Alman qadınlar Azərbaycana daha çox maraq göstərir

Alman qadınlar Azərbaycana daha çox maraq göstərirBMT İnkişaf Proqramının "Turizmin inkişafı layihəsinin Berlində Azərbaycanla bağlı apardığı araşdırma zamanı məlum olub ki, qadınlar ölkəmiz haqqında daha çox məlumatlıdırlar və kişilərə nisbətən Azərbaycanı ziyarət etməyə daha çox meyillidirlər.

"Turizmin inkişafı layihəsi"ndən verilən məlumata görə, Azərbaycan haqqında təəssüratlarını öyrənmək məqsədilə Berlində 521 respondent arasında keçirilən sorğu zamanı məlum olub ki, Azərbaycanı ziyarət etmək təklifini qəbul edənlər arasında 30-40 yaş qrupu daha çoxdur.

Sorğu zamanı məlum olub ki, Azərbaycanı ziyarət etmək istəyənlər arasında digər ölkələrə nisbətdə polşalı respondentlər daha çoxdur.

Sorğuda Azərbaycan Türkiyədən sonra səyahət üçün arzuolunan ikinci ölkədir (26,5%). Sorğuya cəlb olunan respondentlərin 94,6%-i iddia edir ki, Azərbaycan haqqında eşidiblər.

Təhlillər göstərir ki, gender baxımından Azərbaycanı tanıyanların əksəriyyətini qadınlar təşkil edir. Respondentlərin əksəriyyətini (72,2%) ölkədəki təhlükəsizlik vəziyyəti maraqlandırır.

Azərbaycana gəlmək istəyən turistlərin 54,7 faizi Azərbaycan haqqında məlumatları əsasən internetdən və "Google"dan alırlar.

Sorğunun nəticələrindən bəlli olur ki, xarici səyahətə 800-1200 avro arası xərcləyən turistlər arasında Azərbaycan haqqında eşidənlər və ya Azərbaycanı görmək istəyində olanlar çoxluq təşkil edir.

Respondentlərin 27,3 faizi xaricdə məzuniyyətə 8-10 gün sərf etdikləri halda, 8,8 faizi 2 həftədən çox sərf etdiklərini deyiblər.

Araşdırmanın təhlilləri göstərir ki, xaricdə səyahətə 8-10 gün sərf edən turistlər arasında Azərbaycanı tanıyan və ya Azərbaycan haqqında eşidənlər çoxluq təşkil edir.

Azərbaycan haqqında eşitmiş və ya Azərbaycanı ziyarət etmək istəyən turistlərin əksəriyyəti ilk növbədə uçuş və yaşayış problemini nizamlamaq istəyində olduqlarını vurğulayıblar (79,9%).

Araşdırmanın nəticələrinə görə, əsasən 30-40 və 21-29 yaş qrupları arasında olanlar Azərbaycan tipli ölkələrə mədəni səfərlərin təşkil edilməsini tövsiyə edirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 798   Tarix: 26 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476