Qızlarının "xəstə" ilə nikah bağlamasını istəmirdilər - Əlil gəncin hekayəsi

Qızlarının "xəstə" ilə nikah bağlamasını istəmirdilər - Əlil gəncin hekayəsiBakının mərkəzi "Park Bulvar" ticarət-əyləncə mərkəzinə gələn hər kəs heç olmasa bir dəfə bu oğlanla qarşılaşıb:

Tanış olun – "Park Bulvar"ın təmizlik xidmətinin əməkdaşı, ikinci qrup əlil Xaqani Əliyev.

Doğulduğu andan uşaq serebral iflici sindromundan əziyyət çəkən gülərüz bakılı yeddi ildir hər gün işə gələrək, mərkəzin üçüncü mərtəbəsində nəzakətlə masaların təmizliyinə riayət edir.

Onun gözləri çox şeyi deyir. Bu gözlərdə sevgi və hüzün var, mənə elə gəlirdi ki, o, ətrafdakılara nəsə demək istəyir. Bu günlərdə onunla söhbət etmək qərarına gəldim.
Qızlarının "xəstə" ilə nikah bağlamasını istəmirdilər - Əlil gəncin hekayəsi"Elə hallar olur ki, kimlərsə mənə gözlərində nifrət və kədərlə baxıb. Bəziləri hətta məndən qorxur. Ancaq onlarla ünsiyyətə başlayanda həmin şəxslər başa düşür ki, mənim ürəyim onlarınkından daha şövqlə döyünür", - oğlan deyib.

Yəqin ki, Xaqani öz təcrübəsində məşhur "Böyük Getsbi" kinofilmindəki ifadələri sınaqdan keçirib: "Heç bir dini və irqi fərq sağlam və xəstə insanlar arasındakı fərqdən böyük ola bilməz".
Qızlarının "xəstə" ilə nikah bağlamasını istəmirdilər - Əlil gəncin hekayəsiGəncin sözlərinə görə, onun həyatı anasının bətnində ikən dəyişib.

BAŞLANĞIC

"Anam mənə hamilə olanda büdrəyib və pilləkəndən yıxılıb. Həkimlər uzun müddət bizim həyatımız üçün mübarizə aparıb. Allaha şükürlər olsun ki, anam sağ qaldı, ancaq mən bu sindromla doğuldum. Uşaq olanda cəmiyyətlə heç bir problem yaşamırdım, çünki əlillər üçün xüsusi məktəbdə təhsil alırdım. Mənim özüm kimi insanlarla əhatə olunmuşdum. Vaxt keçdikcə, bu tendensiya dəyişdi. Həyat əsl üzünü mənə göstərməyə başladı. Xəstə insanları ələ salmağı xoşlayan şəxslərlə qarşılaşdım. Bu, çox ağrılı idi", - müsahibimiz qeyd edib.

Qızlarının "xəstə" ilə nikah bağlamasını istəmirdilər - Əlil gəncin hekayəsiBu sarsıntılar, həyatın, cəmiyyətin münasibəti Xaqanidə öz mənəvi gücünü ətrafdakılara nümayiş etdirmək üçün stimul yaradıb. O, iş üçün mümkün olan hər yerə müraciət edir, ancaq əbəs yerə... İşə götürənlər "xəstə" oğlanı qəbul etmək istəmirlər.

"Bir müddət də keçdi və məni müsahibəyə çağırdılar. "Park Bulvar"da məni dərhal sevdilər. Çoxdan gözlədiyim işimə qovuşdum. İlk bir neçə il gecə növbəsində çalışdım. Sonra məni gündüz növbəsinə keçirdilər. Məhz gündüz növbəsi həyatımı kökündən dəyişdi. Hətta təntənəli toy mərasimində özümü bəy kimi belə təsəvvür etməzdim, ancaq necə deyərlər, tale..."

Qızlarının "xəstə" ilə nikah bağlamasını istəmirdilər - Əlil gəncin hekayəsiTOY

İş-ev, ev-iş: Xaqaninin həyatı belə keçirdi, ancaq bir gün o, kafelərdən birində aşpaz kimi çalışan gözəl qıza rast gəldi. Əlbəttə, o düşünürdü ki, sağlamlığı məhdud olan oğlanın bu qıza özünü sevdirmək üçün heç bir şansı yoxdur. Ancaq o, sınadı.

