Dövləti talayan sabiq azərbaycanlı məmurların lüks həyatı - FOTOLAR

Dövləti talayan sabiq azərbaycanlı məmurların lüks həyatı - FOTOLARÖlkə mətbuatında tez-tez sabiq məmurlar və onların övladlarının lüks həyatları barəsində materiallar yayılır. Bu kimi faktlar ortaya çıxanda keçmiş məmurlar susub, heç bir münasibət bildirmirlər. Bəziləri isə söyləyirlər ki, bu cür lüks həyata yiyələnmələri onların şəxsi biznesləri hesabına əldə etdikləri vəsait hesabınadır. Lakin əksəriyyətinin vəzifədən öncəki həyatına baxdıqda görürük ki, onlar çox sadə, kasıb həyat yaşayıblar. Yəni bu adamlar vəzifədə olarkən korrupsiya yolu ilə milyonlara sahibləniblər, həmin pulları biznesə yönəldərək, xalqın vəsaitləri hesabına lüks həyatlarını davam etdirirlər...
Bu günlərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşovun oğlu, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri Fərhad Qaraşov dünyada hələ yenicə satışa çıxarılan bahalı avtomobili Bakıya gətirməsi ilə bağlı xəbər yayılıb. A24.az-ın əldə etdiyi xəbərə görə, Almaniyanın lüks avtomobil istehsalçısı "Audi"nin "Q" seriyasından ən son model olan "Audi Q8" avtomobili ilə paytaxt küçələrində şütüyən F. Qaraşov yenidən gündəmə gəlib. Bahalı avtomobil kolleksiyasına sahib olan ANİİA sədrinin 90 AA 707 dövlət nömrə nişanı ilə bir neçə avtomobil idarə etdiyi bildirilir.

Qeyd edək ki, bir neçə gün bundan öncə "Audi Q8"in Bakıda təqdimatı baş tutub. Bu avtomobilin qiyməti 65-85 min avro (110 min 500 -144 min 500 manat) arasındadır. Məlumat üçün bildirək ki, Fərhad Qaraşovun adı bir müddət öncə qəza hadisəsində hallanıb. Belə ki, mətbuatda yayılan məlumatlara görə F.Qaraşov 17 oktyabr 2017 -ci ildə 90 AA 707 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyadanı vurub. Sabiq məmur isə sükan arxasında oğlunun yox, sürücünün olduğunu açıqlamışdı.

Arif Qaraşovun oğlu bu xüsusda tək deyil. İndiyə qədər xeyli sayda sabiq məmur övladlarının cah-calal içərisində fotoları, videoları yayılıb.

Məsələn, sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun lüks həyatı kimsəyə sirr deyil. Onunla bağlı mətbuatda çoxsaylı materiallar dərc edilib. Hazırda Anar Məmmədovun Londonda yaşadığı bildirilir. İddia olunur ki, Məmmədovun orada vəziyyəti heç də pis deyil.Eləcə də keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasov da tez-tez dəbdəbəli mülkləri ilə gündəmə gəlir. Məlumatlara görə, Yunis Abbasov hələ 2006-cı ildə Londonda 2 mərtəbədən ibarət böyük malikanə alıb. Bu malikanənin qiyməti isə 1.4 milyon funt-sterlinq olub.

Sabiq nəqliyyat nazirinin qudası, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun da Bakıda milyon manatlarla qiyməti olan 2 villası üzə çıxıb. Bu barədə məlumatı bu ilin may ayında unikal.org saytı yaymışdı. Məlumata görə, paytaxtın Binəqədi rayonu "Vorovski" qəsəbəsində olan villalardan biri 5 mərtəbəlidir, tikintisi 6 milyon manata başa gəlib. Həmin villa 20 sot torpaq sahəsinin içərisində tikilib. Digər 3 mərtəbəli villa isə 2 milyon manata tikilib. Azərbaycanda nazirlərin, komitə sədrlərinin və digər yüksək vəzifəlilərin aylıq maaşları ilə həyat tərzləri arasındakı fərqi hər kəs bilir. Bildirilir ki, Ziya Məmmədovla quda olandan sonra nazir təyinatı alan Heydər Əsədovun da adı korrupsiya qalmaqallarında hallanmağa başladı. Heydər Əsədovun Bakının "Milyonerlər məhəlləsi" adlanan məkanında da, Bakının Səbayel rayonundakı məşhur "Torqovı" küçəsində də böyük evləri v

Heydər Əsədovun oğlu Asif Əsədzadə isə Londonda təhsil alır. Ötən il o, 90 HO 505 dövlət nömrə nişanlı "Porsche" maşını ilə London küçələrində "at oynatması" ilə gündəmə gəlmişdi. Məlumatlara görə, Asif Əsədzadə Britaniya vətəndaşıdır.

Dövlət Dəmir Yolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun oğlu Elnar Əsgərzadə isə Londonda olarkən "Credit Suisse" bankında treyder işləyən 34 yaşlı Ceromi Dreni özünün əvəzindən imtahana salıb. Əvəzində hər imtahan üçün ona 2 min funt-sterlinq ödəmişdi. Ceromi Elnar Əsgərovun adına düzəldilmiş saxta vəsiqədən istifadə edərək, onun əvəzinə 8 dəfə imtahana girib, sonuncuda isə professor ondan şübhələnib və fırıldağın üstü açılıb. Qalmaqal haqda Britaniyanın nüfuzlu nəşrləri sayılan "The Yorkshir Post" və "The Daily Mail" də yazıb.

Siyahını bir qədər də uzatmaq olar. Bu kimi məmurların övladları instaqramda lüks həyatlarından fotolar paylaşıb, tez-tez xarici medianın da gündəminə gəlirlər...

Belə iddialar var ki, sabiq məmurların qanunsuz topladıqları, dövlətdən oğurladıqları sərvətləri barəsində müvafiq qurumlar araşdırma aparır. Bakı Lift İdarəsinin direktoru Qüdrət Şükürovun başına gələnlər, "MTN-işi" və "rabitə işi" çərçivəsində aparılan əməliyyatlar nəticəsində həbs olunan yüksək çinli məmurlar da buna nümunədir.

Dövləti talayan sabiq azərbaycanlı məmurların lüks həyatı - FOTOLARDövləti talayan sabiq azərbaycanlı məmurların lüks həyatı - FOTOLARDövləti talayan sabiq azərbaycanlı məmurların lüks həyatı - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1345   Tarix: 20 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477