Bakıda ilk eşşək ferması yaradıldı - 200 qram südün qiyməti...

Bakıda ilk eşşək ferması yaradıldı - 200 qram südün qiyməti...Bir neçə gün əvvəl Azərbaycanda 5 minə yaxın eşşəyin yoxa çıxması ilə bağlı informasiyalar geniş müzakirələrə səbəb oldu. Bunun ardınca isə sosial şəbəkələrdə, bəzi mətbuat orqanlarında eşşək südünün faydaları haqda məlumatlar yayıldı.

Deyilənə görə, eşşəkdən alınan süd dünyanın bəlasına çevrilən xərçəng xəstəliyinin, o cümlədən sədəf, serroz, ürək və damar, astma, bronxit xəstəliklərinin müalicəsində böyük əhəmiyyətə malikdir.

O da məlumdur ki, dünyanın bir çox ölkələrində eşşək südü və pendiri istehsal edilir. Onların arasında ABŞ, Braziliya, Fransa, İtaliya, İngiltərə, İspaniya, Çin və digər ölkələrin adlarını qeyd etmək olar. Eləcə də qardaş Türkiyədə artıq bir müddətdir ki, eşşək ferması yaradılıb. Bəs Azərbaycanda?

BiG.AZ musavat.com-un mövzu ilə bağlı araşdırmasını təqdim edir:

Hələ qədimdən eşşək südünün ana südünə yaxın olduğunu deyənlər, bu səbəbdən bəzən ehtiyac olduqda südəmər uşaqları bu südlə mayalandıranlar olub. Bu günə qədər eşşək südünün gizlincə, baha qiymətə satıldığı barədə məlumatlar yayılırdı. Lakin məlum olub ki, artıq ölkəmizdə də eşşək ferması yaradılıb və ondan alınan süd açıq-aşkar şəkildə reklam olunaraq, satılır. Belə ki, "İnstagram" sosial şəbəkəsində "Donkey milk" adlı qurum mütəmadi olaraq pasterizə edilmiş eşşək südü satması ilə bağlı elanlar verir.

Adıçəkilən qurumdan Ümid adlı şəxs bildirib ki, artıq Azərbaycanda da ilk eşşək ferması yaradılıb və burada istehsal olunan südün qiyməti o qədər də baha deyil:

"Bizim ferma Abşeron rayonu Məhəmmədi qəsəbəsində yerləşir. Qeyd edim ki, bu ferma Azərbaycanda, eləcə də Qafqazda ilk eşşək fermasıdır. Buradakı heyvanlarımızın hamısı həkim nəzarətindən keçib, peyvənd olunub. İstehsal etdiyimiz süd isə standartlara uyğun qablaşdırılır, bu barədə sertifikatımız da var.

Qiymətə gəldikdə isə, süd əsasən 200 və 500 qramlıq şüşələrdə satılır. 200 qramlıq süd 16 manat, 500 qramlıq süd isə 40 manatdır. Hətta 500 qramlıq süd alan müştəriyə 200 qram süd hədiyyə veririk. Eşşək südü almaq istəyən şəxs fermamıza müraciət edə və yaxud ünvanına sifariş edə bilər".

Bəs aidiyyəti qurumlar bu məsələyə nə deyir? Azərbaycanda eşşək südünün satılmasına icazə varmı?

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, həmin fermanın mövcud olub-olmaması, istehsal etdiyi məhsulla bağlı məsələ aydınlaşdırılıb, tezliklə açıqlama veriləcək.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, ölkəmizdə eşşək südünün satılması yolverilməzdir: "Bunun əleyhinəyəm. Avropanın, Afrikanın ən əcaib ənənələri artıq Azərbaycana da gəlir. Dəfələrlə qeyd etmişəm, əgər bu yaxınlarda alabaş kolbasasına da rast gəlsək, təəccüblənməyəcəyik. Çox təəssüflər olsun ki, son vaxtlar eşşək ətinin, südünün lobbisini, təbliğatını aparan insanlar peyda olub və mən bunu anormallıq hesab olunur.
E.Hüseynov deyib ki, ölkəmizdə istehlakçı istədiyini yeyə bilər, qanun bunu qadağan etmir, yəni istehlakçı seçimində azaddır: "Lakin bu o demək deyil ki, İslam ölkəsi olan Azərbaycanda bu cür ət və süddən istifadə olunsun. Xüsusən də din xadimləri bu məsələdə öz etirazını bildirməli, mübarizə aparmalıdırlar. Buna qədər dədə-babalarımız nə ilə qidalanıblarsa, biz də o cür qidalanmalıyıq. Düşünürəm ki, ölkəmizdə belə bir fermanın yaradılması doğru deyil".

E.Hüseynov eşşək südünün faydaları haqqında yayılan məlumatların da inandırıcı görünmədiyini dedi: "Eşşək südünün xərçəng xəstəliyinə təsir etdiyi barədə heç bir elmi məqalədə, jurnalda rast gəlməmişəm. Şəxsən mən Şimali Qafqazda eşşək ferması görmüşəm, lakin oradakı eşşəklərdən süd alınmır, sadəcə, onlardan dağa çıxmaq üçün istifadə edilir".

Eşşək südünün faydaları haqqında məlumatlar nə dərəcədə doğrudur?

Təbii üsullarla müalicə eksperti, həkim Seyfəddin Əsədin sözlərinə görə, eşşək südünün faydası misilsizdir: "Eşşək südü əsasən göy öskürəyin müalicəsində misilsiz effektə malikdir. Bu səbəbdən qardaş Türkiyədə eşşək fermaları yaradılıb, onun südünün istehsalı aparılır. Məlum olduğu kimi, dünyada müxtəlif xəstəliklərin müalicəsində eşşək südündən istifadə edilir. Azərbaycanda isə bu südə hələlik yalnız göy öskürəyin müalicəsi zamanı müraciət edilir".

Seyfəddin həkim Bakıda eşşək fermasının yaradılmasını təqdir etdiyini dedi: "Çünki insanlar bu südü əldə etməkdə artıq çətinlik çəkməyəcəklər. Həmçinin heyvanların sayının artırılması südün qiymətinin də getdikcə aşağı düşməsinə təsir edəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1479   Tarix: 23 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

TOP MP3