"Sevdiyi qız başqasına ərə getdiyinə görə heç vaxt evlənmədi" -Azərbaycanlı məşhurla bağlı gizlinlər

"Sevdiyi qız başqasına ərə getdiyinə görə heç vaxt evlənmədi" -Azərbaycanlı məşhurla bağlı gizlinlər
Bu gün milli kinomuza "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Alma almaya bənzər", "Arxadan vurulan zərbə" kimi filmləri bəxş edən tanınmış rejissor Arif Babayevin doğum günüdür.

BiG.AZ xəbər verir ki, yenicag.az-a açıqlama verən xalq artisti Əbdül Mahmudov sənət dostunu yad edib.

O, A.Babayevlə bağlı gizlinləri də bölüşüb:

"Arif Babayev milli kinomuza incilər bəxş edən rejissorlardandır. Onun çəkdiyə filmlərə indi də sevə-sevə baxılır. Biz onunla dost olmuşuq. Adi bir xəstəlik nəticəsində həyatını itirdi. Siqaret çəkməkdən ciyərlərində xəstəlik yarandı. Dəfələrlə deyirdim ki, Arif, siqareti at, gəl səni aparaq müalicə etdirək. Razılaşmadı. Siqareti özünə dost sayırdı və deyirdi ki, mən dostumu heç vaxt atmaram. Həkimə getməyi də sevmirdi. Arif xoşbəxt rejissor olsa da, şəxsi həyatında niskili vardı. Nakam sevgi yaşamışdı. Uzun illər başqa millətdən olan bir xanımla eşq yaşadı. Amma o qız başqasına ərə getdi. Arif də ömrünün sonuna qədər evlənmədi. Tanıyanlar bilirdi ki, Arif o qadını dəlicəsinə sevirdi".
"Sevdiyi qız başqasına ərə getdiyinə görə heç vaxt evlənmədi" -Azərbaycanlı məşhurla bağlı gizlinlər

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 3516 Tarix: 25.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Anhel
Anhel 26.09.2018
Ax bu sevgi neler etdirmirki insana