Bakıda 2-ci sinif şagirdi sosiska-çörək yeyərkən dünyasını dəyişdi- Ölümünün səbəbi məlum oldu

Bakıda 2-ci sinif şagirdi sosiska-çörək yeyərkən dünyasını dəyişdi- Ölümünün səbəbi məlum olduSentyabrın 25-də paytaxtın 67 saylı məktəbində ikinci sinif şagirdinin ölümünə dilin qatlanması nəticəsində mexaniki asfiksiya səbəb olub.

BiG.AZ xəbər verir ki, bununla bağlı "Sputnik Azərbaycan"a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Sabunçu rayonu 12-ci polis bölməsi ərazisində yerləşən məktəbdə 2011-ci il təvəllüdlü Xəlilov Sabir Adil oğlu dünyasını dəyişib. O, özünü qəfil pis hiss edib, ilkin tibbi yardım göstərilib, təəssüf ki, kömək etmək mümkün olmayıb.

Məktəbin işçiləri təcili tibbi yardım briqadasını çağırsalar da, həkimlərin gəlişinə qədər uşaq artıq keçinib.

Əldə edilən məlumatlara görə, sentyabrın 24-də azyaşlının yüksək hərarəti olub. Buna baxmayaraq, valideynləri Sabiri məktəbə göndəriblər.

Faktla bağlı araşdırmalar aparılır.
***

Bakı şəhəri, Sabunçu rayonu 67 saylı məktəbdə ikinci sinif şagirdi dünyasını dəyişib.

BiG.AZ unikal.org-a istinadən xəbər verir ki, hadisə tənəffüs zamanı yaşanıb.

Sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən məktəbin direktoru İradə İbrahimova bildirib ki, hadisə tənəffüs zamanı, uşaq yemək yeyərkən baş verib:

"Xəlilov Sabir Adil oğlu tənəffüsdə içərisində sosiska olan çörək yeyirdi. Uşağın anginası var idi. Bu zaman müəlliminə yaxınlaşıb dedi ki, boğuluram. Uşağı təcili məktəbin tibb bacısının yanına gətirdik ki, kömək etsin. Bu an uşağın dili qatlandı və tibb bacısı dilini tutmağa çalışdı. Tez təcili yardıma da zəng etdik. Təcili yardım gəlsə də uşağa heç nə edə bilmədilər. Təəssüflər olsun ki, azyaşlının həyatını xilas etmək mümkün olmadı. Artıq sözügedən hadisə ilə bağlı polis araşdırma aparılır. Onu da qeyd edim ki, bu uşaq 10 ildən sonra dünyaya gəlib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6298   Tarix: 25 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281