AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaqSentyabrın 25-də AZAL prezidenti Cahangir Əsgərov "L-3 Technologies" şirkətinin bölməsi "Commercial Training Solutions"-un Prezidenti Robin Qlover-For (Robin Glover-Faure) ilə görüş keçirmişdir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, görüşdə tərəflər əməkdaşlıq perspektivlərini müzakirə etmişdirlər. Qonaqlar qeyd etmişdirlər ki, qabaqcıl texnologiyanın tətbiqi ilə Azərbaycanda mülki aviasiya sahəsində yaradılmış imkanlar onlara böyük təəssürat bəxş etmişdir.

"L-3 Technologies" şirkəti öz innovasiya layihələri sayəsində "Azərbaycan Hava Yolları" aviaşirkətinə personalın hazırlığı, uçuş imitasiya kompleksləri, habelə kombinə edilmiş nəzəri və interaktiv tədris proqramları sahəsində ən müasir texnologiyaları təqdim edəcək.

Tərəflər AZAL və "Buta Airways"in uçuş heyətinin hazırlığı məqsədilə "Boeing-737 MAX" və "Embraer 190" tipli təyyarələri üçün "Full Flight Simulator" trenajor komplekslərinin tədarükü məsələlərini müzakirə etmişdirlər.

Danışıqlar zamanı həmçinin Milli Aviasiya Akademiyasında "L-3 Technologies" şirkəti ilə birgə pilotların hazırlığı üzrə yeni trenajor mərkəzinin inşası müzakirə olunmuşdur.

Müqavilənin imzalanması oktyabrın ortalarına planlaşdırılır. Yeni trenajorların 2020-ci ilin ortalarında fəaliyyətə başlayacağı gözlənilir.

"Azərbaycan Hava Yolları" hava parkının yenilənməsi üzrə genişmiqyaslı proqram həyata keçirir. Bu yaxınlarda "Buta Airways" loukost aviaşirkəti üçün yeni "Embraer E-190" təyyarəsi alınmışdır. Yaxın vaxtlarda AZAL-ın hava gəmisi parkının yeni nəsil "Boeing 737 MAX" təyyarələri ilə genişləndirilməsi nəzərdə tutulur. Hava gəmiləri parkının yenilənməsi proqramı uçuş heyətinin peşəkar təkmilləşdirməsini tələb edir.

"L-3 Technologies" şirkətindən alınan simulyatorlar Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO DOC 9625-1) və EASA-nın (Certification Specification CS-FSTD(A)) ən yüksək "Level D" səviyyəsi üzrə tələblərinə uyğundur.

Səfər çərçivəsində qonaqlar Azərbaycanın mülki aviasiya obyektləri, o cümlədən "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi və bu yaxınlarda "SkyTrax" auditor şirkəti tərəfindən maksimum "5 Ulduz" reytinqinə layiq görülən Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi ilə tanış olmuşdurlar.

"Biz "Azərbaycan Hava Yolları" aviaşirkəti ilə "B737 Max" və "Embraer E-190" təyyarələri üçün Reality 7 uçuş simulyatorlarının təchiz edilməsi məqsədilə Niyyət məktubu imzalamaqdan böyük məmnunluq duyuruq. Biz bu təlim həllinin vaxtında və ən yüksək keyfiyyətlə çatdırılmasında "Azərbaycan Hava Yolları" ilə tərəfdaşlıq etməyə səbirsizlənirik", Robin Qlover-For bildirmişdir.

"L-3 Technologies" şirkəti pilotların, həmçinin mülki və hərbi hava gəmilərinə xidmət göstərən texniki heyətin trenajor hazırlığı üçün platformaların işlənib hazırlanması və yaradılması sahəsində dünya lideridir.

"L-3 Technologies" şirkətinin mülki aviasiya üçün uçuş trenajorlarının istehsalı üzrə bölməsi - "L-3 Commercial Training Solutions"-un ofisi Krouli şəhərində (Böyük Britaniya) yerləşir.

"L-3" şirkətinin mülki və hərbi sektor üçün trenajor hazırlığı sistemlərinin tədarükü coğrafiyası genişdir: Şimali Amerika, Avropa, Asiya və Sakit Okean regionu. "L-3" şirkətinin baş ofisi Texas ştatının Arlinqton şəhərində, nümayəndəlikləri isə Binqamton (Nyu-York ştatı), Orlando (Florida ştatı), Oklahoma siti, Broken Errou (Oklahoma ştatı), Finiks (Arizona ştatı) və Kroulidə (Böyük Britaniya) yerləşir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 436   Tarix: 25 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988