Balıq alarkən nəyə diqqət edək? - Dəyərli məsləhətlər

Balıq alarkən nəyə diqqət edək? - Dəyərli məsləhətlərTərkibində zülal, yağ, mineral maddələr, vitaminlər və digər bioloji fəal maddələr olan balıq və balıq məhsullarının insanların qidalanmasında böyük əhəmiyyəti var. Normaya əsasən, orta yaşlı insan ildə azı 18 kq balıq istehlak etməlidir.

Mağazalarda, bazarlarda, əsasən, diri, soyudulmuş, dondurulmuş, hisə verilmiş və qaxac edilmiş, həmçinin duzlu və konserv edilmiş balıq və digər dəniz məhsulları satılır. Bunların arasında keyfiyyətini dəyişmiş dəniz məhsullarının satılması istisna edilmədiyi üçün ekspertlər balıq alarkən diqqətli olmağı tövsiyə edirlər.

BiG.AZ bildirir ki, Sputnik Azərbaycan-ın əməkdaşı balıq satılan mağazalara baş çəkib, balıq bazarındakı real vəziyyətlə tanış olub, satıcıların fikirlərini öyrənib.

Satıcı Nail Hacıyev bildirib ki, mağazada dondurulmuş, hisə verilmiş, duzlu və təzə balıq satılır: "3-4 ildir satıcı işləyirəm hələ ki, balıqdan zəhərlənmə şikayəti ilə müraciət edən olmayıb. Etiraf etmək lazımdır ki, bizim mağazaya müxtəlif firmalar məhsul gətirir. Məhsulu aldığımız zaman onun keyfiyyətinə diqqət yetiririk".

"Balığın yaxşı görünməsi, pis qoxu verməməsi onun keyfiyyətli olması üçün əsas deyil. Bəzən olur ki, dondurulmuş balıq alırıq. Alanda məhsul keyfiyyətli görünür. Ancaq donu açılan zaman qoxu verir və əti parçalanır. Yəni çox zaman biz özümüz də aldana bilirik. Belə olanda, həmin məhsulları geri qaytarırıq" - deyə satıcı əlavə edib.

Satıcı onu da vurğulayıb ki, soyudulmuş balıq gövdəsinin temperaturu əzələ toxumasının dərinliyində mənfi 1C-dən müsbət 5C-yə qədər olan balıqdır: "Turşu vari iyi və ya qəlsəmələri qaralmış, bədəni selikli olan soyudulmuş balığın satışı qadağandır. Biz özümüz də alanda buna diqqət edirik. Belə balıqları almırıq və satmırıq".

Mağazalarda dondurulmuş balıq 7-20, hisə verilmiş balıq 8-16 manata satılır. Təzə balıqların qiyməti isə müxtəlifdir. Kütüm 8, xanı 5, sazan 7 manata təklif olunur. Satış yerlərinə görə balıqların qiymətlərində də müxtəlif fərqliliklər müşahidə edilir.

Nə qədər qəribə olsa da, satıcılar satdıqları balığın mənşəyini, haradan gətirildiyini, göl, çay və ya dəniz məhsulu olduğunu müəyyən edə bilmirlər. Bu da alıcıda istər-istəməz şübhə yaradır.

Qida eksperti Elsevər Fərzəliyev qeyd edir ki, balıq əti, ümumiyyətlə, insan orqanizmi üçün çox xeyirlidir. Amma qidalanmaq üçün yararsız balıqlar da var: "Balıq əti tez xarab olan qida məhsullarına aid edilir. O, normal rejimlərdə saxlanılmadığı zaman ətinin tərkibində toksin maddələri yarana və zəhərlənmə baş verə bilər".

