"Mən ikinci dəfə ailə quranda yoldaşımın 20 yaşı vaşı var idi"-Vüsal dindar xanımından danışdı - FOTO

"Mən ikinci dəfə ailə quranda yoldaşımın 20 yaşı vaşı var idi"-Vüsal dindar xanımından danışdı - FOTOTanınmış müğənni Vüsal Əliyev sosial şəbəkələrdə paylaşılan fotosu və fotoda onun adından qeyd olunmuş fikirlər barədə geniş açıqlama verib.

BiG.AZ xəbər verir ki, sənətçi ölkə.az-ın əməkdaşıyla söhbətində dörd ay öncə səsləndirdiyi fikirlərin təhrif olunmuş formada indi gündəmə gətirilməsinin məqsədli şəkildə edildiyini söyləyib:

"Son günlər saytlarda, sosial şəbəkələrdə haqqımda yazılanlar məni çox narahat edir. Artıq bununla bağlı işlər gedir. İnşallah, hər şey aydınlaşacaq. Təxminən dörd ay əvvəl ATV-də yayımlanan "Ulduzlu yayım" verilişində aparıcı Günay xanım mənə sual verdi ki, eşitmişəm çox qısqancsınız. Cavab verdim ki, bəli, qısqancam. Soruşdu ki, bir yerə gedəndə qapını həyat yoldaşınızın üstünə bağlayıb gedirsiniz? Bildirdim ki, kiminlə evləndiyimi yaxşı bilirəm, qapını üstünə bağlamağa gərək yoxdur. Qısqanclıq həyat yoldaşından şübhələnmək, ona inanmamaq deyil. Qısqanclıq onu bütün pis işlərdən qorumaqdır. Mənim anlayışım belədir. İyirmi ildir üzdə olan adamam. İndiyə qədər haqqımda heç bir mənfi fikir yazılmayıb, hər zaman oturuşuma, duruşuma diqqət etmişəm ki, ali məktəbdə, orta məktəbdə oxuyan övladlarım var. Özümü elə aparmışam ki, valideynlərim, yaxınlarım efirdə adımı eşidəndə utanmasınlar, sıxılmasınlar. Ailəmə gəldikdə, altı nəfərdən ibarət ailəmin dördü ibadət əhlidir. İkidə və yeddidə oxuyan övladlarım da meyllidirlər, ibadətə başlayacaqlar. Ailəlikcə İstanbulda da yaşamışıq, övladlarımdan biri də orada anadan olub, kiçik toyunu isə Moskvada etmişik. Lazım olan yerlərə ailəvi gedirik də, gəzirik də. Evdar xanım uşaqlarının qayğısına qalırsa, onların yeməyini bişirirsə, lazım olanda ailəvi anasıgilə, bacısıgilə gedirsə, ondan başqa hara getməlidir ki? Həyat yoldaşımın özü də təkbaşına harasa getmək istəməz".

Vüsal Əliyev qeyd edib ki, maddi mənada böyük imkanlara sahib olmasa da, hər zaman ailəsinin bütövlüyünü qorumağı bacarıb:

" Kimsə təkbaşına hara gedirsə, ona qarışmağa ixtiyarım yoxdur. Hər kəsin öz ailə dəyərləri, ailə qaydaları var. Əminəm ki, adımdan həmin fotonu və yazını məqsədli şəkildə yayan var. Üç-dörd dəfə arvadını boşayıb, təzədən evləndiyi qadını studiyaları gəzdirib, müğənni etmək istəyən adam belə iş görə bilər. Sadəcə, polis əliylə həmin materialı kimdən aldığını deyəndən sonra, hər kəslə hesablaşılacaq. Allah böyükdür, əsas odur ki, onun qarşısında düzük. Ailəmlə fəxr edirəm. Tanınmış müğənni kimi maddi mənada böyük sərvətim olmasa da, namuslu, qeyrətli ailəm, tərbiyəli övladlarım olduğu üçün Allaha gecə-gündüz şükr edirəm. Bu mənim üçün ən böyük varlıqdır. Bəzən bəzi insanlar nə qədər vəhşiləşiblər ki, qısqanclıq anlayışını dərk etmirlər. Qısqanclıq qorumaqdır, əxlaqsızlıq demək deyil. Təbii ki, hər bir kişi ailə qurarkən o şəxsin keçmişini, ətrafını araşdırır. Bu sözün altından pis məna çıxartmaq ağıl pozğunluğudur. Fikirlərimi gətirib dinə bağlayırlar. Bəli, din mənim üçün çox önəmlidir. Həyat yoldaşım da dindardır, ona da maraqlı deyil ki, tək harasa getsin, gəzsin. Biz başqasının həyat tərzinə qarışmaq fikrindən uzağıq. Bəlli məsələdir ki, bu rəyi yazanlar necə adamlardır. Bizim belə həyat tərzimiz onlara xoş gəlmirsə, onların necə həyat tərzi sürdükləri açıq-aşkar bəllidir. Bir daha deyirəm ki, verilişdəki müsahibəmdən lazım olan yerləri kəsib, ailəm haqda pis fikir yaradıblar. Pis rəy yazanları da, ilk paylaşanı da bilirəm. Özünə yazıram, cavab vermir. Artıq iş məhkəməyə, polisə verilib. Hamısı polis və məhkəmə, eyni zamanda mənimlə üzbəüz duraraq cavab verəcəklər. Bunu mən deyirəm, nəticəsini də yaxın zamanlarda görəcəksiniz".
Sənətçi birinci həyat yoldaşının onun tərəfindən döyülərək öldürülməsiylə bağlı səsləndirilən iddialara isə faktla cavab verib. Eyni zamanda onun adından yazılan "həyat yoldaşıma dedim ki, o dünyada gəzərsən" fikrinin mənasını açıqlayıb:

