"Binanın altına girmişəm" – Bu çoxmərtəbəlilərdə yaşayanlar ölümlə ÜZ-ÜZƏDİR - VİDEO

"Binanın altına girmişəm" – Bu çoxmərtəbəlilərdə yaşayanlar ölümlə ÜZ-ÜZƏDİR - VİDEOSöhbət çoxmənzilli binaların zirzəmilərindən gedir. Təbii ki, zirzəmi demək olarsa.

ARB TV xəbər verir ki, bəzi çoxmərtəbəli binaların zirzəmilərində antisanitar vəziyyət hökm sürür, üfunətli qoxu isə baş çatladır.

Bircə o qalır ki, sözügedən zirzəmilərdə qayıqla gəzəsən.

Sakin: "Düzdür, gəlib baxıblar, deyiblər qurunt sularıdır binanın altına yığılan. Ancaq bu qurunt suları deyil. Orada kanalizasiya sistemi pozulub və bu vəziyyət yaranıb".

Sakin: "Çuqun torbadır, patlayıb. Hamısı axır bura. Pəncərəni də aça bilmirik. Üfunət iyi evə gəlir. Qışda biz burda ağcaqanad dərmanı yandırırıq".

Sakinlər evlərində çatların əmələ gəldiyini deyirlər. Belə davam edərsə, binaların çökmə təhlükəsi var.

Səməndər Maqsudov – Sakin: "Mən binanın altına girmişəm, bir dənə kubik qalıb. 2 kubikdən 40santimetrlik divardı. Amma keçin baxın, görəcəksiz ki, orada bir dənə kubik var, onunda yarısı suyun təsirindən gedib".

Bəzi binaların zirzəmilərinə düşmək belə mümkünsüzdür.

Əfqan Ağamalıyev – Sakin: "Heç bir tədbir görülməyib. Mənim borcumdu, düşəni götürə bilərəm. Bloku təmizləyə bilirəm, blokun qabağın təmizləyə bilirməm. Amma zirzəmini təmizləməyə gücüm çatmaz".

Sakinlər üçün əlçatmaz olan Mənzil İstismar İdarəsinin qapıları heç müxbirin də üzünə açılmayıb.

Siyəzən Rayon İcra Hakimiyyətindən isə sözügedən məsələyə Sukanal İdarəsinin cavabdeh olduğunu deyiblər. Məlumatı isə yalnız telefon vasitəsilə verilib.

Eldar Cabbarov – Regional Sukanal İdarəsinin sahə rəisi: "Xırda-xırda görürük o işləri. Planlaşdırılıb, gündəmdə var. Məlumat da verilib. Hazırda da 50-ci binada iş görülür. 51-ci binada da kanalizasiya xətti dəyişmişik. Yəni, hissə-hissə edirik".

Ümid edək ki, xırda-xırda görülən işlər böyük problemlərə yol açmaz. Sakinlər deyir ki, problemlərin vaxtında həll edilməməsi müxtəlif xəstəliklərin yayılması və binaların çökməsi ilə nəticələnə bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 873   Tarix: 18 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu

"Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq". Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi

05.05.2024 203
.

Yerlə bağlı XƏBƏRDARLIQ - 15-16 saat ərzində...

Yerdə qeomaqnit qasırğası başlayıb. xəbər verir ki, qeomatnit qasırğası orta həddən zəifə doğru dəyişəcək. Təbiət hadisəsi minimum 15-16 saat davam edəcək. Meteoroloq Mixail Leus qeyd edib ki, qeomatnit qasırğası zəifləsə belə meteohəssas insanlar üçün təsir gücünü itirməyəcək. Onlarda təzyiqin oynamas

10:08 349
.

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir. "Qafqazinfo"nun məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdə

15:40 0
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 212
.

Alban-Udi dini icmasının sədri: "Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik"

"İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarda yerləşən, atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik". Bunu "Report"a Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib. "Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə

05.05.2024 206
.

KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər

Ukrayna avrobondlarının bir qrup xarici sahibləri Kiyevdən dövlət borcuna görə faiz ödənişlərinin 2025-ci ilə kimi bərpa olunmasını tələb etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" məlumat yayıb. Kreditorlar komitəsinə Ukraynanı

05.05.2024 231
.

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Ermənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digə

05.05.2024 410
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

05.05.2024 15252
.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

05.05.2024 213