Xaqani nəinki onunla tanış ola, həmçinin dostluq münasibətləri qura bildi. Qız gündən-günə onun içindəki yeni, xoş və işıqlı guşələri kəşf edirdi və artıq Xaqaninin xəstəliyinin onun üçün əhəmiyyəti qalmamışdı.
Qızlarının "xəstə" ilə nikah bağlamasını istəmirdilər - Əlil gəncin hekayəsiOnlar ailə qurmaq qərarına gəldilər. Klassik melodramlarda, əsasən, burada "happy end"i ifadə edən titrlər gedir. Ancaq qəhrəmanımız üçün belə olmadı. Əsas çətinliklər bundan sonra başladı.

"Həyat yoldaşımın ailəsi ilə dil tapmaq mənim üçün çətin idi. Onlar deyirdilər ki, qızlarının "xəstə" ilə nikah bağlamasına imkan verə bilməzlər. Ancaq mən təslim olmadım. Başa düşürdüm ki, vaxt gələcək və onlar mənə qarşı bu münasibətlərinə görə peşman olacaqlar. Çox istəyirdim ki, onlar məni sevsinlər. Qız mənə görə hər kəsə qarşı çıxdı. O, hər şeyi özü etdi. Bir sözlə, biz birlikdə sevgimiz uğrunda mübarizə apardıq", - Xaqani deyir.

Qızlarının "xəstə" ilə nikah bağlamasını istəmirdilər - Əlil gəncin hekayəsiXaqani və sevgilisinin 2016-cı ildə təntənəli toy mərasimi olub. Mərasimə, demək olar ki, ticarət mərkəzinin xidmət personalından rəhbərliyə qədər bütün işçi kollektivi qatıldı.

Zamanla qızın valideynləri Xaqanini öz kürəkənləri kimi qəbul etdi. Bu gün onlar Xaqanini çox sevirlər. Cütlüyün iki yaraşıqlı, sağlam oğlan övladı var.

Xaqaninin həyat tarixçəsi əfasanəvi Koko Şanelin fikirlərinin həqiqiliyini sübut edir: "Canlı eybəcər ola bilməz".
P.S. Qeyd etmək istərdik ki, bu məsələdə "Park Bulvar" ticarət əyləncə mərkəzinin digər işə götürənlərdən fərqli olaraq, gənc oğlana şans verməsi və eyni zamanda, onun həyatını kökündən dəyişdirməyə kömək etməsi nümunəvi haldır.

mənbə: oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1918   Tarix: 25 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO

Şahmat üzrə Avropa Çempionu olan qadın qrosmeysterimiz Ülviyyə Fətəliyevaya mahnı həsr edilib. bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir. Qeyd edək ki, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan musiqi "Euphonious Tribute" adlandırılıb və sosia

14:50 241
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 218
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

13:44 324
.

Yağış yağacaq

Mayın 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

13:00 355
.

İsrail ordusu "İslami Cihad"ın komandirini məhv etdi

İsrail ordusu Fələstinin radikal "İslami Cihad" təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib. bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət "İslam

05.05.2024 234
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

05.05.2024 243
.

Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? - VİDEO

Türkiyədə toyuq əti xeyli bahalaşıb. Ona görə də Türkiyə Ticarət Nazirliyi quş əti ixracının qadağan olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Yeri gəlmişkən, Azərbaycan da Türkiyədən quş əti idxal edən ölkələr sırasındadır. Bəs bu qərar ölkədə sözügedən məhsulların qiymətini artıra bilərmi?. -ı

05.05.2024 502
.

""Luxe Home" tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"

"2014-cü ildən "Luxe Home" tikinti şirkəti yaşadığım Nərimanov rayonu Mayakovski küçəsi 7-də bina inşa edir. Arxa tərəfdə maşınlar üçün dayanacaq var idi. Başladılar onun yerində tikinti işləri aparmağa. Birinci binanı heç bir təhlükəsizlik tədbirləri görmədən qonşuların evinin yaxınlığınd

12:43 267
.

İlk dəfə xanımı ilə foto paylaşdı

Müğənni Vaqif Şıxəliyev ailəsi ilə fotolar yayımlayıb. Axşam.az xəbər verir ki, sənətçi həftəsonu istirahətindən şəkilləri instaqram hesabında yayımlayıb. Həyat yoldaşı, qızı və oğlunun yer aldığı fotoya V.Şıxəliyev "Həftəsonu ailəmlə istirahətdən. Allah hər kəsin ailəsini qorusun. Ailə candır"sözlərin

16:09 489