"Türmə mənim üçün bioloji ölümdür" deyən Vidadi Zeynalov həbsdən çıxa bilmədi - sensassion səbəb

"Türmə mənim üçün bioloji ölümdür" deyən Vidadi Zeynalov həbsdən çıxa bilmədi - sensassion səbəbDövlətə vurduğu milyonlarla ziyanı tam ödəyən RYTN-in sabiq Aparat rəhbərinin Ali Məhkəmədəki şikayətinə baxılmamasının pərdəarxası

Oktyabrın 19-da Ali Məhkəmədə o vaxt Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlanan (RYTN) qurumun Aparat rəhbəri olmuş Vidadi Zeynalov və digərlərinin barələrində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilməli idi. Amma "report"un xəbərinə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən proses baş tutmayıb.

Prosesin noyabrın 28-dək təxirə salındığı deyilir.

"Yeni Müsavat"ın özəl mənbələrdən əldə etdiyi bilgiyə görə, Ali Məhkəmədə prosesin təxirə salınmasına səbəb bu işə cəmiyyətin xüsusi diqqətidir. Məlumdur ki, hazırda MTN işi üzrə tutulanların da apelyasiya şikayətinə baxılmasına başlanıb. Saytlarda "MTN generalları, Eldar Mahmudovun quldurları azadlığa buraxılır" kimi xəbərlər yayılır. "Rabitə işi"də MTN-dəki həbslərlə bağlı olduğu üçün Ali Məhkəmədəki prosesə də diqqət böyükdür. Yada salaq ki, Ali Məhkəmədə şikayətinə baxılanlar sırasında E.Mahmudovun yaxın adamı Beytulla Hüseynov da var, onun da azadlığa buraxılacağı ilə bağlı bir neçə gün əvvəldə müxtəlif xəbərlər yayılıb. Mənbəmiz deyib ki, böyük ehtimalla bu səbəbdən "Rabitə işi"nin baxılması daha bir ay uzaldılıb ki, səs-küy azalsın.

Qeyd edək ki, V.Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və digərləri 2015-ci ilin noyabr ayında həbs edilib. 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynovun hər biri 13 il müddətinə azadlıqdan məhrum edilib.

2017-ci ilin iyununda V.Zeynalovun vəkili müdafiə etdiyin şəxsin dövlətə vurduğu ziyanın 2 milyon 200 minini ödədiyini deyib.

Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin ailəsi yaşadığı mənzili satılıb və dövlətə 2 milyon 200 min manat ödəniş edilib. V.Zeynalovun bundan sonra daha 4 milyon manat borcu qalıb. Elə həmin ay sabiq Aparat rəhbərinin yerdə qalan borcları da banka keçirdiyi barədə xəbər yayılıb. Bununla da o, ittihamda göstərilən təxminən 7 milyon manatadək borcu tam ödəmiş olub.

Bakı Apelyasiya Məhkəməsi ötən ilin noyabrında bu iş üzrə apelyasiya şikayətinə baxıb. Vidadi Zeynalov həmin prosesdə qısa çıxış edib. O bildirib ki, qanun qarşısında heç bir günahı yoxdur. Qərara görə, Vidadi Zeynalovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 4 ilə endirilib.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun cəzası isə 7 il 6 aya endirilib.

"Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Digər həbsdə olan təqsirləndirilənlər - Birliyin sabiq baş mühasibi Anar Mustafayev və Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədova da şərti cəza verilib, onlar da məhkəmə zalından azadlığa buraxılıb.

"Azərpoçt" MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayevin də apelyasiya şikayəti təmin edilib və onun barəsində şərti cəza təyin edilib. O, azadlığa buraxılıb.

Qeyd edək ki, mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən V.Zeynalovun ümumilikdə 67 əmlakına həbs qoyulub. Ümumi dəyəri 43 milyon manatdan çox olan 67 əmlak Vidadi Zeynalovun, onun övladlarının, həyat yoldaşının, bacısının və digər yaxınlarının adına olub.

V.Zeynalovun 13 il həbs cəzası aldığı məhkəmədə də dediyi son sözlər maraq doğurmuşdu. O, məhkəmə ittihamını deyil, səhvini qəbul etdiyini etiraf edib: "Mən səhvimə görə cəza çəkirəm. Allah məni bağışlasın. İttihamları qəbul edə bilmərəm. Cəzamı çəkməyə hazıram. Son sözümü atalar sözü ilə bitirmək istəyirəm: "Elə adamın yükünü daşı ki, bir gün yıxılsan, yükünü daşısın".

V.Zeynalov onu da demişdi ki, həmişə dövlətə sadiq olub: "Sədaqətim hamıya məlumdur. Bundan sonra da belə olacaq. Həbsxana həyatı mənim üçün bioloji ölümdür". V.Zeynalovun sonda ölkə prezidenti İlham Əliyevdən əfv istədiyi bildirmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1059   Tarix: 20 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirib. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək. 14:01

14:47 574
.

Avtobus uçuruma yuvarlandı: 23 ölü

Peruda sərnişin avtobusunun uçuruma yuvarlanıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 23 nəfər ölüb, 15 nəfər yaralanıb. Peru Televiziyasının məlumatına görə, Soroçuko rayonundan Kajamarca şəhərinə gedən avtobus Celendin şəhərinin magistral yolunda 200 metr uçuruma yuvarlanıb. Məlumata əsasən, yaralana

15:44 71
.

"Formula-1" yarışları yenidən İstanbulda keçiriləcək

"Formula-1" yarışları 2026-cı ildə yenidən İstanbulda olacaq. Bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib. Onun sözlərinə görə, tender prosesi ilə bağlı birinci mərhələ bitib və ərazi təslimi ilə bağlı ikinci mərhələ başlayıb. "Daha sonra 2026-cı ildən etibarə

15:23 163
.

Rusiya: "Biz Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib. Açıqlamada Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatlarını

29.04.2024 323
.

O, Masallıda velosipedlə işə gedib-gələn yeganə qadındır - Video

Masallıda İncira Ağayeva adlı qadın 14 ildir ki, işə velosipedlə gedib-gəlir. "Qafqazinfo" xəbər verir ki, bu barədə İTV reportaj hazırlayıb. Məlum olub ki, İ. Ağayeva Masallı Rayon Kommunal Təsərrüfatı İdarəsində çalışır. O, bu nəqliyyat vasitəsilə həmin rayonda işə gedən yeganə qadındır

10:01 412
.

"Azərbaycan insan hüquqları sahəsində öhdəliklərinə sadiqdir"

"Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi və Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə razılaşmanın təqdir edildiyini vurğulayaraq təbriklərini çatdırması Bakının növbəti qələbəsidir. Daha doğrusu, hər kəs bir daha şahid oldu ki

16:54 69
.

"Bu səfər ikili münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasına kömək edəcək"-DEPUTAT

"26 aprel tarixində Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri oldu. Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi.Prezident İlham Əliyevin Almaniyaya səfəri mühüm xarakter daşıyır. Ölkə prezidentinin Almaniyay

13:08 69
.

Kolumbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 əsgər öldü

Kolumbiyada hərbi helikopter qəza edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 9 əsgər ölüb. Bolivar inzibati ərazi dairəsinin Quaraperiya kəndi ərazisində qəzaya uğramış Mİ-17 HK3395 tipli hərbi helikopterdə olub. Ölənlər arasında 1 general və 8 hərbçi həlak olub. Kolumbiya prezidenti Qustavo Petr

15:38 68
.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

29.04.2024 361