinlə birgə "Həqiqi yay" yaşadıq.
Şirkət öz nailiyyətləri ilə qürur duyur və gələcəkdə öz müştəri və partyorları üçün daha cəzbedici, effektiv və maraqlı təkliflər hazırlamağı planlaşdırır.

20 illik tarixə malik uğur – bu sadəcə başlanğıcdır!

Şirkət haqqında faktlar

• Orifleymin təmsil olunduğu ölkələrin sayı-60-dan çox
• Orifleym əməkdaşlarının sayı- təqribən 7000
• Məhsul çeşidi- təxminən 1000 adda müasir təbii isveç kosmetikası
• Şəxsi fabriklərinin yerləşdiyi ölkələr- Russiya, Polşa, Çin və Hidistan

www.oriflame.az

https://www.instagram.com/oriflame_official_azerbaijan/

https://www.facebook.com/OriflameAzerbaijanOfficial

Orifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğur


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1164   Tarix: 29 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub"

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan qadın 45 dəqiqəlik reanimasiya tədbirlərindən sonra həyata qaytarılıb. Hadisədən sonra özünə gələn pasiyent yaşadıqlarından danışıb. Belə ki, altı uşaq anası Sevinc Əliyeva öd kisəsindəki daş səbəbindən əməliyya

01:19 371
.

Paytaxt restoranlarında Yeni il qiymətləri

Bəzi insanlar Yeni il gecəsini evdə yox, restoranlarda qeyd etməyi sevirlər. Bu baxımdan restoranların 31 dekabr gecəsi üçün qiymətləri daim maraq doğurur. Bakıda elə əyləncə mərkəzləri var ki, Yeni il gecəsi üçün bir nəfərlik qiymət 400 manat təşkil edir. Bəzi obyektlərdə isə 150-200 manat arasıdır

16:18 106
.

Kamboca Tailandla bütün sərhəd keçidlərini bağlayıb

Kamboca gərginləşən münaqişə fonunda Tailandla bütün sərhəd keçid mətəqələrini bağlayıb. "Report"un məlumatına görə, bu barədə Kamboca Daxili İşlər Nazirliyi bəyanat yayıb. Nazirlik qeyd edib ki, bu qərar "sərhəddə Tailand tərəfinin Kambocanın suverenliyinə qarşı təcavüz aktları törətdiy

17:00 51
.

Biləsuvarda sürücü 15 yaşlı qohumunu avtomobillə vurdu

Biləsuvar rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini Xəyal Quliyevin idarə etdiyi "Niva" markalı avtomobil hərəkətdə olarkən qəfil yola çıxan 2010-cu il təvəllüdl

16:10 88
.

Naim Qasem: "Hizbullah" İsrailin şərtlərini qəbul etməyəcək və ABŞ-yə təslim olmayacaq

İsrail ilə Livan arasında atəşkəs razılaşması qüvvəyə minəndən sonra başqa yanaşma tələb olunan yeni mərhələ başlayıb. "Report" xəbər verir ki, bunu "Hizbullah"ın baş katibi Naim Qasem "Al-Manar TV"nin canlı yayımında bildirib. Onun sözlərinə görə,Livan hökuməti ölkəni

14:40 103
.

Ölkədə istehsal olunan siqaret və spirtli içkilərlə bağlı statistika açıqlandı

2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 15 milyard 700.4 milyon ədəd siqaret və siqar istehsal olunub. rəsmi statistikaya istinadən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15.3 faiz çoxdur. Cari ilin dekabr ayının 1-nə siqaret və siqar üzrə hazır məhsul ehtiyatı 1 milyard 16.

16:30 75
.

Qızıl, gümüş və mis konsentratının hasilatı artıb

Bu ilin yanvar-noyabr aylarında ölkədə metal filizlərinin hasilatında artım qeydə alınıb. rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanda 2 min 815 kq qızıl və 3 min 505.5 kq gümüş hasil edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 9.7 faiz və ya 247.8 kq, gümü

11:20 119
.

Donald və Melaniya Tramp Lukaşenkoya şəxsi mesaj göndəriblər

ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Belarus Prezidenti Aleksandr Lukaşenkoya şəxsi müraciət göndəriblər. bu barədə "Vremya Pervoqo" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, şəxsi müraciətin alınmasını Belarus prezidentinin mətbuat katibi Nataly

12:20 121
.

Yeni il bayramında qar yağacaq? - AÇIQLAMA

Yeni ilə sayılı günlər qalmışkən, paytaxt sakinlərini ən çox maraqlandıran suallardan biri Bakıya qarın yağıb-yağmayacağıdır. Xüsusilə 2015-2016-cı illərin məşhur qarlı günlərini xatırlayanlar bu dəfə də eyni ab-havanın olacağına ümid edirlər. Bəs qarşıdan gələn bayram günlərində ölkə ərazisində hav

00:07 302
.

TOP MP3