"Əla zərbə idi!" - Makqreqor Həbibə məğlubiyyətini etiraf etdi

"Əla zərbə idi!" - Makqreqor Həbibə məğlubiyyətini etiraf etdi
Qarışıq idman növləri üzrə irlandiyalı döyüşçü Konor Makqreqor dağıstanlı döyüşçü Həbib Nurməhəmmədovla UFC 229 turnirindəki döyüşünü təhlil edib.

O, bu haqda fikirlərinin "İnstagram” səhifəsində yazıb.

Makqreqor birinci raundun Həbibin tərəfində olduğunu etiraf edib, çünki o, parterdə daha əlverişli vəziyyətdə idi. Baxmayaraq ki, Makqreqora ciddi zərbə endirməmişdi:

"Mənə sağ yumruqla zərbə endirməyənədək ikinci raundda o, məndən qaçırdı. Bu raundun, ümumilikdə döyüşün taleyini dəyişdirdi. Əla zərbə idi”.

Makqreqor döyüşə hazırlıq zamanı Nurməhəmmədovun güləş və müdafiədəki işinə çox diqqət ayırmadığını bildirib. İkinci raundu o, karyerasında ən pis raund adlandırıb, lakin qayıdaraq üçüncü raundu qazandığını bildirib.

Sonuncu raundda isə Makqreqor kritik səhvə yol verərək, kürəyini Həbibə verib. Bundan sonra dağıstanlı döyüşçü ağrıdıcı fənddən istifadə edərək, rəqibini məğlub olmağa məcbur edib.

İrland döyüşçü revanş almadığı təqdirdə növbədə olan rəqibi ilə döyüşəcəyini bildirib.

Xatırladaq ki, 7 oktyabrda Las-Veqasda keçirilən döyüşdə Həbib Nurməhəmmədov Konor Makqreqor üzərində qələbə qazanmışdı.

mənbə: sfera.az

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 1187 Tarix: 23.10.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər