Azərbaycanın sabiq naziri dünyasını dəyişdi - FOTO

Azərbaycanın sabiq naziri dünyasını dəyişdi - FOTO

Azərbaycanın sabiq naziri vəfat edib.

Bu barədə Azərbaycanın sabiq Maliyə naziri Fikrət Yusifov sosial şəbəkədə məlumat yazıb. Azərbaycanın keçmiş Mənzil-Kommunal Təsərrufatı naziri, Milli Azadlıq Hərəkatının fəallarından olan Sucəddin Mustafa oğlu Abdullayev vəfat edib. O, uzun sürən xəstəlikdən sonra ötən gün axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, S.Abdullayev 1992-1999-cu illərdə Azərbaycan Respublikasının Mənzil-Kommunal Təssərrufatı naziri vəzifəsində çalışıb.

Xatırladaq ki, S. Abdullayev 1949-cu ildə Gədəbəy rayonunun Nəriman kəndində doğulub. O, Milli Azadlıq Hərəkatında xüsusi yeri olan, 1990-91-ci illərdə Azərbaycan Xalq Cəbhəsininin təşkilat komitəsinə rəhbərlik etmiş, 1991-ci ildə müəmmalı sui-qəsd nəticəsində həyatını itirmiş Arif Abdullayevin qardaşıydı./a24.az
Azərbaycanın sabiq naziri dünyasını dəyişdi - FOTO

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 6259 Tarix: 22.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol