"Hər dəfə deyirdi bəlkə öldüm, geri qayıtmadım" - Elçin Dubayda narkotik satırmış? - ŞOK

"Hər dəfə deyirdi bəlkə öldüm, geri qayıtmadım" - Elçin Dubayda narkotik satırmış? - ŞOKDubayda üzərində külli miqdarda pul olan azərbaycanlı gənc Elçin Hacıyev yoxa çıxıb.

BiG.AZ xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni Axtarıram" verilişində gəncin anası Xanım Hacıyeva bildirib.

O qeyd edib ki, oğlu 6-7 ildir ki, Dubaya gedib gəlib: "2017-ci ilin sentyabrında mən qızımla birgə Dubaya getdim. 2 gün orada qaldıq. Əhvalı yaxı deyildi. Hər dəfə deyirdi ki, bəlkə mən öldüm. Bizi aparıb gəzdirdi, bacısına hər şey alıb Azərbaycana yola saldı. Bizə hər dəfə deyirdi ki, bəlkə öldüm, heç geri qayıtmadım. Geri qayıtdıqdan bir-neçə gün sonra oğluma zəng çatmadı. Dostuna zəng vurdum, bildirdi ki, Elçin səhər gedir, axşam qayıdır. Bilet alıb Dubaya getdim. Məni dostu Teymur qarşılayıb evə apardı. Oğlumun hər şeyi evdə idi. Mən dostuna dedim niyə yalan danışırsan. Elçini sənin yanında oğurlayıblar. Gəl birlikdə polisə gedək. Səxavət adlı dostu ilə polis bölməsinə girəndə Teymur aeroporta qaçıb. O, Ukraynaya, ordan da Bakıya gəlib. Oğlumun itməsində Kənanın, Ülvinin, Vüsalənin, Teymurun əli var. Teymur özü oğlumu ələ verib. Elçinin Kənanla mübahisəsi düşüb. Kənan mənə dedi ki, 40 min dollar ver, oğlunu Novruz bayramına kimi çıxardıb gətirəcəm. Nə oğlumu gətirdi, nə də bir xəbər çıxmadı. Artıq bir ildir ki, yoxa çıxıb. Elçini bu 4 nəfər yoxa çıxarıb.

Xanım Hacıyeva vurğulayıb ki, Vüsaləgildə qalanda o, bildirdi ki, Elçin burda narkotik satırdı: "Oğlum yeniyetməlik dövründə oğurluğa görə həbs edilib. Vusalə dedi ki, yeşiklərlə Elçinə narkotik gəlirdi. Oğlumu bir generalın əli ilə yoxa çıxarıblar".

Aysel Yusifqızı
"Hər dəfə deyirdi bəlkə öldüm, geri qayıtmadım" - Elçin Dubayda narkotik satırmış? - ŞOK"Hər dəfə deyirdi bəlkə öldüm, geri qayıtmadım" - Elçin Dubayda narkotik satırmış? - ŞOK


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4642   Tarix: 25 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO

Şahmat üzrə Avropa Çempionu olan qadın qrosmeysterimiz Ülviyyə Fətəliyevaya mahnı həsr edilib. bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir. Qeyd edək ki, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan musiqi "Euphonious Tribute" adlandırılıb və sosia

14:50 241
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 218
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

13:44 324
.

Yağış yağacaq

Mayın 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

13:00 355
.

İsrail ordusu "İslami Cihad"ın komandirini məhv etdi

İsrail ordusu Fələstinin radikal "İslami Cihad" təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib. bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət "İslam

05.05.2024 234
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

05.05.2024 243
.

Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? - VİDEO

Türkiyədə toyuq əti xeyli bahalaşıb. Ona görə də Türkiyə Ticarət Nazirliyi quş əti ixracının qadağan olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Yeri gəlmişkən, Azərbaycan da Türkiyədən quş əti idxal edən ölkələr sırasındadır. Bəs bu qərar ölkədə sözügedən məhsulların qiymətini artıra bilərmi?. -ı

05.05.2024 502
.

""Luxe Home" tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"

"2014-cü ildən "Luxe Home" tikinti şirkəti yaşadığım Nərimanov rayonu Mayakovski küçəsi 7-də bina inşa edir. Arxa tərəfdə maşınlar üçün dayanacaq var idi. Başladılar onun yerində tikinti işləri aparmağa. Birinci binanı heç bir təhlükəsizlik tədbirləri görmədən qonşuların evinin yaxınlığınd

12:43 267
.

İlk dəfə xanımı ilə foto paylaşdı

Müğənni Vaqif Şıxəliyev ailəsi ilə fotolar yayımlayıb. Axşam.az xəbər verir ki, sənətçi həftəsonu istirahətindən şəkilləri instaqram hesabında yayımlayıb. Həyat yoldaşı, qızı və oğlunun yer aldığı fotoya V.Şıxəliyev "Həftəsonu ailəmlə istirahətdən. Allah hər kəsin ailəsini qorusun. Ailə candır"sözlərin

16:09 489