Milli Məclisin ən gənc və qocaman deputatları - SİYAHI+FOTOLAR

Milli Məclisin ən gənc və qocaman deputatları - SİYAHI+FOTOLARMilli Məclisin deputatlarının şəxsi həyatları, ailə tərkibləri, yaş göstəriciləri, hətta geyimləri, tərzləri, zövqləri, hobbiləri insanların, medianın daim maraq dairəsindədir.

BiG.AZ oxu.az -a istinadən MM-in ən gənc və ən yaşlı, ən qocaman deputatlarını təqdim edir.

Parlamentin ən yaşlı, ən təcrübəli və ən çox seçilən üzvü böyük sənətkarımız, SSRİ Xalq artisti, "İstiqlal" ordenli Zeynəb Xanlarovadır.

Milli Məclisin ən gənc və qocaman deputatları - SİYAHI+FOTOLARO, 1936-cı ilin dekabr ayında Bakı şəhərində sadə bir ailədə dünyaya gəlib. Sovetlər dönəmində iki dəfə, 1986 və 1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) üzvü seçilib. Həmçinin, 1995-ci ildən indiyədək MM-in beş çağırış üzvüdür. Hazırda MM-in Mədəniyyət komitəsində təmsil olunur, həmçinin, Azərbaycan-Hindistan parlamentlərarası Dostluq Qrupunun rəhbəridir. İki oğlu, bir neçə nəvəsi var.

Parlamentin yaşca ikinci qocaman deputatı Ağacan Abiyevdir ki, o, 1937-ci ildə Bakı şəhərində, Bülbülə qəsəbəsində anadan olub.
Milli Məclisin ən gənc və qocaman deputatları - SİYAHI+FOTOLARNoyabr ayının 24-də 81 yaşı tamam olacaq. Uzun illər Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına rəhbərlik edib. Üç çağırışdır ki, MM-in üzvüdür. Həmçinin, MM-in İntizam komissiyasının sədridir. Ailəlidir, övladları, nəvələri var.

Parlamentin üçüncü qocaman üzvü Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovdur.

Milli Məclisin ən gənc və qocaman deputatları - SİYAHI+FOTOLAROnun 80 yaşı var, 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonun Çeşməbasar kəndində anadan olub. 1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. 1995-ci ildən isə beş çağırışdır ki, Qəbələ rayonunu parlamentdə təmsil edir. Hazırda MM-in Hesablayıcı komissiyasının sədri, Regional məsələlər komitəsinin sədr müavinidir. Beş övladı, nəvə-nəticələri var.

Millət vəkilləri arasında 80 yaşı haqlamaq üzrə olan akademikimiz Yaqub Mahmudov yaşca dördüncü qocaman deputatdır.

Milli Məclisin ən gənc və qocaman deputatları - SİYAHI+FOTOLARO, 1939-cu ilin fevral ayının 10-da anadan olub və gələn il 80 yaşı tamam olacaq. 2000-ci ildən, yəni, dörd çağırışdır ki, MM-in üzvüdür, Şəkini təmsil edən millət vəkillərindəndir. Ailəlidir. Bir oğlu, iki qızı, beş nəvəsi var. Bir qızı - Gülnur Mahmud filologiya elmləri doktorudur.

Beşinci qocaman millət vəkili isə tanınmış ziyalı, akademik Ziyad Səmədzadədir.

Milli Məclisin ən gənc və qocaman deputatları - SİYAHI+FOTOLAR1940-cı ilin iyun ayının 25-də Bakının Buzovna qəsəbəsində anadan olan Ziyad müəllimin 78 yaşı var. Uzun illər, cavan yaşlarından böyük vəzifələrdə işləyib, AKP MK-nın şöbə müdiri, birinci vitse-spiker və birinci vitse-premyer olub.

Azərbaycan SSR Ali Sovetinin sonuncu çağırışının deputatı olub, 2005-ci ildən üç çağırışdır ki, Bakını MM-də təmsil edən millət vəkillərindəndir. MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədridir. İki qızı, bir oğlu, nəvələri və nəticəsi var.

Xalq artisti Aygün Səmədzadənin atasıdır.

Yaşı həmçinin 70-80 yaşlar arasında olan millət vəkilləri arasında Arif Rəhimzadə, Mixail Zabelin, Hadi Rəcəbli, Eldar İbrahimov, Xanhüseyn Kazımlı, Valeh Ələsgərov, Vahid Əhmədov, Fəzail Ağamalı da var.

Onlar da bir neçə çağırışdır ki, MM-in üzvləridir. Həmçinin, Eldar İbrahimov, Arif Rəhimzadə, Mixail Zabelin və Hadi Rəcəbli zamanında Azərbaycan SSR Ali Sovetinin deputatları olub.

MM-in ən gənc üzvünə gəlincə, bu, 81 saylı Beyləqan seçki dairəsindən seçilən millət vəkili Şahin İsmayılovdur.
Milli Məclisin ən gənc və qocaman deputatları - SİYAHI+FOTOLARCəmi 29 yaşında deputat olan İsmayılov 1986-cı ildə anadan olub. Hazırda parlamentin Gənclər və idman komitəsində təmsil olunur. Ailəlidir, iki övlad atasıdır.

MM-in ikinci ən gənc üzvü 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edən Naqif Həmzəyevdir.

Milli Məclisin ən gənc və qocaman deputatları - SİYAHI+FOTOLAR1983-cü təvəllüdlü olan Naqif Həmzəyev 32 yaşında millət vəkili seçilib. Ailəlidir.

Deputatlar arasında üçüncü ən gənc millət vəkili 1982-il təvllüdlü Ülviyyə xanım Həmzəyevadır.

Milli Məclisin ən gənc və qocaman deputatları - SİYAHI+FOTOLARO, 2015-ci ildə 6 saylı Culfa-Babək seçki dairəsindən 5-ci çağırış MM-in üzvü seçilib. Həmin vaxt onun cəmi 33 yaşı olub. Babək rayonunun Şəkərabad kəndində anadan olan Ülviyyə Həmzəyeva MM-in Mədəniyyət komitəsinin üzvüdür.

MM-in digər gənc üzvləri arasında dördüncü və beşinci yerləri 1980-ci il doğumlu millət vəkilləri Müslüm Məmmədovla Cavid Osmanov tutur.

Cavid Osmanov 90 saylı Ağdaş, Müslüm Məmmədov isə 57 saylı Kürdəmir seçki dairəsini parlamentdə təmsil edirlər.

Hər ikisi ailəlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2638   Tarix: 22 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 475
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

15:27 100
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

01.05.2024 760
.

"Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır" - RƏY

Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib. Politoloq Turan Rzayev -a bildirib ki, görüş İsrail-İran gərginliyi ilə bağlıdır. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır:. "İsrai

01.05.2024 283
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

15:44 47
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

01.05.2024 278
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 372
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

11:35 256
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

15:45 55