Azərbaycanda 14 yaşlı oğlan enerji içkisindən dünyasını dəyişdi?

Azərbaycanda 14 yaşlı oğlan enerji içkisindən dünyasını dəyişdi?Goranboy rayonunda 8-ci sinif şagirdi Xəyal Qəhrəmanovun ölümü ilə bağlı müxtəlif iddialar səsləndirilir.

BiG.AZ aznews.az-a istinadən xəbər verir ki, rayon sakinləri Yeni kənd orta məktəbinin şagirdi olmuş Xəyal Qəhrəmanovun ölümünə "Hell" enerji içkisinin səbəb olduğunu iddia edirlər: "Xəyal Qəhrəmanov idmana gedirdi. Onu yarışa girməzdən əvvəl "Hell" içdiyini görüblər. Amma eyni zamanda xəstəliyi də vardı".

Yeni kənd orta məktəbindən bildirilib ki, Xəyal Qəhrəmanov xəstəxanada müalicə olunub: "Bir müddət xəstəxanada yatdı, tromb (Qan damarlarındaəmələ gələn qan laxtası) xəstəsi idi. Onun "Hell" içkisindən dünyasını dəyişməsi inandırıcı deyil. O qədər "Hell" içənlər var ki..."

Mərhumun atası Vaqif Qəhrəmanov da oğlunun ölümünün "Hell"lə heç bir əlaqəsinin olmadığını deyib: "Xəyal xəstə idi. Ayaqlarında tromb vardı. İdmana gedirdi. Güləşi, qaydasız döyüş idman növlərini sevirdi. Gələcəkdə idmançı olacaqdı. Amma xəstəlik imkan vermədi. Dəfələrlə müalicə olundu. 40 gün ölümlə mübarizə apardı. Həkimlər ayağa durmağa, gəzməyə icazə vermirdi. Əməliyyat olunmalıydı. Gah temperaturu yüksəlirdi, gah da qan durulurdu. Bir də baxdıq ki, Xəyal yoxdur. Belə olan halda "Hell" harada içdi? Analizin cavabı da evdədir".

Qeyd edək ki, X. Qəhrəmanov bir neçə gün əvvəl xəstəxanada ölüb.

Son dövrlər enerji içkisinə olan təlabat artmaqdadır. Təəssüf ki, bu içkilərə meyl göstərənlərin arasında yeniyetmələrin sayı çoxdur. Enerji içkisinin satışına yaş məhdudiyyəti qoymaq olarmı?

Azərbaycanda 14 yaşlı oğlan enerji içkisindən dünyasını dəyişdi?Bununla bağlı BiG.AZ-a açıqlama verən deputat Aydın Hüseynov bildirib ki, ölkəmiz tərəfindən qida təhlükəsizliyi ilə bağlı kompleks tədbirlər keçirilir: "Bilirsiniz ki, cənab prezidentimizin sərəncamı ilə Qida Təhlükəsizlik Agentliyi yaradılıb. Bu agentliyin fəaliyyəti hələ təzədir. Düşünürəm ki, enerji içkilərinin satışında yaş məhdudiyyətinin qoyulmasına ehtiyac var. Tezliklə bu məsələ Milli Məclisdə də qaldırıla bilər".

Azərbaycanda 14 yaşlı oğlan enerji içkisindən dünyasını dəyişdi?Həkim Rəşid Mahmudov vurğulayıb ki, bu içkilərin verdiyi güc müvvəqqətidir: "Bu içkilər daha çox idmançıların qəbul etdiyi zülallara bənzəyir. Gənclərimiz bu içkilərin qəbulunu azlatmalı və ya ümumiyyətlə qəbul etməməlidirlər. Bu içkiləri daha çox yaşlı insanların içməyi məsləhətdir. Təbii ki, norma daxilində. Çünki tərkibindəki melotonin maddəsi yaşlı insanlara müəyyən qədər enerji verir. Sadəcə, enerji içkiləri deyil, qazlı içkilərin də insan orqanizminə zərəri var. Çünki bir çoxunun istehsalında insan orqanizminə zərərli olan boyalarda istifadə olunur".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3908   Tarix: 26 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999