"Röya elə məbləğə toya gedir ki..."

"Röya elə məbləğə toya gedir ki...""Rusiyadakı toy bazarına qapını kimsə yox, Allah açır. Məsələn, siz yeməklərdən bozbaşı sevirsiz. Mən məcbur sizə aş yedirdə bilərəm? Yox! Toy sahibi də belədir. İstəsə Röyanı, məni, Rozanı və başqalarını toyuna çağıracaq. Hər şey istəyə bağlıdır, məcburiyyət yoxdur".

Bu sözləri "Qafqazinfo"ya açıqlamasında müğənni Sevinc Səfərova deyib. O, əkizlərin Rusiya toy bazarına Xəyyam Nisanov və Röya Ayxanın küsülülüyündən sonra daxil olması barədə yayılan məlumatlara münasibət bildirib:

"İl yarım bundan əvvəl Röya Ayxan 2-3 dəfə Moskvadakı toylara gedibsə, biz 3 ildən çoxdur ki, həmin məclislərdə iştirak edirik. Hər zaman söyləyirəm ki, bizim qazancımız Rusiya bazarından gəlir. Əgər Xəyyam Nisanov bəzilərinin dediyi kimi belə edirsə, Allah ondan razı olsun! Çünki o, iki bacının ailəsini dolandırmağa köməklik göstərir. Amma bu məlumatı qəribə formada təqdim edirlər. Xəyyam orada "palajeniya"ya baxmır. Bu nə deməkdir? Xəyyamın tərbiyəsinə yaraşmaz, o kişidir, başqaları ilə səhv salmasınlar".
"Röya elə məbləğə toya gedir ki..."S. Səfərova Röya Ayxanla problemlərinin olmadığını qeyd edib: "Röyayla aramızda nə problem var ki, kimsə ondan acıq çıxmaq üçün bizə yaxınlaşsın? Şəxsən məndən soruşsaz, hörmətlə başımı əyib onlara salam verəcəm. Doğrudan da, bu münasibəti ətrafımızda olan insanlar yaradır. Səmimi danışıram, ağlıma gəlməzdi ki, yazacaqlar ki, Röya Ayxan Moskva toyunda yoxdur, onun yerini Sevil-Sevinc tutar. Röya Moskvaya elə bir məbləğə gedir ki, ildə bir dəfə toyu ola bilər və həmin bazarda bir çox azərbaycanlı müğənnilər də var. Mən ayda 3 dəfə Rusiyada toya gedirəmsə, demək ki, oranın bazarına girmişəm? Belə şey yoxdur".

Xatırladaq ki, bir müddət əvvəl mediada uzun illərdir ki, dostluq edən, duet oxuyan əməkdar artist Röya Ayxanla müğənni Xəyyam Nisanovun dostluğunun pozulması barədə xəbər yayılıb. İddia olunur ki, bu küsülülük toy bazarına da öz təsirini göstərib. Rusiyada xeyli toyları olan və həmkarlarını məclislərə dəvət edən Nisanov baş verən soyuqluqdan sonra Röyanı o siyahıdan çıxarıb. Onu Sevil və Sevinc Səfərovalar əvəz edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2347   Tarix: 15 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467