"Çəkməyin, olmaz" - Kafelərdə zəhərlənənlərə niyə göz yumurlar? - VİDEO - FOTO

"Çəkməyin, olmaz" - Kafelərdə zəhərlənənlərə niyə göz yumurlar? - VİDEO - FOTOBiG.AZ arb tv-yə istinadən xəbər verir ki, qadağan olunmasına dair qanunun qəbul olunmasına baxmayaraq qapalı yerlərdə siqaret çəkənlərə tez-tez rast gəlinir.

Kafe işçisi: "Çəkməyin, çəkiliş aparmaq olmaz. Müdriyyət burada yoxdur".

Qeyd edək ki, bəzi kafelərdə siqaret çəkməyi qadağan edən tablo yoxdur. Heç bu işdə kafe sahibləri də maraqlı deyil. Vəziyyətin fərqli olduğu məkanlar da var. Obyekt sahibi siqaretin çəkilməsini qadağan edən nişanları göstərir və obyektində buna icazə vermədiyini deyir.

Görünən budur ki, bəzi məkanlar istisna olmaqla, əksər obyektlərdə qadağalara məhəl qoyulmur. Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Qənirə Paşayeva deyir ki, belə problemlərlə qarşılaşmamaq üçün 2 məqama diqqət etmək lazımdır. Güclü icra mexanizmi, maarrifləndirmə və təbliğat.

Qənirə Paşayeva - Millət vəkili: "Üzərinə qanunla vəzifələr düşən qurumlardan bizim ciddi gözləntimiz var. Qapalı məkanlarda, ictimai yerlərdə tütün məhsullarından istifadənin qarşısının alınması üçün ciddi addımlar atmalıdırlar".

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin şöbə müdiri Şəhla Mirzəyeva isə ötən illərlə müqayisədə tütündən istifadə hallarının azaldığını bildirsə də, icra və nəzarət mexanizminin zəifliyini təsdiqləyir:

"Bu prosesdə Səhiyyə Nazirliyi bu məsələdə maraqlı olan digər dövlət və özəl qurumlarla birgə fəaliyyət göstərməlidir. Həm maarifləndirmə, həm də manitorinq addımları birgə icra olunmalıdır.

Parlamentin Mədəniyyət Komitəsində müzakirəyə çıxarılan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunda nəzərdə tutulan dəyişikliyə görə isə televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya və digər audiovizual əsərlərdə tütün məmulatlarının təbliği qadağan edilir. Millət vəkilləri qadağaların yalnız sözdə qalacağı fikrindədirlər.

Fəzail İbrahimli - Millət vəkili: "Onu çəkirəm içimə ləzzətlə. Burada təbliğat lazım deyil. Mənim çəkməyimin forması elə ən böyük təbliğatdır. Biz burada danışırıq, mən də tərəfdaram. Amma bu söz birləşməsi qanunun mahiyyətini tamam dəyişmir".

İnzibati Xətalar Məcəlləsinə əsasən, qadağan edilən yerlərdə siqaret çəkməyə görə 30 manat cərimə nəzərdə tutulur. Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının, görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə isə vəzifəli şəxslər dörd yüz manat, hüquqi şəxslər min manat cərimələnəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 375   Tarix: 20 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kolumbiya ordusu milyonlarla sursat itirib

Kolumbiya prezidenti Qustavo Petro Kolumbiya ordusunun milyonlarla güllə, minlərlə qumbara və çoxlu raket itirdiyini bildirib. xəbər verir ki, itirilmiş əşyaların statistikası hərbi bazalarda son yoxlamalar zamanı ortaya çıxıb. O, itkilərə görə daxili korrupsiyanı günahlandıraraq, hərbçilərin silah alverçilərin

01.05.2024 304
.

"YouTube" kanalları necə oğurlanır? - AÇIQLAMA

"Azərbaycanda "YouTube" kanallarına qarşı hücum var. Kanallar kibercinayətkarlar tərəfindən ələ keçirilib və saxta canlı yayımlar edilib. Yayımlarda kriptovalyuta ticarəti aparılır. Kanallar daha sonra "Bitcoin" qarşılığında hərracda satışa çıxarılır". Bu barədə BİG.AZ-

01.05.2024 229
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 1229
.

Ruanq vulkanına görə 12 min insan evakuasiya edilib - VİDEO

Dünən İndoneziyanın şimalında yerləşən Rvanq adasında yerləşən Ruanq vulkanı lava püskürüb. BİG.AZ xəbər verir ki, hadisə zamanı 12 min insan evakuasiya edilib. Vulkan vulkanının yerləşdiyi Rvanq adası ötən ay baş verən püskürmələr nəticəsində tamamilə boşaldılıb. Adada yaşayan 828 nəfər ətraf ərazilərd

12:01 115
.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

12:55 95
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

11:35 279
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

15:45 178
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

11:10 710
.

Çində avtomobil yolunun çökməsi nəticəsində 19 nəfər ölüb

Çinin cənubundakı Quandun əyalətində baş verən sürüşmə nəticəsində magistralın çökməsi nəticəsində 19 nəfərin ölüb. xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Meycou şəhərində həddindən artıq yağışın səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası avtomobil yolunun 18 metrlik hissəsinin çökməsin

01.05.2024 280