Mehriban Əliyeva xüsusi təhsil məktəbinin açılışında - FOTO

Mehriban Əliyeva xüsusi təhsil məktəbinin açılışında - FOTOOktyabrın 23-də Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışı olub.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

Məktəbin direktoru Şahzadə İsgəndərova burada yaradılan şərait barədə Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verib.

Bildirilib ki, 11 saylı xüsusi təhsil məktəbi 1937-ci ildən fəaliyyət göstərir. Bu təhsil ocağının köhnə binası 1897-ci ildə inşa edilmişdi. Heydər Əliyev Fondu tərəfindən aparılan monitorinq nəticəsində məktəb binasının təhsilə tam yararsız olduğu aşkar edilmiş və Nərimanov rayonunda məktəb üçün yeni binanın inşasına qərar verilib.

Birinci vitse-prezident Mehriban Əliyeva məktəbin rəmzi açılışını bildirən lenti kəsib və bu təhsil ocağında yaradılan şəraitlə tanış olub.

Qeyd edilib ki, təhsil müəssisəsinin binasının ümumi sahəsi 4 min kvadratmetrdən çoxdur. Burada 21 sinif otağı, psixoloq, defektoloq, həkim otaqları, idman və akt zalları, yeməkxana var. Eyni zamanda, burada uşaqların istifadəsi üçün kitabxana yaradılıb.

Məktəbin üçmərtəbəli binası 250 şagird yerlikdir. Hazırda 651 nəfər evdə, 137 şagird isə məktəbdə təhsil alır. Məktəbdə 289 müəllim çalışır və onlar autizm, Daun sindromlu, ümumtəhsil proqramını mənimsəyə bilməyən və əqli inkişaf geriliyi diaqnozu olan uşaqlara təlim keçirlər. Ümumtəhsil proqramını mənimsəyə bilməyən şagirdlər də il ərzində aşkarlanaraq bu məktəbə yönləndirilir.

Onillik məktəbin tədris planına defektoloq saatları daxil edilib. Eyni zamanda, xüsusi uşaqlar üçün psixoloq saatları ayrılıb. Texnologiya dərslərində isə uşaqların bacarıqları aşkar olunur. Bir sözlə, bu məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil alması, onların təlim-tərbiyəsi ilə hərtərəfli məşğul olmaq üçün bütün imkanlar mövcuddur.

Bütün bunlar isə xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması, bu qəbildən olanların təhsil problemlərinin həlli istiqamətində son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli addımların atılmasından irəli gəlir. 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir səviyyədə inşa olunması bir daha sübut edir ki, Fond da bu istiqamətdə dövlətin icra etdiyi layihələrə sanballı töhfələr verir.

Bu layihənin icrası aydın şəkildə göstərir ki, humanizm, insani dəyərlərə hörmət, dinindən, dilindən, cinsindən, yaşından asılı olmayaraq hər kəsə diqqət göstərmək Heydər Əliyev Fondunun fəaliyyətində əsas prinsiplərdən biridir.

Məktəbin həyətində geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zonası yaradılıb, istirahət köşkləri qurulub.

11 saylı xüsusi təhsil məktəbinin yeni binasında yaradılan şəraitlə tanış olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu təhsil ocağına fəaliyyətində uğurlar arzulayıb.

Mehriban Əliyeva xüsusi təhsil məktəbinin açılışında - FOTOMehriban Əliyeva xüsusi təhsil məktəbinin açılışında - FOTOMehriban Əliyeva xüsusi təhsil məktəbinin açılışında - FOTOMehriban Əliyeva xüsusi təhsil məktəbinin açılışında - FOTOMehriban Əliyeva xüsusi təhsil məktəbinin açılışında - FOTOMehriban Əliyeva xüsusi təhsil məktəbinin açılışında - FOTOMehriban Əliyeva xüsusi təhsil məktəbinin açılışında - FOTOMehriban Əliyeva xüsusi təhsil məktəbinin açılışında - FOTOMehriban Əliyeva xüsusi təhsil məktəbinin açılışında - FOTOMehriban Əliyeva xüsusi təhsil məktəbinin açılışında - FOTOMehriban Əliyeva xüsusi təhsil məktəbinin açılışında - FOTOMehriban Əliyeva xüsusi təhsil məktəbinin açılışında - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1376   Tarix: 23 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

10:48 348
.

Kolumbiya ordusu milyonlarla sursat itirib

Kolumbiya prezidenti Qustavo Petro Kolumbiya ordusunun milyonlarla güllə, minlərlə qumbara və çoxlu raket itirdiyini bildirib. xəbər verir ki, itirilmiş əşyaların statistikası hərbi bazalarda son yoxlamalar zamanı ortaya çıxıb. O, itkilərə görə daxili korrupsiyanı günahlandıraraq, hərbçilərin silah alverçilərin

01.05.2024 293
.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edə

01.05.2024 206
.

Türkiyədə avtobus aşdı, ölənlər var

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı sürücü idarəetməni itirib. Qəza nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qeyd edək ki, hadisə yerinə çoxlu təcili yardım maşınları cəlb olunub

01.05.2024 216
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 226
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 370
.

Blinken İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. O bildirib ki, Baş katib Blinken İsraildədir. Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək

01.05.2024 267
.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

01.05.2024 485
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. BİG.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 24

01.05.2024 323