Cahangirin bədxərc arvadı Zamirə londonluları şoka saldı: Bu sərsəmlikdir! - VİDEO

Cahangirin bədxərc arvadı Zamirə londonluları şoka saldı: Bu sərsəmlikdir! - VİDEOLondon sakinləri Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın cəmi bir neçə il ərzində məşhur "Harrods" univermağında 16 milyon funt sterlinq xərclədiyini eşidəndə heyrətə gəliblər.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Soshin TV" internet televiziyasının reportajında deyilir.

"Bu günkü əhvalat Zamirə Hacıyeva haqdadır, həmin qadın ki, məşhur "Harrods" univermağında 16 milyon funt sterlinq xərcləyib, bu isə az qala 1.5 milyard rubl deməkdir"- reportajda deyilir.

Müəllif daha sonra "Harrods" univermağı haqda məlumat verir. Bildirir ki, əslində bu univermağın nə olduğunu izah etməyə ehtiyac yoxdur, onun müştəriləri əsasən oliqarxlar və şeyxlərdir. Sadə insanlar isə bu univermaqda qiymətləri görəndə şoka düşürlər.

"Əsəbləri zəif olanlar üçün nəzərə çatdırıram ki, 16 milyon funt sterlinq bir gündə yox, bir neçə ildə xərclənib. Amma hər halda şoppinqə gündə orta hesabla min funt gedib. Azərbaycanın dövlət bankının keçmiş rəhbərinin arvadı bu univermağı öz dogma evi kimi sayırdı, alış-veriş edib pulları limitsiz kredit kartları ilə ödəyirdi. Ərinin bankının kredit kartları ilə. Onlar isə cəmi 35 ədəd olub. Zamirə Hacıyeva univermaqdan brend "şmotka", bahalı şərablar, daş-qaş alırdı"- reportajda xatırladılır.

Məsələn, Hacıyeva univermaqdakı "Boucheron" butikindən "Cartier" brendinə aid zinət əşyası almağa birdəfəyə 150 min funt xərcləyib.

London "burjuaziyasının" sadə nümayəndələri isə Zamirə Hacıyevanın xərclədiyi pullar barədə eşidəndə şoka düşdüklərini gizlətmirlər. "Bu ki, çox böyük puldur. Bir yığın puldur!"-univermağın qarşısından keçən qadın deyir. "Mən bilmirəm o həmin pula buradan nə ala bilərdi…Yəqin ki, bütün rənglərdə və ölçülərdə çantalar, hər rəngə və modeldə tuflilər. Fikirləşəndə görürsən ki, bu necə sərsəmlikdir…"- həmin qadın əlavə edir.

"Yox,mənim o qədər pulum yoxdur. Bizdə o qədər pul nə gəzir?"-bunu isə Zamirənin univermaqda xərclədiyi pullar haqda eşidən qaradərili qadın bildirir.

"Mən heç o pulu təsəvvürümdə də canlandıra bilmərəm"-digər London sakinin reaksiyası belə olub.

Reportajda qeyd olunur ki, əsas məsələ heç də pullar deyil. Əsas məsələ odur ki, xanım Hacıyeva Böyük Britaniyada qəbul edilən "McMafia" qanunun (çirkli pulların leqallaşdırılmasına qarşı mübarizə qanunu) tətbiq olunduğu ilk əcnəbidir.

"Britaniyanın Milli Kriminal Agentliyi inanmır ki, xanım Hacıyevanın xərclədiyi pullar qanuni yollarla əldə edilib. Hərçənd o, pulların qanuni qazanıldığını, ərinin dövlət bankiri olmazdan əvvəl bizneslə məşğul olduğunu deyir. Amma Cahangir Hacıyev hətta uğurlu dövlət bankiri olsaydı belə onun aldığı maaşla bu pulları xərcləmək - qolf klub, şəxsi təyyarə, Londonda mülk almaq mümkün olmazdı"-reportajda bildirilir.

Daha sonra reportaj Zamirə Hacıyevanın Londonun elitar Naytsbric kvartalındakı ağ malikanəsinin qarşısında davam edir. Malikanənin qarşısında limuzinlər üçün park yeri kirayələnib, hər ehtimala qarşı. Hərçənd Zamirə Hacıyeva "Harrods"dan şoppinqdən qayıdanda onun yükünü daşımaq üçün limuzinə gərək olmazdı.

Yerli sakinlərdən biri evi göstərərək deyir ki, orada yaşayanları tanıyır: "Onlar sadəcə olaraq pul xərcləməyi sevən adamlardır".

Bildirilir ki, Z.Hacıyevanın aktivlərinə dair mübahisə təxminən 6 ay çəkə bilər. Əgər bu çəkişmədə Z.Hacıyeva sübut edə bilsə ki, pullar qanuni yollarla qazanılıb, o zaman Milli Kriminal Agentliyi "MacMafia qanununun" gələcəkdə tətbiqinə dair tərəddüd edəcək. Çünki hər belə iddia xeyli xərc deməkdir. "Lakin sübut olunsa ki, pullar Azərbaycan büdcəsindən oğurlanıb, o zaman bunun uzaqgedən nəticələri olacaq, o cümlədən rusiyalı oliqarxlar üçün"- müəllif bildirir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2216   Tarix: 19 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137