Ermənistan-Azərbaycan sərhədində icazəsiz uçan təyyarələr vurulsun: Deputatdan TƏKLİF

Ermənistan-Azərbaycan sərhədində icazəsiz uçan təyyarələr vurulsun: Deputatdan TƏKLİFRusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri öncəsi Ermənistanın Hərbi Hava Qüvvələri təyyarələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz uçuşlar keçirməsi təsadüfi deyil.

BiG.AZ xəbər verir ki, bunu Sonxeber.az-a Milli Məclisin deputatı Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, Rusiya Ermənistanın mundiri altında Dağlıq Qarabağ və digər ərazilərimizi işğal edib: "Sadəcə olaraq Rusiya Ermənistanı ora gətirib bağlayıb. Bizim bütün problerimizi törədən Rusiyadır. Moskva Ermənistanın arxasında dayanaraq ona maddi və mənəvi dəstək verir. İndi də ermənilər ağalarına güvənərək işğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın iştirakı ilə uçuşlar həyata keçirirlər. Arxalı köpək qurd basar deyiblər. Elə bu məsəl də yerinə düşür".

Millət vəkili hesab edir ki, Azərbaycanın bu təxribatların qarşısını ala biləcək bütün imkanları var: "Azərbaycanın müttəfiqləri Ermənistanın müttəfiqi olan Rusiyadan zəif deyil. İmkanlarımız da onlardakından zəif deyil. Hətta bu, Rusiyanın birbaşa özü tərəfindən olsaydı, ölçü götürülməlidir. Ümumiyyətlə istər hərbi təyyarələrin uçuşu olsun, istər Paşinyanın dəfələrlə Dağlıq Qarabağa gəlişi olsun,istərsə də uçan aparatların, təyyarələrin və helikopterlərin Azərbaycan ərazisinə girişi olsun, bütün hallarda raketlərlə və digər vasitələrlə onların vurulması dərhal lazımdır. İmkanımız daxilində hava sərhədlərimizi qorumalıyıq. Söhbət təmas xəttindən getmir. İndi ATƏT və başqaları daha çox təmas xəttindən danışır. Torpaqlarımızın işğal olunmasından sonra yaranmış durumdan danışırlar. Mən birbaşa sərhəddən, Ermənistan-Azərbaycan dövlət sərhədindən danışıram. Ermənistan-Azərbaycan sərhədində hər hansı bir icazəsiz xarici təyyarə, uçan aparat görünürsə vurulmalıdır. Paşinyanın son zamanlar sərsəmlərinə və meydan oxumalarına sərt şəkildə cavab verilməlidir. Başqa yumşaq kompromis variantda onların ayağı yer alacaq".

Rusiya Prezidentinin sabah Bakıya səfəri çərçivəsində Qarabağ münaqişəsinin nizamlanmasında mümkün irəliləyişə gəlincə, F. Quliyev qeyd edib: "Putinin Azərbaycan səfərində nələrin müzakirə olunacağına dair protokolu bilmirəm. Hər halda Azərbaycan bütün dövlətlərlə "sıfır problemli" qonşuluq siyasəti yürütməkdə maraqlıdır. Bu gün ortada olan problemin səbəbkarı biz deyilik. Rusiya Ermənistana xüsusu dəstək verir. Əgər bu problemi həll etmək istəyirsə, ermənilərin ipindən tutub yuvalarına bağlaması lazımdır. Başqa məsələlər, ticari-iqtisadi məsələlər müzakirə olunacaqsa, bu artıq işçi görüşdür. Bu adi görüşlərdən biri olacaq və xüsusi əhəmiyyət kəbs etməyəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 526   Tarix: 26 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589