Əməkdar artist: "Türkiyədə rol alsam, bütün sülaləm kasıbçılıqdan qurtular"

Əməkdar artist: "Türkiyədə rol alsam, bütün sülaləm kasıbçılıqdan qurtular"Xəbər verdiyimiz kimi, ötən gün "Qaragöz"filminin qalası baş tutub. Gecədə bir çox tanınmış simalar iştirak edib. Onlardan biri də əməkdar artist Firəngiz Mütəllimova olub.

Aktrisa Primetime.az-a müsahibə verib.

Son zamanlar kinoteatrlarda tez-tez yeni filmlər təqdim olunur. Amma bu təqdim olunan işlərdə sizi görmürük. Təkliflər gəlmir, ya necə?

– Bir neçə filmlərə dəvət olunsam da, çəkilməkdən imtina etmişəm. Çünki, yetərincə vaxtım olmayıb. Bu il isə bol-bol zamanım var. Təklif olunan ssenari xoşuma gəlsə, razılıq verəcəm. Mənim üçün rolun böyüyü və kiçiyi yoxdur. Əsas odur ki, yadda qalan işdə olum.

– Gənc aktyorların Türkiyədə serial və filmlərdə rol almasına münasibətiniz necədir?

– Gənc aktyorların Türkiyədə seriallarda çəkilməsi sevindirici haldır. Elə bu yaxınlarda Kənan MM-i də bu münasibət ilə təbrik etdim. Onlar bizim fəxrimizdir. Niyə də üz tutmasınlar? 30 milyona yaxın biziksə, 70-80 milyona yaxın isə türklərdi. Orada aktyorlara bizdən artıq pul verirlər, həm də daha tez məşhurlaşmaq olur. Məsələn, orada aktyor kimi hər hansı bir serialda rol alsan, bütün sülalən kasıbçılıqdan xilas olur. Bizdə isə hər şey əksinədir.

– Bəs nə vaxtsa sizə belə bir təklif gəlib?

– Mənə təklif gəlməyib. Çünki, bu ilə kimi universitetdə dərs deyirdim, eyni zamanda teatrda tamaşalarım var. Orada iş görmək üçün isə gərək sən vətəndə işsiz olasan.

– Elə bir gənc aktrisa varmı, ona gələcəyin "Firəngiz"i deyəsiniz?

– Mən gələcək Firəngizi öz bacım qızı Gülarədə görürəm. Aktyor kimi onu çox bəyənirəm. Aktyor gərək savadlı, dünyagörüşü, bütün dramaturqları bilməlidr. Oynadığı rolu isə araşdırmalıdır. Bizdə isə belə deyil. İstedad Allah vergisidir, amma təhsil mütləqdir. Elə aktyor var oturub sənə dərs deyə bilər, amma səhnədə heç bir iş görə bilmir.

– Çəkildiyiniz "Bacanaqlar" serialında sizinlə yanaşı bir tanınmış və eyni zamanda aktyor olmayan insanlar çəkilir. Onlara məsləhət verdiyiniz anlar olur?

– Mən öz yerimə çəkilib gedirəm. Amma yeri gələndə öz məsləhətlərimi də vermişəm. Teatr deyil ki, mən kiminsə işinə qarışım. Onun üçün rejissor, ssenarist, prodüser var. Serialdır və mən artıq o kamanda ilə neçə ildir işləyirəm. Gör neçə adam bu işdən pul qazanır. 5 yaşında qız kimi başımı aşağı salıb işimi görüb gedirəm. Baxmayaraq ki, 40 ildir bu sahədəyəm.

– Səhhətinizlə bağlı xəbərlər yayılmışdı. İndi nəcəsiniz?

– 2013-cü ildə mən beyin əməliyyatı olmuşam. Həkim bir ildən sonra dedi ki, hər şey qaydasındadır. Unut getsin. Düzdür başımda çapıx izi qalıb, hər saçımı darayanda görürəm (gülür). Bilmirəm nədəndir, bu barədə indi yazırlar. Amma o günləri yaşayanda heç kim maraqlanıb bu barədə yazmırdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1431   Tarix: 17 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Kızıl goncalar"ın aktyorları sevgilidir - Foto

"Kızıl goncalar" serialında yaşanan eşq gerçək olub. Axşam.az xəbər verir ki, aktyorlar Mert Turakla Melis Çınar sevgilidir. Cütlük ötən gün paparatsilərin obyektivinə tuş gəlib. Turak aralarındakı münasibəti təsdiqləyərək "Olan oldu. Ən azından birlikdə poz verək ki, yaxşı düşək"

05.05.2024 731
.