E.Fərzəliyev bildirir ki, donmuş halda balıq ətində toksiki maddələr yarana bilməz: "Ovlanmış balıq düzgün rejimlərdə saxlanarsa, yenə də heç bir mənfi təsiri ola bilməz. Xaricdən gətirilən balıqlar zəhərlənmə verirsə, deməli, onlar düzgün saxlanmayıb. Həmçinin balıqların yaşadığı mühitdə zərərli, zəhərli birləşmələr olarsa, onlar bu haldan zəhərlənə bilərlər. Bu da insan orqanizminə mənfi təsir edə bilər".

Ekspert qeyd edir ki, təzə balığın səthi təmiz, az miqdarda şəffaf selik ilə örtülü, pulcuqları hamar və parlaq, dərisi ətinə möhkəm yapışmış, gözləri parlaq olur: "Təzə balığın qəlsəmələri spesifik təzə balıq iyinə malik olur və tünd qırmızı rəngə çalır. Əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır. Basıldıqda əmələ gələn batıq tez hamarlanır. Qəlsəmələri boz rəngli olan balığı almayın".

Ekspertlər hesab edirlər ki, balığın zəhərlənməyə səbəb olmasının ilk səbəbi saxlanma şəraitinin düzgün olmaması, buna görə də keyfiyyətinin dəyişilməsidir.

Qida mühəndisi Xalid Əhmədov deyir ki, balığın köhnəliyini onda çürümə qoxusunun olması ilə müəyyən etmək olar: "Balıq köhnədirsə, qəlsəmələrinin rəngi qırmızı-qəhvəyi, çəhrayı, rəngsiz və s. olur və balığın gözünün rəngi bulanıqlaşır".

X.Əhmədov bildirir ki, növündən asılı olaraq balıq məhsullarının saxlanma müddəti, şəraiti və temperaturu müxtəlifdir: "Yayda təzə balığı mağazada 24, soyuq vaxtlarda 48 saat saxlamaq olar. Duzlu balıq çəlləklərdə 4-9 ay, yeşiklərdə 4 aya qədər, xüsusi paketlərdə vakum şəraitdə 20-25 sutka, vakumsuz şəraitdə 10-15 sutka, hisə verilmiş və qaxac edilmiş balıqlar 2 aya qədər müddətdə saxlanıla bilər. Qurudulmuş balıq -8-10 dərəcədə 8-10 ay saxlanıla bilər".

Qeyd edək ki, bazarlarda, yarmarkalarda və digər ticarət obyektlərində sanitar-gigiyenik tələblərə cavab verməyən şəraitdə balıq və balıq məhsullarının satışı qadağandır.

Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edir ki, balıq alarkən və istifadə edərkən diqqətli olmalı, onun keyfiyyətinə, saxlanılma şəraitinə və istifadə müddətinə xüsusi önəm verilməlidir.

Agentliyin xəbərdarlığında o da qeyd olunur ki, təzə balığın dərisinin səthi təmiz, sərt və parlaq olmalı, az miqdarda şəffaf selik ilə örtülməlidir: "Eyni zamanda pulcuqları hamar və parlaq, dərisi isə ətinə möhkəm yapışmış olmalı, quyruğu sallanmamalıdır. Köhnə balıq əti isə yumşaq təbəqəyə malik olur. Balığı dik saxlayaraq duruşuna da fikir vermək lazımdır".

"Təzə balığın quyruq hissəsi dik, köhnə balıqda isə sallaq olur. Təzə balığın qanı açıq qırmızı rəngli və iysiz, köhnə balıqda isə qaraya çalan rəngdə və pis qoxulu olur. Yoxlamaq üçün əlinizi balığın üzərində gəzdirin, pullar əlinizə gəlir, lakin tökülmürsə, deməli balıq təzədir" - deyə vurğulanır.

Məlumatda o da bildirilir ki, balıq digər qidalarla eyni yerdə saxlanılmamalıdır: "Satış ərazilərində balıqların günəş görməyən və gigiyenik mühitdə, təmiz üsullarla, üzəri buzla örtülü olaraq qorunması önəmlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1211   Tarix: 21 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168