Bakıda kirayə ev tapılmır: Qiymətlər "ceyran belində"… - REPORTAJ

Bakıda kirayə ev tapılmır: Qiymətlər "ceyran belində"… - REPORTAJMəlum olduğu kimi, avqust ayının sonlarından başlayaraq kirayə mənzil bazarında qiymətlər kəskin bahalaşdı. Xüsusən də yeni dərs ilinin başlanması ilə əlaqədar minlərlə tələbənin paytaxta axın etməsi və kirayə mənzillərə tələbatın artması bahalaşmanı bir qədər də sürətləndirdi.

Eləcə də hökumətin qərarı ilə köhnə və yararsız vəziyyətdə olan binaların sökülməsi ilə bağlı həyata keçirilən pilot layihələr paytaxda kirayə mənzil qıtlığının yaranmasına səbəb oldu. Artıq tələbələr demək olar ki, kirayə mənzillərdə tam olaraq yerləşiblər, bazardakı canlanma bir qədər səngiyib.

Bəs, qiymətlərdə hansı istiqamətdə dəyişiklik qeydə alınıb? Mənzil dəllalları bazarın durumunu necə qiymətləndirirlər?

Musavat.com-un müxbiri bu suallara aydınlıq gətirmək üçün kirayə mənzil bazarına baş çəkib və ev dəllalları ilə həmsöhbət olub.

Kirayə mənzil bazarında canlanma davam edir. "Makler"lər ötən aylarla müqayisədə bu ay kirayə qiymətlərinin bir qədər də bahalaşdığını bildirdilər. Belə ki, mərkəzə, magistral yola, metroya yaxın ərazilərdə ikiotaqlı mənzillərin qiyməti 300-350 manat, üçotaqlılar isə 400-500 manat arasında dəyişir.

Mənzil dəllallarının sözlərinə görə, qiymət artımının səbəbi kirayə verilən mənzillərin qıtlığı və tələbatın artmasıdır: "Bildiyiniz kimi, şəhərdə bir çox yerlərdə söküntü işləri aparılır. Tikinti şirktləri pillot layihə çərçivəsində sökdükləri binaların sakinlərini iki il müddətində Bakının müxtəlif yerlərində kirayəyə köçürürlər. Bu səbəbdən şəhərdə kirayə ev qıtlığı yaranır. Bu gün kirayə mənzil bazarında ev tapmaq müşkül məsələyə çevrilib. Misal üçün, metrostansiyaların yaxınlığında demək olar ki, kirayə evlər çox azdır. Olsa belə, qiyməti əvvəlkindən bir xeyli bahadır".

Maklerlərlə söhbət zamanı o da bəlli olub ki, mənzil sahibləri bu durumdan maksimum istifadə edirlər: "Hazırda ev sahibləri üçün fürsət yaranıb. Onlar bilirlər ki, Bakıda kütləvi söküntü gedir. Ailələr məcbur şəkildə kirayə mənzillərə köçürülür. Buna görə də mənzillərini baha qiymətə kirayəyə vermək istəyirlər. Bu cür vəziyyət artıq bir ildən çoxdur ki, davam edir. Kirayə mənzilə tələbat əsasən Nərimanov və Binəqədi rayonlarındadır. Çünki bu ərazidə daha çox söküntü işləri aparılır. "Xruşovka" tipli binalarda və köhnə həyət evlərində yaşayan ailələr köçürülür".

Digər bir dəllal da müştərilər üçün uyğun ev tapmaqda çətinlik çəkdiklərini bildirdi: "Pilot layihə ilə bağlı köçürülənlərin kirayə pulunu şirkət verir. Ona görə də minmum iki illliyə ev tuturlar. Tələbələr də mənzilləri ən azı 1 il müddətinə tuturlar. Yəni bazara yeni bir kütlə axın etsə də, bir o qədər kirayə mənzil təklifi gəlməyib. Tələb artıb, təklif isə dəyişməz olaraq qalır. Bu baxımdan ucuzlaşmadan söhbət gedə bilməz. Əvvəl 250 manata birotaqlı, ortatəmirli mənzil tapmaq mümkün idi. Metro ətrafında ikiotaqlı, təmirli evlər 350 manatdan başlayır. Üçotaqlı, normal şəraitli ev isə 350-400 manatadır, metro ətrafında hətta 450 manata da ola bilər. Mərkəzdən bir qədər kənarda isə bu qiymətlərdən 50 manat ucuz ev tapmaq mümkündür".

Kirayə mənzil tapmaq üçün bazara üz tutan bir neçə müştəri ilə də həmsöhbət olduq. Ev axtaranların əksəriyyəti Qaraçuxur, Günəşli, NZS qəsəbəsində yaşayanlar idi.

Rasim adlı şəxs iki gündür ki, kirayə mənzil axtardığını, lakin tapa bilmədiyini dedi: "Nəqliyyatın qiyməti bahalaşandan sonra metro ətrafında kirayə mənzil axtarıram. Hər gün marşruta 30 qəpik verib metroya gəlirəm. Sonra 30 qəpik də metroya verirəm. Təkcə bununla bitmir. Gün ərzində iki dəfə harasa çıxsam, gərək aylıq 80-90 manat yol pulu verəm. Bu səbəbdən də metro ətrafına köçmək istəyirəm. Həm istədiyim yerə rahat gedərəm, həm də az xərcim çıxar".

Müştəri kirayə evlərin kəskin bahalaşdığını da bildirdi: "Bir həftədir ki, ikiotaqlı, orta təmirli, müəyyən əşyaları olan mənzil axtarıram. Lakin qiymətlər çox bahadır. Belə mənzillərin qiyməti 350-450 manat civarındadır. 3-4 ay öncə ilə müqayisədə minimum 50 manat fərq edir. Maklerlər kirayə evlərin hələ bir qədər də bahalaşacağını deyirlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1013   Tarix: 14 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988