«Eurovision» biletlərinin kassa satışına başlandı (VİDEO)

«Eurovision» biletlərinin kassa satışına başlandı (VİDEO)«Eurovision-2012» mahnı müsabiqəsinin iki yarımfinal və əsas məşqləri, eyni zamanda jüri finalının biletlərinin kassa satışına start verilib.

Biletlər bu gün saat 10:00-dan etibarən artıq Hökumət Evi yaxınlığındakı satış köşkündə satışa çıxarılıb. Digər beş ünvan – Heydər Əliyev Sarayının kassası (saat 11:00-19:00), Nizami, 68 ünvanında yerləşən satış köşkü (saat 11:00-19:00), «Azərbaycan» kinoteatrı yaxınlığındakı satış köşkü (saat 10:30-18:30), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kassası (11:00-19:00) və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kassasında isə (saat 11:00-19:00) bir neçə dəqiqədən sonra biletlərin satışı başlayacaq.

Vauçer satışı aşağıdakı qayda üzrə aparılır: Biletlər adlı olacaq və hər bir bilet müvafiq şəxsin adına sənədləşdiriləcək, Azərbaycan vətəndaşları üçün bilet satışı yalnız şəxsiyyət vəsiqəsi əsasında aparılacaq. 16 yaşına çatmayanların şəxsiyyətini təsdiqləyən sənəd doğum haqqında şəhadətnamə hesab olunur, Azərbaycanda yaşayan əcnəbilər üçün bilet satışı xarici pasport əsasında aparılacaq. Hər bir şəxs maksimum 10 bilet ala bilər, bu zaman digər şəxslərin də sənədləri təqdim olunmalıdır. Biletlərin satışı zamanı ödəmə nağd və kart sistemi ilə, Azərbaycan Respublikasının milli valyutası manatla olacaq, alınmış vauçer və ya bilet dəyişdirilə, qaytarıla və ya üçüncü bir şəxsə verilə bilməz.

Xatırladaq ki, xüsusi qoruma nişanı olan bu vauçerlər hər bir şəxsin «Eurovision-2012» mahnı müsabiqəsinin müvafiq şousuna bilet aldığını təsdiqləyir. Kassalarda və ya online sistemlə alınmış vauçerlər may ayının ikinci yarısından etibarən şəxsiyyəti təsdiqləyən sənəd əsasında biletlərə dəyişdiriləcək.

«Eurovision-2012» şousunun iki yarımfinal şousunun biletləri 90-150 AZN, əsas məşqlərin biletləri 30-50 AZN, jüri finalının biletləri isə 60-100 AZN arasındadır.

«Eurovision -2012»nin mayın 26-da keçiriləcək final şousuna milli kvota üzrə ayrılmış biletlərin hamısı satılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2949   Tarix: 23 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459