Rossiyskaya qazeta: Azərbaycan möhtəşəm şou hazırlayır!

Rossiyskaya qazeta: Azərbaycan möhtəşəm şou hazırlayır!AzərTAc xəbər verir ki, "Rossiyskaya qazeta"nın 24 aprel tarixli nömrəsinin qoşa səhifəsi bütünlüklə "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində olan Azərbaycana həsr edilmişdir. Qoşa səhifədəki ilk material Aleksandr Karavayevin "Öz yerində" adlı məqaləsidir. Məqalə bu sözlərlə başlanır: "Mahnı müsabiqəsində Azərbaycanın qələbəsi qanunauyğundur".

"Eurovision" Azərbaycan üçün nə deməkdir?", - deyə soruşan müəllif özü bu suala belə cavab verir: "Bu, hər şeydən əvvəl milli uğur hissidir. "Eurovision" kimi ziddiyyətli pop-media mədəniyyəti fenomenində qalib gəlmək bacarığı elə bir duyğu yaradır ki, ölkə müasir Qərb mədəniyyəti ilə ayaqlaşır. Azərbaycanlılar üçün bu tədbir həm də öz musiqi mədəniyyətinin brendi kimi çox vacibdir".

Müəllif fikirlərini əsaslandırmaq üçün izah edir ki, AZƏRBAYCAN sözünün yazılışına diqqətlə fikir versək, görərik ki, bu sözdə "caz" sözünün bütün hərfləri vardır, Azərbaycan musiqisini diqqətlə dinləyəndə başa düşmək olar ki, mayası muğam sənəti olan bu musiqi öz parlaq melodiyasına, ciddi harmoniyasına, oynaq ritminə, sərbəst improvizə ruhuna görə Amerika cazı ilə çox oxşardır.

A.Karavayevin fikrincə, ölkənin kütləvi mədəniyyət sahəsində uğurları Azərbaycanın müxtəlif ölkələrin elitaları tərəfindən beynəlxalq siyasi mənada qəbul edilməsinə dolayısı ilə təsir göstərir.

Qoşa səhifənin mərkəzində yerləşdirilmiş "Öz məşəlini alovlandır!" sərlövhəli material "Eurovision-2012" müsabiqəsinin təşkilat komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın "Trend" agentliyinə müsahibəsindən bir parçadır. Mehriban Əliyeva həmin müsahibədə ölkənin mahnı müsabiqəsinə necə hazırlaşması, "Baku Crystal Hall" barədə söhbət açır.

Mehriban xanım Əliyeva bu müsahibədə deyir: "İştirakçıların, qonaqların, tamaşaçıların əksəriyyəti üçün bu, bizim ölkə ilə ilk görüş olacaqdır və mən əminəm ki, qarşıdakı müsabiqə çox adamın Azərbaycanı daha yaxşı tanımasına, onun tarixi və mədəniyyəti ilə tanış olmasına kömək edəcəkdir". Mehriban xanımın fikrincə, "Eurovision"a hazırlığın səviyyəsi və keyfiyyəti barədə əsl fikri yalnız müsahibə başa çatandan sonra söyləmək olar.
Qoşa səhifədə "Eurovision-2012"-nin icraçı prodüseri Adil Kərimlinin "Yüksək dəqiqlik formatında" adlı məqaləsi də dərc edilmişdir. Bu məqalənin "Bakı super-şou hazırlayır" rubrikasında verilməsi hər şeydən xəbər verir. Məqalədə beynəlxalq mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üçün görülmüş tədbirlər sadalanır, qarşıdakı möhtəşəm şounun texniki təminatından bəhs edilir.

Şəhla Məmmədovanın "Düsseldorfda möhtəşəm qələbə" adlı materialında qədim Odlar Yurdunun nümayəndələrinin 2008-2011-ci illərdə "Eurovision" müsabiqələrində iştirak etməsi, sonuncu müsabiqənin bizim Nigar Camal–Eldar Qasımov duetinin müzəffər qələbəsi ilə başa çatması haqqında söhbət açılır.

Qoşa səhifənin ikinci yarısı Xəzər Axundovun "Yüksək standartlar üzrə" adlı materialı ilə açılır. Bu materialı oxuyanda aydın olur ki, ölkənin nəqliyyat və kommunikasiya sistemləri qonaqları qəbul etməyə hazırdır.

Bu səhifədə Samirə Kazımovanın "Möcüzənin yaranması" adlı reportajında müsabiqənin ən dəyərli obyekti – "Baku Crystal Hall" sarayı barədə məlumat verilir. Bu sarayın polad konstruksiyası 36 üzlü kristalı imitasiya edir. Konstruksiyanın üzərində düzülmüş lampalar Azərbaycanın üçrəngli bayrağının rəngləri ilə sayrışır. İsveçrənin "Nussli İnternational AG" şirkətinin əməkdaşı Harold Doşun fikrincə, bu möhtəşəm zalın inşa edilməsi prosesində ən qeyri-adi və ağlasığmaz fakt "Baku Crystal Hall" sarayının bu qədər qısa müddətdə tikilməsidir. Bu, əsl möcüzədir.

Qoşa səhifədə son akkord "Eurovision" mahnı müsabiqəsinin Azərbaycanı təmsil edəcək budəfəki iştirakçısı Səbinə Babayevaya həsr edilmiş "Vokal istedadlı hüquqşünas" adlı məqaləsidir. Səbinə ELL-NİKKİ duetinin uğurunu təkrarlamaq ümidindədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1972   Tarix: 25 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

02.05.2024 477
.

Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir. xəbər verir ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində hadisənin təfərrüatı məlum olub. Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktor

02.05.2024 145
.

Antalyada avtomobillərin toqquşması nəticəsində 16 nəfər yaralanıb

Türkiyədə Antalyanın Manavqat rayonunda eyni şirkətə məxsus iki safari maşınının toqquşması nəticəsində 13-ü turist olmaqla 16 nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Maşınlardan biri yolun sağ tərəfindəki beton dirəyə çırpılaraq yan üstə düşüb. Qəzadan sonra bölgəyə ço

02.05.2024 133
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

02.05.2024 328
.

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb

02.05.2024 390
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

02.05.2024 157
.

Dəfnə yarpağının inanılmaz faydaları: Bu haqda nə bilirik?

Bitkilərdən keçmişdən bu günə qədər bütün dünyada müxtəlif məqsədlər üçün geniş istifadə olunur. Bu bitkilər ənənəvi olaraq müxtəlif xəstəliklərin müalicəsində təsirli olurlar. xarici araşdırmalara istinadən xəbər verir ki, dəfnə yarpağı ümumiyyətlə oxşar dad və qida dəyərlərinə malikdir. Tərkibind

02.05.2024 338
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

02.05.2024 193
.

Çində qəzada ölənlərin sayı artıb

Dünən Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Meycou əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb, 30 nəfər xəsarət alıb. Yolun çökməsi nəticəsində açılan uçuruma 23 avtomobil düşüb. Meykou əyalətində həddindən artı

02.05.2024 139