Bakıda 2-ci sinif şagirdi boğulub öldü - Məktəblərdəki tibb bacıları işini bilmir?

Bakıda 2-ci sinif şagirdi boğulub öldü - Məktəblərdəki tibb bacıları işini bilmir?Xəbər verdiyimiz kimi, ötən gün 67 saylı məktəbdə ikinci sinif şagirdi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Belə ki, o, içərisində sosiska olan çörək yeyən zaman boğulmağa başlayıb. Məktəbin işçiləri təcili tibbi yardım briqadasını çağırsalar da, həkimlərin gəlişinə qədər uşaq artıq keçinib. Təbii ki, məktəblərdə heç bir şagird bədbəxt hadisədən sığortalanmayıb. Bu zaman ilkin yardım məktəblərdə olan tibb işçiləri tərəfindən edilməlidir.

Bununla bağlı BiG.AZ-a açıqlama verən təhsil ekperti Kamran Əsədov bildirib ki, təəssüflər olsun ki, orta məktəblərdə tibbi xidmətin göstərilməsi ilə bağlı ciddi problemlər var:

"Ara bir məktəblərdə baş verən bədbəxt hadisələr bunu deməyə əsas verir. Vacib bir məsələni qeyd etmək istəyirəm ki, artıq payız ayları başlayır, uşaqlarda qrip və soyuqdəymə xəstəliklərinin riski olduqca çoxalır. Təbii ki, uşağı bu xəstəliklərdən tam sığortalamaq mümkün deyil. Lakin hər şeydə olduğu kimi burada da müəyyən hədd var. Danılmaz faktdır ki, şagirdlərin qidalanması çox yaxşı vəziyyətdə deyil. Hətta 6 - 7 dərs saatı ərzində onların normal qidalanmaması şagirdlərin fiziki zəifləməsi ilə nəticələnir. Düzdür, qanunvericilik aktlarına əsasən, ciddi yoluxucu xəstəliklər istisna olmaqla, digər mövsümi xarakter daşıyan xəstəliklərə yoluxma şagirdlərin dərsə gəlməsinə məhdudiyyət qoyulması üçün səbəb ola bilməz. Lakin qrip və bu kimi xəstəlik daşıyıcısı olan şagirdlərin məktəbə daxil olması zamanı orta məktəbin tibb xidməti göstərən əməkdaşı tərəfindən profilaktik tədbirlər həyata keçirilməlidir".

Bakıda 2-ci sinif şagirdi boğulub öldü - Məktəblərdəki tibb bacıları işini bilmir?Kamran Əsədov vurğulayıb ki, məktəb rəhbərliyi müəssisənin tibbi personalı ilə hər gün monitoriq aparmalıdır.

"Məlumdur ki, uşağın ağzı və burnu infeksiya və viruslar üçün "giriş qapısı"dır. Çöldən evə qayıtdıqdan sonra uşaq boğazını yaxalamalı, burnunu su ilə yumalıdır. Lakin əgər sinifdə oxuyan şagirdlər arasında qrip virusu ilə bağlı təhlükə varsa, o zaman bütün şagirdlər quruyucu maskalardan istifadə etməli, həmin şagird müvəqqəti olaraq birinci partada yox, sonuncu partada əyləşməlidir. Sinif rəhbəri virusa yoluxmuş şagirdin digər şagirdlərlə ünsiyyətinə diqqət yetirməlidir. Məktəbin tibb işçiləri uşaqlar arasında müayinələr aparmalı, xəstəliyi olan şagirdlər barədə onların şəxsi işlərinə məlumat yazmalıdırlar. Məhz bu məlumat müəllimlərin şagirdlərə münasibətini tənzimləməlidir. Bundan başqa orta məktəblərdə ilkin tibbi yardım göstərə biləcək tibbi personal olmalıdır. Bu qanunvericilik aktlarında da nəzərdə tutulur. Baş verə biləcək hər hansı bir bədbəxt hadisə zamanı yerində ilkin tibbi yardımın göstərilməsi üçün. Amma baş verən hadisələr onu göstərir ki, orta məktəblərdə təkcə təhsilin səviyyəsi aşağı səviyyədə deyil, eyni zamanda tibbi xidmətin göstərilməsi məsələsində də ciddi problemlər var".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2331   Tarix: 26 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 378
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 1207
.

"Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası olan Qırğızıstanla əlaqələr də müstəsna əhəmiyyətə malikdir"

"Bu il fevralın 14də baş tutmuş andiçmə mərasimində Prezident İlham Əliyevin Türk dünyasının Azərbaycan xarici siyasətində prioritet olduğunu bəyan etmiş və bildirmişdi ki, "Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır." Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası ola

14:19 67
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 418
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

15:41 166
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 289
.

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü - FOTO

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü yayılıb. xəbər verir ki, şəkli Fahriye Evcen sosial şəbəkədə ağ ürək qoyaraq paylaşıb. Görüntüyə minlərlə bəyənmə və şərh gəlib

25.04.2024 90
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 368
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 230