"Həyat yoldaşım on altı yaşından ibadət əhlidir. O, pis fikirli insan olsaydı, iyirmi yaşından gəlib, biri dörd, digəri beş yaşında olan uşaqlarımı böyütməzdi. Həmin uşaqların biri hazırda ali məktəbin birinci, digəri üçüncü kursunda oxuyur. Allahdan qorxmaq lazımdır. Bir insanı sözlə ləkələmək asandır. Əsas odur ki, Allahın yanında düzük. Bəs həmin fikirləri yazanlar o dünyada necə cavab verəcəklər? Verilişdə demişəm, yoldaşıma deyirəm ki, o dünyada gəzərsən. Bu sözümü elə yozublar ki... Əlbəttə, mən düz deyirəm. İki yetimi böyütmək cənnətlik olmaq deməkdir. O yaşlardan ibadət etmək, Allahın yolunu getmək cənnətlik deməkdir. Sözümün arxasındayam. Əsas odur ki, hamımız bir-birimizdən razıyıq. Ona görə də on üç ildir bir yerdəyik və məni tənqid edənlərin əksəriyyətinə örnək olacaq ailəyik. Bir daha deyirəm ki, bunu edənlər cəzasını çox ağır alacaq.

Bir neçəsi də rəy yazır ki, birinci həyat yoldaşını döydü, öldürdü, bunu da ev dustağı edəcək. Allahdan qorxun. Mənim yoldaşımın nədən rəhmətə getdiyini hamı bilir. Bilməyənlər də gedib maraqlana bilərlər. Metronun Qara Qarayev stansiyasının yaxınlığındakı 7 nömrəli doğum evində səbəblərini araşdıra bilərlər. Belə əsassız fikirlər səsləndirmək üçün insan nə qədər canavar, nə qədər insanlıqdan kənar olmalıdır. Evdə qalmaqla heç kim ölmür. Evdar qadın uşağının təlim-tərbiyəsi, təhsiliylə məşğul olmalıdır. Evdə qalmaq nə vaxtdan dustaqlı olub ki? Özümün də işim yoxdursa, evdə oluram. Çöldə də işim qurtaranda ilk ağlıma gələn şey evə gəlməkdir. İnşallah, bu barədə hamının cavabını aldığı barədə sizə bildirəcəyəm".

"Mən ikinci dəfə ailə quranda yoldaşımın 20 yaşı vaşı var idi"-Vüsal dindar xanımından danışdı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4428   Tarix: 11 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

02.05.2024 287
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

02.05.2024 517
.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

02.05.2024 140
.

Dəfnə yarpağının inanılmaz faydaları: Bu haqda nə bilirik?

Bitkilərdən keçmişdən bu günə qədər bütün dünyada müxtəlif məqsədlər üçün geniş istifadə olunur. Bu bitkilər ənənəvi olaraq müxtəlif xəstəliklərin müalicəsində təsirli olurlar. xarici araşdırmalara istinadən xəbər verir ki, dəfnə yarpağı ümumiyyətlə oxşar dad və qida dəyərlərinə malikdir. Tərkibind

02.05.2024 338
.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

02.05.2024 149
.

Braziliyada güclü yağışlar yağıb

Braziliyanın Rio-Qrandi-du-Sul ştatında güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, daşqın nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb. Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. Sel fəlakəti nəticəsində 400-dən çox insanın evakuasiya edildiyini açıqlayıb. Güclü yağışların nə vaxt

02.05.2024 136
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 153
.

Antalyada avtomobillərin toqquşması nəticəsində 16 nəfər yaralanıb

Türkiyədə Antalyanın Manavqat rayonunda eyni şirkətə məxsus iki safari maşınının toqquşması nəticəsində 13-ü turist olmaqla 16 nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Maşınlardan biri yolun sağ tərəfindəki beton dirəyə çırpılaraq yan üstə düşüb. Qəzadan sonra bölgəyə ço

02.05.2024 133
.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

02.05.2024 401