700 bal toplayan gəncin qandonduran həyat hekayəsi - Ailəsi onun üçün nələrdən keçib?

700 bal toplayan gəncin qandonduran həyat hekayəsi - Ailəsi onun üçün nələrdən keçib?Elvin Dadaşsoy gənc olmasına baxmayaraq, həyatın müxtəlif sınaqlarından keçmiş və hazırda 9 filialı özündə birləşdirən "Panda School" brendinin təsisçisidir.

2000 metr yüksəklikdən başlayan həyat...

BiG.AZ azxeber.com-a istinadən xəbər verir ki, Elvin Dadaşsoy 1990-cı ildə Quba rayonunun Susay kəndində anadan olub. 2000 metr yüksəklikdə yerləşən Xınalıq kəndinə yaxın olan Susay kəndi hər tərəfdən meşə və dağlarla əhatə olunub. Qubanın mərkəzinə getmək üçün 30 km yol qət edən "Susaylı"lar rayonun mərkəzinə çatmaq üçün çox böyük çətinliklərdən keçməli olurlar. Çünki yollar və yüksəkliyin yaratdığı maneələr sözün əsl mənasında bu kəndin sakinləri üçün problemə çevrilib. Bu səbəbdən Elvin uşaqlıqda öz kəndindən başqa heç yeri görməyib. Məktəbə başlayandan sonra valideynləri yalnız dərsə bir gün qalmış Elvini özləri ilə Quba bazarına aparır, oradan məktəbli paltarları alırdılar. Bu paltarlar adətən 1-2 ölçü böyük olardı ki, bir neçə il geyinə bilsin. Bütün şanslarının Bakıda olduğunu düşünən Elvin düz 13 il paytaxt xəyalı ilə yaşayır.

7-ci sinifdə Quba üzrə Türk Liseyinə imtahan verən E.Dadaşsoy bilirdi ki, ailəsinin ildə 3000 dollar təhsil haqqı vermək gücü yoxdur. Yalnız ona ümid edirdi ki, imtahanlarda birincilik qazansın və illik ödəniş haqqından azad olsun. Yeganə şansı Quba rayonu üzrə ən yüksək nəticə göstərmək olan Elvin bu istəyinə nail olur. 100 sualdan 98-nə cavab verib liseyə qəbul olunan qəhrəmanımızı lisey rəhbərliyi qəbul etmir. Səbəb kimi maddi vəziyyətlərinin pis olduğunu göstərirlər. Beləcə Elvinin bu arzusu da ürəyində qalır. Qubada bibisigildə yaşayaraq, adi orta məktəblərdən birində oxuyur. Üç il sonra maddi səbəblərdən yenidən kəndə qayıtmalı olan Elvinin atası mal-qaranı satıb, Sumqayıtda 1 otaqlı yataqxana alır. Ailəlikcə Sumqayıta köçən ailə burada bütün gücünü Elvinin təhsilinə yönəldir. Atası gündüzlər meyvə dükanında çalışır, gecələr dayanacaqda gözətçi işləyirdi.

700 bal toplayan gənc biraz sonra başa düşür ki...

Elvinin sözlərinə görə, qəbul imtahanı zamanı bir sualın üzərində iki dəfə baş sındırıb. Çünki onun arzusu var idi. Ailəsi ona görə hər cür fədəkarlığı etmişdi və o imtahanld ən yüksək nəticə göstərməli idi. Qəbul imtahanında ən yüksək balı - 700 balı toplayan Elvin Dadaşsoyun evinə iki məmur gəlir. Ondan şəxsiyyət vəsiqəsini alan məmurlar bir neçə gün sonra onu və ailəsinə Sumqayıt şəhər İcra Hakimiyyətinə dəvət edirlər. İcra başçısı tədbirdə bildirir ki, Elvinin maddi vəziyyətini yaxşılaşdırmaq üçün 2 otaqlı ev verilməsi ilə bağlı onlara tapşırıq gəlib. Bu xəbər 1 otaqlı yataqxanada yaşayan və evdə yemək üçün stolu belə olmayan ailəni göz yaşlarına boğur. Elvin artıq ilk uğurunu qazanmışdı və 17 yaşında mənzil sahibi idi.

Universitet illərinin ilk illərində 700 ballıq eyforiyadan qurtula bilməyən Elvin geriyə sayım etməyə başlayır və ikinci kursda prezident təqaüdündən kəsilir. İngiltərədə təhsilini davam etdirmək istəyən Elvin bu arzusunu gerçəkləşdirə bilmədiyinə görə, məyus olur və bundan sonra onda yenidən əzmkarlıq yaranır. Bu hadisədən sarsılan Elvin çıxış yolunu işləməkdə görür. Tələbə ikən biznes qurmaq cəhdi boşa çıxan qəhrəmanımız müxtəlif şirkətlərdə işləyir, prezident təqaüdünün kəsilməsini valideynlərindən gizlədirdi. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Elvin əsgərlikdə qərar verir ki, qayıdanda mütləq bizneslə məşğul olacaq. Əsgərlikdə olduğu dönəmdə biznesə aid kitablar oxumağa başlayır.

Yalnız qərar var idi: Nə pul vardı, nə də şərait...

Elvin hərbi xidmətdən qayıtdıqdan sonra biznes qurmaq cəhdlərini reallaşdırmağa başlayır. Əslində onun biznes qurmaq üçün bir qəpik də olsun pulu yox idi. Bu səbəbdən nədən və necə başlayacağını bilmirdi. Sumqayıtın küçələrini gəzən Elvin yolun üstündə "Best Friends" adlı ofislə rastlaşır. İçəri daxil olanda məlum olur ki, ofisi quran şəxs təhsil mərkəzini avadanlıqları ilə birlikdə satır. Müəyyən məbləğ qarşılığında ofisi kirayələyən Elvin sosial şəbəkələrdə buranı tanıtmağa başlayır. Müəyyən müddət sonra kurs sayını 14-ə çatdıran Elvin 200-ə qədər tələbəni bura cəlb edə bilir.

İşlərini qaydasına qoyandan sonra qərara gəlir ki, "Panda School" brendini yaratsın və buna nail olur da. Hazırda "Panda School" ölkəmizin ən böyük təhsil mərkəzlərindən biridir. Paytaxtda və Azərbaycanın müxtəlif regionlarında 9 filialı var, 1000-dən artıq tələbə bu mərkəzdə təhsil alır. İndiyə qədər gəlib-getmiş tələbələrin sayı isə 3000-dən artıqdır. Qarşıda daha böyük hədəfləri olan Elvinin əsas məqqsədi 10 min insanı işlə təmin etməkdir.

Bax bu da bir azərbaycanlı gəncin uğur hekayəsi. Həyatda getdiyin yol məlumdursa və bu yolu getmək üçün cəsarət və inamın varsa, mütləq bir gün istədiyinə nail olacaqsan!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3242   Tarix: 20 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

TOP MP3