"Mənə görə arzularının üstündən xətt çəkdin"

"Hər il bu vaxt sənin, möcüzə gözləyən balaca məsum uşaq kimi oturub, saata baxmağın mənim üçün ən ürəkəridən mənzərədir. Sən mənim evimsən - harada olursaq olaq, sənin qucağın mənim sığınacağımdır. Çörəyimsən, suyumsan. Qaranlıqda yolumu işəqlandıran ən böyük ulduzumsan. Hər gün güzgüdə özümə baxand

14:13 487
.

"Çılgın Bediş"in ulduzunun oğlu cinsiyyət dəyişdirir

"Çılgın Bediş" serialının ulduzu Çiçek Dilligilin musiqiçi Bora Öztoprakla evliliyindən olan oğlu Ardahan cinsiyyət dəyişdirir. OLAY yazır ki, bununla bağlı Ardahan instaqramda foto paylaşıb. O, oğlan halında olan bütün şəkilləri hesabından silib. Yeni görüntülərini izləyiciləri ilə bölüşüb

04.05.2024 551
.

Aysun ərini BELƏ TƏBRİK ETDİ - FOTOLAR

Müğənni Aysun İsmayılova vəkil həyat yoldaşı Ramil Vəliyevi ad günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən bildirir ki, Aysun İsmayılova instaqramda hekayə bölümündə paylaşım edib. "Nə yaxşı ki, doğulmusan. Nə yaxşı ki, səni tanımışam. Səninlə hər şeyə yaxşı ki. Əllərimizi ancaq qızımız ayırsın

04.05.2024 1068
.

Elçinlə Aydan BARIŞDI - FOTO

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb. OLAY-ın əldə etdiyi məlumata görə, Elçin instaqramda xanımı Aydan Rüstəmxanlını yenidən izləməyə başlayıb. Barışığın təsdiqi kimi isə digər diqqətçəkən detal Elçinin qaynı Cəmil Rüstəmxanlı ilə birgə foto paylaşmas

04.05.2024 951
.

Gəlini Zabit Nəbizadənin qohumu imiş

Əməkdar artist Mətanət İsgəndərli Xalq artisti Zabit Nəbizadə ilə qohum olub. Axşam.az xəbər verir ki, ifaçılar bu haqda "Maqazin plus" verilişinə deyib. M.İsgəndərli bildirib ki, oğlu Kərim xanəndənin qohumu ilə ailə qurub. "Təzə gəlinim Zabit qardaşımın anasının dayısı nəvəsidir. Gedi

16:34 254
.

Akif İslamzadədən qalmaqallı açıqlama - "Aparıcıların çoxu qadındır"

Xalq artisti Akif İslamzadə "Mirinin dibçəyi" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, ifaçı açıqlamasında "Mədəniyyət" telekanalı tənqid edib:. "Efirlərə məni dəvət edirlər. Bu yaxınlarda "Mədəniyyət" telekanalından dəvət aldım, Hacıbaba Hüseynovun ölümünü

05.05.2024 384
.

Yenidən "Yalı çapkını"nda rol alacaqlar - Foto

"Yalı çapkını" serialının heyətində dəyişiklik edilib. Axşam.az-ın məlumatına görə, aktyor Baran Bölükbaşı ("Tarık") və Ediz Akşehir ("Saffet") ekran işinə geri dönüb. Onlar layihənin sonuncu təqdim olunan bölümündə yer alıblar. Qeyd edək ki, serialın baş rollarını Afr

05.05.2024 470
.

Hüseyn Həsənov vergilərə 153 milyon borcludur

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənovun vergilərə 153 milyon rubl (2,8 milyon manatdan çox) borcu var. "Qafqazinfo" "Baza" teleqram kanalına istinadən xəbər verir ki, Rusiya Federal Vergi Xidməti onun restoran işi və yemək çatdırılması ilə məşğul olan şirkətinin hesabların

10:30 243