Baş həkim: "Gəmidə zəhərlənənlərdən 4 nəfərin vəziyyəti orta ağırdır"

Baş həkim: "Gəmidə zəhərlənənlərdən 4 nəfərin vəziyyəti orta ağırdır"Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr" quru yük gəmisinin zəhərlənən 12 heyət üzvündən 8 nəfəri 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsində müalicə olunurlar.

BiG.AZ xəbər verir ki, bu barədə trend-ə açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov deyib.

Onun sözlərinə görə, zəhərlənənlərdən 4 nəfərin vəziyyəti orta ağır, 4 nəfərin vəziyyəti isə nisbi kafidir: "Hazırda müalicələri davam etdirilir. Həmin şəxslər gəmidə taxıla vurulan kimyəvi maddədən zəhərləniblər. Artıq zəhərlənənlərin vəziyyətləri yaxşılaşmağa doğrudur, müalicələr müsbət təsir göstərir".

Xatırladaq ki, Xəzər dənizində Aktaudan Bakıya gələn gəminin heyət üzvləri arasında kütləvi zəhərlənmə olub.

Sərhəd gözətçi gəmisi 00:30 radələrində "Nazmehr" yük gəmisinə yan alaraq 7 nəfər ağır vəziyyətdə olan heyət üzvünü qəbul edib ilkin tibbi yardım göstərməklə sahilə Abşeron limanı istiqamətində hərəkət edib. Xəstələrə təcili tibbi yardımın göstərilməsi üçün limana həkim briqadaları cəlb olunub.

Həkim briqadası gələnə qədər 3 nəfər hadisə yerində keçinib: "Ölənlərin üçü də İran vətəndaşlarıdır. Onlardan biri 28, digəri 29, o biri isə 32 yaşında olan kişilərdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 450   Tarix: 19 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

ABŞ-də narkotiklə bağlı təhlükəli vəziyyət yaranıb

Texasın Ostin şəhərində (ABŞ) ölümcül narkotik dozası "epidemiyası" yayılıb. Bu barədə Təcili yardım xidmətindən bildirilib. Məlumata görə, ilk zənglər şəhərin mərkəzindən gəlməyə başlayıb, sonra şəhərin hər yerindən, yaşayış, iş yerlərindən və ictimai yerlərdən çağırışlar qəbul ediblər. Təcil

05.05.2024 225
.

Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub

"Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub". "Report" xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib. Onun sözlərinə görə, ölkənin enerji sistemi külək və Günəş Enerjisi Generatorları tərəfindən dəstəklənir:. "Yaz və yayd

05.05.2024 215
.

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

ABŞ-ın Pensilvaniya ştatındakı qocalar evlərinin birində gənc tibb bacısı Hezer Pressdi 17 qocaya öldürücü dozada dərman verib. xarici KİV-ə istinadən bildirir ki, jurnalistlərin dediyinə görə, qız yaşlı insanların çarəsizliyi və onlara daim baxmaq tələbidən hiddətlənib. O, dəfələrlə qocalar evinə sığına

05.05.2024 532
.

Alban-Udi dini icmasının sədri: "Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik"

"İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarda yerləşən, atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik". Bunu "Report"a Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib. "Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə

05.05.2024 202
.

Görüş üçün Almatı şəhəri məqsədli olaraq seçilib? - RƏY

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində bu il may ayının 10-da görüşəcəklər. Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev -a bildirib ki, görüş üçün Almatı şəhərinin seçilməsi maraqlıdır. Görüşdə delimitasiya v

12:28 72
.

Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava ştatında, demək olar, bir həftə ərzində 42 nəfər qızılcadan ölüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami açıqlayıb. Onun sözlərinə görə, alovlanmanın episentri iki rayon olub

05.05.2024 182
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 196
.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

05.05.2024 203
.

Latviyada təyyarə magistral yola qəza enişi edib

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib. "Report" xəbər verir ki, bu barədə "La.lv" portalı məlumat yayıb. Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib. Latviya Təyyar

05.05.2024 191