Rüstəm Orucov: Dünya çempionu olmaq böyük arzumdur

Rüstəm Orucov: Dünya çempionu olmaq böyük arzumdur

Dünya idman ictimaiyyətinin diqqəti Azərbaycanın paytaxtı Bakıya yönəlib. Cüdo üzrə 32-ci dünya çempionatına artıq sayılı saatlar qalıb.

Yığma komandamızın üzvlərinin mundialda medal şansları nə qədərdir?
Yığma komandamızın qızıl medal ümidlərindən biri olan Rüstəm Orucov Metbuat.az-a açıqlama verib. Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının və dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionatının qalibi, ikiqat bürünc medalçısı Bakı mundialına hazırlığının yüksək səviyyədə olduğunu bildirdi:

"Qızıl medal qazanmağı qarşıya hədəf qoymuşam. Çalışacağam ki, mənə bəslənilən etimadı doğruldum. Dünya çempionu olmaq böyük arzumdur”.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 408 Tarix: 14.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol