Azərbaycanda yoxsulların sayı AÇIQLANDI

Azərbaycanda yoxsulların sayı AÇIQLANDI1992-ci ildə BMT tərəfindən 17 oktyabr tarixinin Ümumdünya Yoxsulluqla mübarizə günü kimi elan edilməsi bütün dünyada yoxsulluğa qarşı milli, regional və beynəlxalq səviyyələrdə mübarizə səylərini birləşdirmək məqsədinə xidmət edib.

BiG.AZ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Azərbaycan da yoxsulluqla mübarizə sahəsində fəal siyasətə və uğurlu təcrübəyə malik olan, bu sahədə mühüm addımların atıldığı və müsbət nəticələrin əldə edildiyi ölkələrdən biridir.

Hələ 2000-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin təşkilatçılığı ilə 147 ölkənin başçısı tərəfindən Minilliyin sammitində Minilliyin İnkişaf Məqsədlərini əks etdirən birgə Bəyannamə imzalanıb. Azərbaycan Respublikası adından ümummilli liderimiz Heydər Əliyevin imzaladığı Bəyannamədə əksini tapan qlobal məqsədlərdən birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılması olub. "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" ölkəmizdə bütün sahələrdə tərəqqi proseslərinə, habelə yoxsulluğun ildən-ilə azalmasına şərait yaradıb.

Son 15 ildə bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilib. Qeyd olunan Dövlət Proqramının icrasına dair 2005-ci il may ayının 12-də keçirilən illik konfransda Prezident İlham Əliyev "Azərbaycanda heç kim yoxsulluq şəraitində yaşamamalıdır. Yoxsul insan olmamalıdır" deyə bəyan edərək, bunu dövlətin qarşısında strateji məqsəd kimi müəyyən edib. "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın başa çatması ilə əlaqədar olaraq 15 sentyabr 2008-ci il tarixdə Prezident İlham Əliyev tərəfindən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" təsdiq edilib. Bu proqram, habelə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı məqsədilə təsdiqlənərək uğurla icra olunan dövlət proqramları, eləcə də digər vacib sənədlər, aparılan məqsədyönlü dövlət siyasəti respublikada uzunmüddətli sosial-iqtisadi inkişafı təmin edib.

Son 15 ildə ölkəmizdə yoxsulluğun da kəskin şəkildə azalmasına nail olunub

Milli iqtisadiyyatın 3,2 dəfə, o cümlədən qeyri-neft sektorunun 2,8 dəfə, qeyri-neft ixracının 4,1 dəfə, əmək haqlarının təxminən 7 dəfə, minimum əməkhaqqının 23 dəfə artdığı, 3,1 min məktəbin, 640-dan çox xəstəxananın, eyni zamanda çoxsaylı sosial obyektlərin tikilərək istifadəyə verildiyi, 92 müasir qəsəbə və yaşayış kompleksi salınmaqla, 270 minədək məcburi köçkünün müasir şəraitli mənzillərlə təmin olunduğu son 15 ildə ölkəmizdə yoxsulluğun da kəskin şəkildə azalmasına nail olunub. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi "Yoxsulluğa qarşı mübarizədə Azərbaycan böyük uğurlara imza atıb. Demək olar ki, bu məsələlərlə məşğul olan bütün beynəlxalq təşkilatlar bunu nümunə kimi göstərirlər ki, yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşübdür. İşsizliklə bağlı böyük işlər görülüb. İşsizlik Azərbaycanda 5 faiz səviyyəsindədir".

