Nazirlik şəhid anası ilə bağlı AÇIQLAMA YAYDI: Ödəniş olub...

Nazirlik şəhid anası ilə bağlı AÇIQLAMA YAYDI: Ödəniş olub..."Şəhid hərbi qulluqçumuz Allahyarov Hüseyn Ələkbər oğlunun anası Səlminaz Allahyarovanın bir neçə gün öncə qafqazinfo.az saytındakı müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində araşdırılıb. Səlminaz xanım Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona vaxtilə sığorta ödənişi edilmədiyini iddia edir. "Deyirlər pulu ərin alıb, o da oğlumdan qabaq ölüb..." deyə, indiyədək həmin qurumdan heç bir sığorta ödənişi almadığını bildirib Şəhid anasının bu narazılığı ilə bağlı araşdırma aparılarkən Səlminaz Allahyarovaya sığorta ödənişinin verildiyi sənədlər əsasında təsdiqini tapıb".

BiG.AZ xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazıl Talıbov "Facebook" sosial şəbəkəsində yazıb. Bildirib ki, Zaqatala rayon dövlət notariat kontoru tərəfindən1997-ci il 15 oktyabr tarixində reyestrdə qeydiyyata alınmış "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə"yə əsasən şəhid Allahyarov Hüseyn Ələkbər oğlunun vərəsəsi kimi anası Allahyarova Səlminaz Cavad qızı "Şəhid ailəsi üçün 50000 manat sığorta pulu", eyni zamanda 1998-ci il 28 dekabr tarixində reyestrdə qeydiyyatda alınmış "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə"yə əsasən "Özəlləşdirmə payı almaq üçün" vərəsəlik əmlakı üzrə vərəsə müəyyən olunub.
Həmçinin, Səlminaz Allahyarova qardaşı Səmədov Cövdət Cavad oğlunun şəhid hərbi qulluqçu olması ilə əlaqədar əvvəllər onlara hər hansı ödəniş edilmədiyini də bildirib. Amma Zaqatala rayon dövlət notariat kontoru tərəfindən 1997-ci il 14 aprel tarixində reyestrdə qeydiyyatda alınmış "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə"yə əsasən şəhid Səmədov Cövdət Cavad oğlunun vərəsəsi kimi anası Səmədova Gülüzar Bayram qızı "Şəhid ailəsi üçün 50000 manat sığorta pulu" vərəsəlik əmlakı üzrə vərəsə müəyyən olunub.

Nazirlik bu kimi digər müraciətlərə də həssaslıqla yanaşaraq operativ araşdırma aparılmasını və nəticəsi barədə məlumat verilməsini təmin edəcək.
Nazirlik şəhid anası ilə bağlı AÇIQLAMA YAYDI: Ödəniş olub...Nazirlik şəhid anası ilə bağlı AÇIQLAMA YAYDI: Ödəniş olub...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1590   Tarix: 17 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakıda oteldə zəhərlənərək ölən vəzifəli şəxslərlə bağlı QORXUNC İDDİA

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib. -a istinadla xəbər verir ki, oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. -ın əldə etdiyi məlumat

15:10 1145
.

Braziliyada daşqın oldu: 84 ölü, 111 itkin

Braziliyanın cənubunda yerləşən Rio-Qrandi-du-Sul ştatında ötən həftədən bəri effektiv olan yağışlar nəticəsində daşqın olub. BİG.az xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 84 nəfərə, itkin düşənlərin sayı isə 11 nəfərə çatıb. Bu barəfə Ştatın Mülki Müdafiə nazirliyi açıqlama edib. Yağışla

12:56 126
.

"Monte-Karlo Əfsanələri" adlı sirk proqramı "Sea Breeze"də BAŞLAYIR

İlk dəfə "Sea Breeze"də Sirk Oskar mükafatçısı Allahverdi İsrafilovun təşkilatçılığı ilə iyunun 1-dən "Monte-Karlo Əfsanələri" adlı beynəlxalq sirk proqramı başlayır. Bu barədə -a Bakı Dövlət Sirkindən məlumat verilib. Bildirilib ki, ənənəyə sadiq qalaraq şounun ilk günü xeyriyy

11:02 172
.

İtaliyada çirkab su təmizləmə zavodunda qəza: 5 ölü, 1 yaralı

İtaliyanın Siciliya adasındakı Kasteldaccia qəsəbəsində çirkab su təmizləmə zavodunda qəza olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 5 işçi qazdan zəhərlənərək ölüb. İtaliya mediasının yaydığı məlumata görə, Palermo şəhəri yaxınlığındakı Kasteldaccia şəhərində 1 işçi isə terapiyaya aparılıb. Polisi

12:29 90
.

"Pedaqoji kadr hazırlayan təhsil müəssisələrində sinif rəhbərinin işinin təşkili ilə bağlı bilik və bacarıqlar öyrədilmir" - Ekspert

Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticlənib.9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Təhsil eksperti Elşən Qafaro

15:56 323
.

Əfqanıstana güclü yağışlar yağıb: 15 ölü - VİDEO

Əfqanıstanın bir çox bölgələrində şiddətli yağışlar daşqına səbəb olub. BİG.AZ xəbər verir ki, sel nəticəsində 8 nəfər, ildırım vurması nəticəsində 7 nəfər ölüb. Bu barədə Əfqanıstan Milli Təbii Fəlakətlərin İdarə Edilməsi İdarəsi açıqlama yayıb. Açıqlamaya əsasən, 142 hektar kənd təsərrüfatı torpaqlarını

13:23 121
.

"Nigar Arpadarai tapılmır" - Seçicilər

29 saylı Səbail Seçki Dairəsindən Milli Məclisin üzvü seçilən Nigar Arpadarai seçiciləri ilə ünsiyyətdən yayınır. Bu barədə -ya müraciət edən Səbail Rayonunda yaşayan bir qrup sakin bildirib. Aralarında 44 Günlük Vətən Müharibəsinin iştirakçısı olan sakinlər deyir ki,müxtəlif problemlərinin həlli il

10:58 761
.

Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ

Parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib. Layih

12:52 338
.

"Avroviziya-2024" başladı

İsveçin Malmö şəhərində "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb. Axşam.az-ın məlumatına görə, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq

23:13 0