Bakıda "Galendwagen" "protiv" getdi - Polis inkar etdi - VİDEO

Bakıda "Galendwagen" "protiv" getdi - Polis inkar etdi - VİDEOMayın 11-də paytaxtın Cəfər Xəndan küçəsində 90-ZL-002 dövlət qeydiyyat nişanlı "Mercedes Galendevagen" markalı avtomobilin sürücüsünün yolun hərəkət istiqamətinin əksinə hərəkət etməsi anı digər avtomobildəki kameraya düşüb.

BiG.AZ Avtosfer.az-a istinadən xəbər verir ki, görüntüləri qeydə alan sürücü may ayında bu məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə ərizə yazaraq sürücünün məsuliyyətə cəlb edilməsini xahiş edib. Ərizə Bakı Şəhər DYP İdarəsində araşdırılıb və vətəndaşa 08.02.2018-ci il tarixdə cavab olaraq bildirilib ki, "90-ZL-002 qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhərrəmli Zamiq Məhərrəm oğlunun qayda pozuntusu müəyyən olunmuş və həmim sürücü barəsində incibati icraata başlanılmışdır".

Bu cavab vətəndaşı qane etmədiyinə görə yenidən DYP idarəsinə rəsmi müraciət edib. Bu dəfə müraciəti Binəqədi rayon DYP bölməsində araşdırılıb və 07.09.2018-ci il tarixdə Binəqədi rayon Polis Şöbəsinin rəisi polis polkovniki Namiq İsmayılovun imzası ilə sürücüyə cavab məktubu göndərilib. Məktubda vətəndaşa cavab olaraq bildirilib ki, "Araşdırma zamanı "Mercedes" markalı 90-ZL-002 qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən yol hərəkəti qaydalarını pozması, yəni hərəkətin digər iştirakçıları üçün maneə yaratması faktı üzrə kifayət qədər sübutlar olmadığı üçün sürücünü inzibati məsuliyyətə cəlb etmək mümükün olmamışdır".

Binəqədi rayon DYP-nin verdiyi cavabdan belə çıxır ki, kiməsə maneə yaratmırsansa, deməli əks istiqamətə çıxaraq yol hərəkəti qaydasını pozmaq qaydalar çərçivəsində olacaq. Cavabdan başa düşmək olur ki, qanun bahalı nömrələrlə idarə edilən avtomobillərin sürücülərinə şamil olunmur və onlar belə halda qayda pozmamış sayılır. Lakin hansısa digər ucuz markalı və sadə qeydiyyat nişanlı avtomobili ilə sağdan ötmə edən avtomobilin sürücüsü "Avtoxuliqan" etmiş sayılır.

Prezident İlham Əliyev hər zaman çıxışlarında qeyd edir ki, ölkədə ictimai nəzarət olmalıdır. İctimai nəzarət olarsa cəmiyyət düzgün formalaşacaq. Lakin görünür ki, Binəqədi rayon Polis İdarəsi cəmiyyətdəki qanunsuzluqlara qarşı ictimai nəzarətə hörmətsiz yanaşır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1558   Tarix: 20 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü

Bakıda fəaliyyət göstərən "Caspian International Hospital"ın dövlət qarşısında borcu 26,5 milyon manatı ötüb. İqtisadiyyat.az xəbər verir ki, özəl tibb müəssisəsinin vergi borcu gündən-günə artmaqda davam edir. Hazırda isə hospitalın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsin

18.12.2025 155
.

Ərdoğandan strateji siqnal: sülh sazişi regionda balansı dəyişə bilər

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa indiyədək heç olmadıqları qədər yaxındırlar. O, Türkiyənin Azərbaycanla tam koordinasiya şəraitində Ermənistanla normallaşma prosesini davam etdirdiyini vurğulayaraq, "Növbəti ilin əvvəlində

18.12.2025 198
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

18.12.2025 173
.

AYNA-nın avtobusu qəzaya düşdü

BİG.AZ xəbər verir ki, bu gün saat 19:35 radələrində Bakı-Sumqayıt istiqaməti üzrə hərəkət edən 595 saylı avtobus Biləcəri ərazisində minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Lakin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. İlkin məlumatlara görə, qəza mini

18.12.2025 259
.

Bakıda narkotik satan ailəyə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışını təşkil edən ailə üzvləri: Hümbət Cəfərov, oğlu Əli və qızı Şəlalənin cinayət işi üzrə keçirilən məhkəmə iclasında hökm oxunub. xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə Cəfərov Hümbətin 11 il, Cəfərov Əlinin 9 il, Cəfərov

18.12.2025 185
.

Natiq Fərzəliyev balaca boyluların teatrını yaratdı - Azərbaycanda ilk

Azərbaycanda yeni teatr yaradılıb. "Bakı Karlik" adlanan bu teatrda balaca boylu aktyorlar cəmləşib. Teatrın direktoru aktyor Natiq Fərzəliyevdir. Direktor Qaynarinfo-ya bildirib ki, teatrda ilk olaraq "Bir gecənin nağılı" adlı tamaşa nümayiş olunacaq. Tamaşa Xalq artisti Vidadi Həsənovu

18.12.2025 284
.

Bu ərazilərdə 13° şaxta olacaq

Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən, məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq

18.12.2025 262
.

"YARARLI" ÇAĞIRIŞÇILAR NİYƏ YARARSIZ ÇIXIR? - Yaxud "Hərbi xidmətə yararlı" əsgər xəstəlikdən niyə ölməlidir?

Azpolitika xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda bu ilin dekabr ayının 15-də ölməsi ilə bağlı araşdırma aparılır. Bu barədə Hərbi Prokurorluqdan bu gün yayılan məlumatda deyildiyinə görə, ölümün səbəbini

18.12.2025 191
.

Planetin indiyə qədər gördüyü ən mürəkkəb sistem: Çin onu gizlicə qurur

Tibetin sərt qayalıqları arasında, quşun belə uçmadığı, karvanın keçmədiyi bir nöqtədə dünyanın ən iri layihələrindən biri yüksəlir. Çinin böyük gizliliklə həyata keçirdiyi 168 milyard dollarlıq bu addım təkcə bir su bəndi deyil: Asiyanın bütün su balansını vahid mərkəzdən idarə edə biləcək bir güc nümayişidir

18.12.2025 117
.

TOP MP3