Yoxsulluğun azalmasında əhalinin məşğulluq imkanlarının artırılması da mühüm rola malikdir. 2003-2017-ci illərdə Azərbaycanda 1,4 milyonu daimi olmaqla, 1,9 milyon yeni iş yeri yaradılıb, məşğulluq imkanları əhəmiyyətli şəkildə artmaqla, əmək bazarında sabitlik, işsizliyin 5 faizə enməsi təmin olunub. Yeni iş yerlərinin açılması daimi xarakter almaqla yanaşı, dövlət məşğulluq xidmətləri, işsiz və işaxtaran vətəndaşların münasib işlərlə təminatı tədbirləri də getdikcə gücləndirilir. Təkcə bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 44,8 min nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib, 865 nəfər ödənişli ictimai işlərə göndərilib. Nazirliyin xətti ilə cari ilin 9 ayında ümumilikdə 2075 nəfər peşə hazırlığına cəlb olunub.

50,2 min ailə, yəni 200,2 min nəfər yoxsul var

Bu gün ölkəmizdə yoxsul ailələr ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunub. Respublika üzrə 2018-ci ilin 1 oktyabr tarixinə orta hesabla (Naxçıvan MR istisna olmaqla) 50,2 min ailə (200,2 min ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin edilir və ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 165,4 manatdır. Bununla yanaşı, aztəminatlı ailələrin özünüməşğulluğunun dəstəklənməsi yolu ilə onların sosial yardım proqramından asılılığının aradan qaldırılmasına və kiçik ailə biznesinə sahib olmaqla sahibkarlığa çıxış əldə etmələrinə də şərait yaradılır.

Dövlət başçısının müvafiq Sərəncamı ilə icra olunan özünüməşğulluq proqramı bu sahədə xüsusi əhəmiyyəti ilə seçilir və proqrama cəlb olunmaq üçün müraciət edənlər arasında sosial cəhətdən həssas qruplara, aztəminatlı ailələrin nümayəndələrinə xüsusi üstünlük verilir. İşsizliyin və nəticə etibarilə yoxulluğun aradan qaldırlmasında mühüm rola malik olan özünüməşğulluq proqramına ötən il ərzində 1200 nəfər cəlb olunubsa, 2018-ci ildə 7 minədək işsiz vətəndaşın özünüməşğulluq proqramı çərçivəsində ailə əməyinə əsaslanan kiçik ailə təsərrüfatlarının yaradılması nəzərdə tutulub. Onların artıq kiçik ailə biznesini qurmaları üçün mal və materiallarla təmin olunmasına başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında "Özünüməşğulluq proqramı işsizliyin, xüsusilə bölgələrdə işsizliyin, yoxsulluğun aradan qaldırılması üçün çox önəmli bir vasitə, alət olacaq. Eyni zamanda, bu gün dövlətdən sosial yardım alan ailələr dövlət tərəfindən, dövlət dəstəyi ilə onlara lazımi vəsait veriləndən sonra öz həyatlarını özləri quracaqlar və öz maliyyə imkanlarını böyük dərəcədə artırmış olacaqlar", - deyə bildirib.

Azərbaycanda aparılan güclü sosial siyasət ölkədə sosial təminat sisteminin də ildən-ilə güclənməsinə şərait yaradır. Buna misal olaraq, son 15 ildə pensiyalarda 11,3 dəfə, ümumilikdə dövlət büdcəsinin sosialyönümlü xərclərində 10 dəfə, o cümlədən sosial müdafiə və sosial təminat xərclərində 11 dəfə artım qeydə alınıb.

2015-ci ilin sentyabrında BMT sammitində dünyada aclığa son qoymaq, insan həyatını dəyişmək və planetimizi qorumaq üçün birgə razılaşdırılmış hədəflərdən ibarət olan yeni Dayanıqlı İnkişaf Məqsədləri qəbul edilib. Azərbaycan da Dayanıqlı İnkişaf Məqsədlərinə qoşularaq, bu Məqsədlərin hər biri üzrə fəal siyasət həyata keçirir.

Ümumiyyətlə, ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi prosesləri, sosial firavanlığın təminatı istiqamətində atılan mühüm addımlar yoxsulluğa qarşı mübarizə sahəsində qarşıdakı dövrdə də mühüm uğurların qazanılmasına imkan verəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 677   Tarix: 17 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304