Abortun ər və arvadın həyatına DƏHŞƏTLİ TƏSİRİ: bu addımdan sonra...

Abortun ər və arvadın həyatına DƏHŞƏTLİ TƏSİRİ: bu addımdan sonra...Aborta normal baxan və onun əleyhinə çıxan insanlar çoxdan iki qrupa bölünüb. Belə böyük həyati məsələnin yaxşı və ya pis olmasına hər bir qadın özü qərar verir, uşağı dünyaya gətirib-gətirməməyi də özü seçir. Lakin abortun qadının fiziki sağlamlığına təsiri danılmazdır.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, ekspert, psixoterapevt Tatyana Oqneva-Salvoni abortun qadının psixologiyasında da dərin izlər qoyduğunu bildirib. Onun sözlərinə görə, bu cür prosedur təsirsiz keçə bilməz. Psixoterapevt abortun qadın həyatına mənfi təsirlərini belə izah edib.

1. Cütlüklərin münasibətlərinə təsiri

Hətta abortun həyata keçirilməsinə cütlük qarşılıqlı şəkildə qərar veribsə, bu, heç də o demək deyil ki, ərlə arvad onun haqqında unuda, bundan sonra uzun və xoşbəxt ömür sürə bilər. Qadınla kişinin bu qərarı verməsi artıq onu göstərir ki, onlar mükəmməl ailə sahibi olmağa hələ hazır deyillər və aralarında həll edə bilmədikləri müəyyən problemlər var. Bu addımla cütlüyün gələcəyə dair inamı, həmçinin bir-birinə olan etimadları sarsılır. Psixologiyada hətta belə bir termin var ki, qadın abortdan sonra öz tərəf müqabilini sanki öz ürəyindan "abort" etmiş olur.

2. Vicdan əzabı

Hətta siz abort etməkdə çox qərarlı olsanız da, bu, heç də o demək deyil ki, vicdanınız sizi narahat etməyəcək. İstənilən halda siz insan həyatını məhv etmisiniz. Və o insan bədəninizin və qanınızın bir hissəsi idi. Bunun xatirinizdən izsiz-soraqsız silinəcəyini düşünməyin. Vicdan əzabı sizi qəflətən yaxalaya bilər, amma iş işdən keçəndən sonra olunana çarə yoxdur.

3. Gələcək uşağa təsiri

Psixoterapiya praktikası göstərir ki, abortdan sonra doğulan uşaqlar depressiv olur və həyatın sərt qanunlarına uyğunlaşa bilmirlər. Onlar sanki gələcəkdən ləzzət almağı bacarmır, layiq olduqlarını hiss edə bilmirlər. Bu da onların dünyaya gələ bilməyən, valideynləri tərəfindən imtina edilən ölmüş bacı və qardaşları ilə bağlıdır.

4. Nevrotik günah hissi

Bu amil vicdan əzabından onunla fərqlənir ki, o, ilk növbədə cəmiyyətin münasibəti ilə bağlıdır. Qadın sanki həkimlərin və ətrafdakı insanların onun hərəkətini pislədiyini hiss edir. Buna görə də hamının qarşısında özünü günahkar hiss edir.

Sözsüz ki, uşağa həyat verib verməmək sizin qərarınızdır, lakin unutmayın ki, bu cür hərəkət sizin həyatınızda əbədi iz qoyacaq. Əgər aborta cəsarət edirsinizsə, onda bir müddət həyatınızdakı parlaq rəngləri itirməyə hazır olun. Ümumiyyətlə, belə çətin seçim qarşısında qalmamaq üçün müxtlif qoryucu vasitələrdən istifadə etmək həyatınızda verdiyiniz ən doğru qərarlardan biri olardı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3969   Tarix: 16 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724