Gənclərin mobil telefon «xəstəliyi»

Gənclərin mobil telefon «xəstəliyi»Mobil telefonsuz və smartfonsuz qalma artıq psixi pozuntuya, xəstəliyə çevrilib. Britaniya və ABŞ-dakı psixiatrlarla sosioloqlar bunu "no mobile phobia" və ya "nomofobi" adlandırırlar.

Mobil telefondan məhrum qalmaq qorxusu, xüsusilə də sosial şəbəkələrə daxil ola bilməmək təhlükəsi gənclərdə ciddi təlaş, pərişanlıq və təşviş yaradır.

2008-ci ildə "nomofobi" terminin ilk dəfə işləndiyi Britaniyada 1000 telefon istifadəçisi arasında keçirilmiş anonim sorğunun maraqlı nəticələri var. Respondentlərin 66 faizi bildirib ki, mobil telefonlarını itirəndə və ya telefon əllərin altında olmayanda özlərini çox narahat, depressiyada hiss edirlər. 18-24 yaşlılar arasında bu göstiərici 76 faizə çıxır.

"SecurEnvoy" şirkətinin apardığı sorğuda iştirak edənlərin 40 faizi isə bildirib ki, iki mobil telefona malikdirlər.

"FaDa" texnologiyalar və kommunikasiyalar şirkətinin eksperti Demien Douani isə deyir: "Smartfonların satışları artdıqca, "nomofobiya"ya tutulanların statistikasında da artım var. Artıq hər kəsin mobil xidmətlərdən yararlanma imkanları var. "Hardayam", "Dostlarım haradadır?", "Sosial şəbəkələrdə statuslarda nə yazılıb?" kimi suallar gənclərin şüuülarında erroziya izləri açır".

"Mingle" şirkətinin Fransada mobil telefon sahibləri arasında keçirdiyi anonim sorğu zamanı respondentlərin 22 faizi "mobil telefon olmadan bir gün də qala bilmərəm" deyib.
15-19 yaşlılar arasında bu göstərici 34 faiz təşkil edib.

Son 10 ildə keçirilən "Beynəlxalq mobil telefonsuz gün" aksiyasının təşkilatçısı Fil Marso deyir: "İnsanlar smartfonların köləsi olmağa başlayıblar. Çünki bəzi adamlar üçün az qala bütün həyat telefonla bağlıdır. Belələri mobil telefonu itirərsə, yaxud həmin adamın mobil telefonu xarab olarsa, o şəxs az qala fəlakət yaşayır. O gün küçədə aradığı ünvanı yoldakılardan soruşmaq əvəzinə mobil telefonunda xəritəyə baxan adamla rastlaşdım".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2389   Tarix: 24 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879