"Həkimə hər ay 100 manat pul verirdim" - Narkoloji Mərkəz işi

"Həkimə hər ay 100 manat pul verirdim" - Narkoloji Mərkəz işiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə iclası davam etdirilib.

BiG.AZ-ın report-a istinadən məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Eldəniz Cavadov ifadə verib.

O bildirib ki, balaca qardaşı hadisədən əvvəl Narkoloji Mərkəzdə müalicə alıb, hadisə zamanı dünyasını dəyişib.

Digər zərərçəkmiş Rafiq Qafarov da dindirilib. O qeyd edib ki, yanğın zamanı 20-ci otaqda yatıb: "Gecə bizi mühafizəçi Amid yuxudan oyatdı. Yuxudan qalxanda hər yer yanırdı. Sonra Amid məni oradan çıxartdı. Çölə çıxanda, deyəsən, Məhəmmədi qapının qarşısında görmüşdüm. Onu Mərkəzə gələn gündən tanıyıram. O, çox sərbəst idi, istədiyi vaxt çölə çıxıb-qayıdırdı".

Zərərçəkmiş Fərid Nəsirov ifadəsində söyləyib ki, hadisədən 12 gün əvvəl Mərkəzə müalicə üçün gəlib: "Həkimim Zamiq idi. Mən qaldığım palatadan 1 palata sonra Məhəmməd qalırdı. Mən qaldığım palatanın yanında gecə yanğın başladı. Orada rəhmətlik Mahir qalırdı. O da hadisədən sonra öldü. Gecə yanğın başladı və mən, Rauf, Şahin söndürməyə başladıq. Sonra yanğın gücləndi. Mənim otaqdan çıxmağa Məhəmməd köməklik etdi. Axırda çıxanlardan biri biz olduq. Qaldığımız otaqlar taxtadan idi. Yanğın güclənəndə "şit"lər partladı".

O deyib ki, hadisə vaxtı oyaq olub: "Gecə yuxum gəlmirdi, yanğın zamanı oyaq idim".

Məhkəmədə F.Nəsirovun istintaqa verdiyi ifadəsi elan olunub.

Məlum olub ki, zərərçəkmiş fərqli ifadələr verib.

O məhkəmədə vurğulayıb ki, müstəntiq dediklərini fərqli şəkildə yazıb.

Daha sonra şahid qismində Vahid Məmmədov ifadə verib. O, təqsirləndirilən M.Məmmədovun oğlu olduğunu bildirib: "Atam içki içən idi. Uşaq olanda anam onu Mərkəzə müalicə üçün gətirib. Sonuncu dəfə atamı 2009-cu illərdə ora apardıq. Evdə hər kəs atama yalvarırdı ki, içməsin. Atam isə bizi eşitmirdi, o, içəndə özünü apara bilmirdi. Biz də onu yenidən Mərkəzə apardıq. Orada atamın həkimi Afət xanım idi".

V.Məmmədov söyləyib ki, atası Mərkəzdə müalicə olunan zaman zəng edib onları hədələyib: "Hər dəfə zəng edəndə gəlib evi yandıracağını deyirdi. Biz arada ora gedirdik. Ona siqaret aparırdım. Həmişə mənə deyirdi ki, onu Mərkəzdən çıxardım. Lakin atama "bizi çöldə biabır edirsən, qal burda" deyirdim".

Onun sözlərinə görə, atası Mərkəzdə müalicə olunan zaman hazırda təqsirləndirilən, şöbə müdiri A.Məmmədovaya hər ay 100 manat pul verib: "Pulu həmişə Mərkəzin yanında olan mağazaya qoyurduq. Mağazanın sahibi də pulu Afət xanıma çatdırırdı. Sonra Afət xanımla pulun çatıb-çatmaması ilə bağlı danışırdım. Pulu verirdim ki, orada atama yaxşı baxsınlar. Həmçinin atama ərzaq və siqaret də göndərirdim".

Məhkəmə iclası davam etdiriləcək.

Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. Daha sonra o, dünyasını dəyişib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 424   Tarix: 20 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rusiyada zəlzələ olub

Rusiyanın Kamçatka sahillərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,6 bal gücündə baş verib. Bu barədə Rusiya Geofizika Xidməti məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Sakit okeanın Nikolskoye kəndindən 68 km aralıda, 61 km dərinlikdə yerləşib

07.05.2024 159
.

"Avroviziya-2024" başladı

İsveçin Malmö şəhərində "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb. Axşam.az-ın məlumatına görə, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq

07.05.2024 148
.

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Qeyd edək ki, bu il müsabiqə İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda olacaq. Xatırlada

07.05.2024 295
.

"Monte-Karlo Əfsanələri" adlı sirk proqramı "Sea Breeze"də BAŞLAYIR

İlk dəfə "Sea Breeze"də Sirk Oskar mükafatçısı Allahverdi İsrafilovun təşkilatçılığı ilə iyunun 1-dən "Monte-Karlo Əfsanələri" adlı beynəlxalq sirk proqramı başlayır. Bu barədə -a Bakı Dövlət Sirkindən məlumat verilib. Bildirilib ki, ənənəyə sadiq qalaraq şounun ilk günü xeyriyy

07.05.2024 187
.

"Kaybolan yıllar" serialının aktyoru əməliyyat olundu

"Kaybolan yıllar" serialının aktyoru Saruhan Hünel əməliyyat olunub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun bacısı Aslı Hünel sosial media hesabında yazıb. Onun sözlərinə görə, yaşadığı problemlər səbəbindən Saruhan ürəyindən əməliyyat edilib. O, reanimasiyaya yerləşdirilib

07.05.2024 563
.

"Pedaqoji kadr hazırlayan təhsil müəssisələrində sinif rəhbərinin işinin təşkili ilə bağlı bilik və bacarıqlar öyrədilmir" - Ekspert

Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticlənib.9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Təhsil eksperti Elşən Qafaro

07.05.2024 363
.

"Mədəniyyət Nazirliyi modellərə 50 manat ayırır?"

"Bir ildir Bakıdayam və işsizəm. Bunun səbəbi isə budur: "Azerbaijan Fashion week" dəvət edir və 50 manat qonorar verir. Bilmirəm, yeyinti var və ya yoxdur. Çünki müqavilə imzalanmır, sığortamız yoxdur, vergi ödəmirik. Agentliklər çəkilişə çağırır və müqavilə bağlamır, əmək kitabçamı

07.05.2024 496
.

İtaliyada çirkab su təmizləmə zavodunda qəza: 5 ölü, 1 yaralı

İtaliyanın Siciliya adasındakı Kasteldaccia qəsəbəsində çirkab su təmizləmə zavodunda qəza olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 5 işçi qazdan zəhərlənərək ölüb. İtaliya mediasının yaydığı məlumata görə, Palermo şəhəri yaxınlığındakı Kasteldaccia şəhərində 1 işçi isə terapiyaya aparılıb. Polisi

07.05.2024 98
.

Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ

Parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib. Layih

07.05.2024 347