Vəzifədən birbaşa həbsə gedən məmurlar: Onlar kimlərdir? - SİYAHI

Vəzifədən birbaşa həbsə gedən məmurlar: Onlar kimlərdir? - SİYAHIXəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir" İstehsalat Birliyinin direktoru Qüdrət Şükürovun barəsində cinayət işi başlayıb. Adı müxtəlif qalmaqallarda hallanan, qızına 400 minlik toy edərək gündəmə gələn sabiq direktorun milyonlarla yeyintiyə yol verdiyi iddia olunur.

BiG.AZ xəbər verir ki, azxeber.com vəzifədən azad edildikdən dərhal sonra cinayət məsuliyyətinə cəlb olunmuş məmurlarla bağlı araşdırma aparıb.

Sabiq baş nazir Sürət Hüseynov vəzifədən azad edilikdən sonra Moskvaya qaçmağı bacarsa da, 1997-ci ildə Rusiyada tutularaq ölkəmizə gətirilib. 1999-cu ilin fevralında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.

Sabiq Səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında həbs olunub və bu günə qədər həbsdədir. 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilən Ə.İnsanovun həbs müddəti daha sonra yenidən artırılıb. Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev də vəzifə başında həbs olunan məmurlardandır. 2005-ci ilin oktyabrında "Azpetrol" şirkətinin prezidenti olan qardaşı Rafiq Əliyevlə birgə həbs edilən Fərhad və Rafiq Əliyev qardaşları 8 il sonra, 2013-cü ilin oktyabrında əfv fərmanı ilə azadlığa çıxıblar.

Sabiq Milli Təhlükəsizlik naziri Nərimanov İmranov 1994-cü il oktyabr ayının 15-də bir qrup şəxsin MTN-in təcridxanasından qaçırılmasının təşkilində iştirakda, vətənə xəyanətdə təqsirləndirilərək həbs olunub və ömürlük azadlıqdan məhrum edilib. Prezident İlham Əliyevin sərəncamı ilə 2002-ci ildə əfv edilib.

2005-ci ilin oktyabrında həbs edilən Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş rəhbəri Akif Muradverdiyev bir müddət sonra azadlığa çıxsa da, sonradan yenidən həbs edilib. 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan A.Muradverdiyev 2016-cı ildə yenidən azadlığa qovuşub.

"Azərkimya" Dövlət Şirkətinin sabiq prezidenti, eks-deputat Fikrət Sadıqov da 2005-ci ilin oktyabrında həbs edilən məmurlardandır. O, bir neçə gün həbsdə qaldıqdan sonra ev dustağı edilib. Hazırda AMEA-nın Kimya Problemləri İnsitutunda çalışan F.Sadıqov elmi araşdırmalarla məşğuldur.

Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov 2005-ci ilin martında adam oğurluğu və digər ağır cinayətlərdə ittiham olunaraq həbs edilib. Ömürlük həbs cəzasına məhkum edilən H.Məmmədov 2017-ci il dekabrın 3-də saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib.

Milli Təhlükəsizlik Nazirliyi Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov 2015-ci ilin oktyabrında həbs edilib. 12 il müddətinə azadlıqdan məhrum edilən A.Çovdarov hazırda cəzasını çəkir və istintaq təcridxanasındadır.

Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev də "MTN işi" üzrə həbs olunub. 12 il müddətinə həbs olunan keçmiş mərkəz rəhbərinin məhbəs həyatı davam edir.

Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev 2005-ci ildə həbs olunub və məhkəmənin qərarı ilə 10 il 6 ay müddətinə cəza alıb. Hazırda məhbus həyatı davam edən sabiq rəis istintaq təcridxanasında saxlanılır.

2005-ci ildə "MTN işi"nə görə həbs edilən MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda da həbsdədir.

Siyahını uzatmaq da olar. Gərək vəzifədə işləyəndə bir məqamı unutmayasan ki, bir gün etdiklərin mütləq bir gün geri dönür. O baxımdan vəzifəyə dədə-baba mülkü kimi yox, xalqa xidmət vasitəsi kimi baxmalısan.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1067   Tarix: 15 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

02.05.2024 193
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

02.05.2024 340
.

ABŞ Rusiyaya sanksiyaya 31 Çin şirkətini daxil edib

ABŞ Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 31 Çin şirkətini daxil edib. xəbər verir ki, ABŞ-ın Pekindəki səfiri Nicolas Burns mövzu ilə bağlı açıqlamasında Çində yerləşən 31 şirkətin sanksiyalara daxil olduğunu bildirib. ABŞ Dövlət Departamenti sanksiyalarla bağlı verdiy

02.05.2024 135
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

02.05.2024 159
.

Çində qəzada ölənlərin sayı artıb

Dünən Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Meycou əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb, 30 nəfər xəsarət alıb. Yolun çökməsi nəticəsində açılan uçuruma 23 avtomobil düşüb. Meykou əyalətində həddindən artı

02.05.2024 139
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 153
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

02.05.2024 715
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

02.05.2024 1018
.

Məhkəmədə Alidənin həyat yoldaşını günahlandırdı

Aparıcı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkiro

02.05.2024 1195