DYP sürücülərə müraciət edib

DYP sürücülərə müraciət edibBakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində dayanma-durma qaydalarını pozaraq tıxaclara səbəb olan sürücülərə müraciət edib.

Daxili İşlər Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə vətəndaşlar tərəfindən paytaxt ərazisində dayanma-durma qaydalarını pozan sürücülər və onların hərəkətin intensivliyinə yaratdıqları maneələr barədə çoxsaylı müraciətlər daxil olmaqdadır:

"Bu məqsədlə idarə əməkdaşları tərəfindən müraciətlərin yerindəcə araşdırılması məqsədi ilə bəzi küçə və prospektlərdə müşahidələr aparılıb. Məlum olub ki, Bakının İsmayıl bəs Qutqaşınlı, Bəxtiyar Vahabzadə (xüsusən Bakı Dövlət Universiteninin qarşısı), Şərifzadə küçələrində, eləcə də Qara Qarayev prospektlərində dayanma-durma və parklanma qaydaları kobud şəkildə pozulur.

Müşahidələrin aparıldığı Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində hərəkət ikitərəfli olsa da faktiki cəmi bir zolaq işləyir. Çünki, buradakı müxtəlif şirkətlər, tibb müəssisələri və digər obyektlərin qarşısı dayanacaq kimi istifadə olunur. Avtomobillər isə səkiyə paralel yox, perpendikulyar park edildiyindən nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranır. Qeyd etmək lazımdır ki, həmin ərazidə Yanğından Mühafizə Briqadası da yerləşir. Həmin qrumdan DYP-yə daxil olan müraciətdə küçədə qanunsuz park edilən avtomobillərə görə yanğınsöndürən avtomobillərinin normal hərəkətinin mümkünsüzlüyü qeyd olunur.

Nizami rayonu Qara Qarayev prospektində aparılan araşdırmalar zamanı məlum olub ki, gün ərzində həmin prospekt boyunca 600-dən artıq avtobus hərəkət edir. Həmin avtobusların hərəkət trayektoriyası araşdırılan zaman əksəriyyətinin eyni marşrut üzrə sərnişin daşımaqla məşğul olduqları məlum olub. Avtobuslar isə ayrı-ayrı şirkətlərə məxsus olduğundan hər şirkət ayrı-ayrılıqda interval planlaşdırır və nəticədə bəzən eyni vaxtda dayanacağa 5 avtobus daxil olur. Həmin dayanacaqlarda minik avtomobilləri park edildiyindən avtobuslar yolun hərəkət hissəsində dayanaraq sərnişin mindirib-düşürürlər. Bu isə sərnişindaşıma sahəsində ciddi təhlükələr yaradır. Nəzərə çatdırdığımız hallar Yasamal rayonu Şərifzadə, Bəxtiyar Vahabzadə, eləcə də paytaxtın əksər küçə və prospektlərində də müşahidə olunmaqdadır.

Sonda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücüləri yollarda nizam-intizamlı olmağa, dayanma-durma və parklanma qaydalarına əməl etməyə çağırır. Qeyd edək ki, parklanma qaydalarını pozan sürücülərə qarşı maarifləndirmə işləri yol polisi tərəfindən aparılsa da, cərimələrin tətbiqi və ciddi nəzarət mexanizminə də böyük ehtiyac var".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 941   Tarix: 13 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu mövsümün ən dəbli cins şalvarları

Rusiyalı stilist Natalya Temiralieva bu ilin cins dəblərindən danışıb. "Enli ayaqlı, yüksək belli cins şalvarlar ən dəbli modellərdən birinə çevrilib", - deyə stilist bildirib. Stilistin sözlərinə görə, bu model ayaqlarını vizual olaraq uzatmaq və daha incə göstərmək istəyənlər üçün idealdır

10:40 269
.

İsrailin hücumları nəticəsində 10 fələstinli həlak olub

İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat Qaçqınlar Düşərgəsi və İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə təşkil etdiyi hücumlarda 10 fələstinli həyatını itirib. xəbər verir ki, İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat Qaçqınlar Düşərgəsinə təşkil etdiy

10:52 128
.

"Filosof Atakan" 5 ildən sonra... - Foto

Türkiyədə 5 il öncə "Filosof Atakan" adı ilə tanınan Atakan Kayalar illər sonra yenidən gündəmə gəlib. "Qafqazinfo" xəbər verir ki, onun barəsində Türkiyə mətbuatı məlumat yayıb. Hazırda 15 yaşı olan Kayalar məşhurlaşdığı vaxtdan danışıb:. "Birdən-birə məşhurlaşanda özümü yorğu

10:59 287
.

Braziliyada fəlakət: Evsizlərin qaldığı oteldə baş verən yanğında 10 nəfər ölüb

Braziliyanın cənubundakı Porto Aleqri şəhərində evsizlərin qaldığı oteldə yanğın olub. BİG.AZ xəbər verir ki hadisə nəticəsində 10 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölənlərin sayının artacağı gözlənilir. Porto Aleqre Bələdiyyə Başçısı Sabastiao Melo sosial media hesabından verdiyi açıqlamada, ilkin məlumatlar

10:00 72
.

189819 hərfdən ibarət sözün mənası nədir?

İngilis dilində 189819 hərfdən ibarət söz olduğunu bilirdinizmi?. -ın xarici mediaya istinadən xəbərinə görə, bu söz "metionil." ilə başlayıb, ".izolösin" ilə bitir. Bu sözün tələffüzü 3 saata qədər vaxt aparır. Bu nəhəng söz 34 mindən çox amin turşusundan ibarət olan və onların siyahısın

12:57 189
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26.04.2024 560
.

Bazar günü 32° isti olacaq

Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 26-31 isti olacaq. Atmosfer təzyiqi normada

12:24 131
.

SAXAL-ın hücumu nəticəsində "Hizbullah"ın aparıcı fiqurlarından biri ölüb

İsrail Müdafiə Ordusunun (SAXAL) Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində "Hizbullah"ın hərbi-siyasi qruplaşmasının aparıcı şəxslərindən sayılan və "Sacid" ləqəbi ilə fəaliyyət göstərən şeyx Fərəcullah Hammud ölüb. "Hizbullah" məlumatı təsdiqləyib. Həmçinin məlu

15:50 0
.

Ermənistanda çaxnaşma: Ordu nəzarətdən çıxır

Ermənistan Müdafiə Nazirliyi Tavuş vilayətində keçirilən etiraz aksiyalarına müqaviləli hərbi qulluqçuların qoşulması barədə məlumatın yayılmasından sonra tədbirlər görməyə başlayıb. Bu barədə Ermənistanın hərbi qurumundan xəbər verilib. "İnternetdə hərbi geyimli insanların Kirantsda siyasi mitinq

11:59 174