Bakıda ərəblərin ölüm səbəbi – Uzunmüddətli həzzin qurbanları

Bakıda ərəblərin ölüm səbəbi – Uzunmüddətli həzzin qurbanlarıİnsanlar hər zaman əllərində olandan artığına can atıb. Daha çox pul, daha çox şöhrət və daha çox həzz…

Hamıya məlumdur ki, cinsi fəaliyyətdən daha çox həzz almaq üçün müəyyən dərmanlar istehsal olunur. Lakin ölkəmizdə bu dərmanlarda düzgün istifadə qaydaları çox adam tərəfindən bilinmir. Bu səbəbdən belə dərmanlar onu istifadə edənin həyatını itirməsinə gətirib çıxardır. Bəs cinsi həzz üçün istifadə olan bu dərmanlar niyə kişilərin həyatına son qoyur?

BiG.AZ minval.info-ya istinadən xəbər verir ki, "Viaqra" kimi cinsi istəyi artıran dərmanlardan istifadə nəticəsində dünyasını dəyişələnlərin sayı durmadan artmaqdadır.

Məsələn, bu ilin yanvar ayında Bakının nüfuzlu otellərinin birində 1962-ci il təvəllüdlü ərəb turist Məsfər Oman Əlbillahi "Viaqra" qəbul etdiyi üçün ürək tutmasından dünyasını dəyişmişdi.

Bir neçə il öncə isə Türkiyədə yaşayan, əslən azərbaycanlı müğənni Azər Bülbülün də ölümünə səbəb analoji dərmandan istifadə etməsi olmuşdu. Statistikaya əsasən ölkəmizdə analoji dərmanların ( "Viaqra", "Kamagra", "Kanvertan", "Venegra", "Vizarsin" və s. bu kimi dərmanlar) istifadəsi səbəbindən həyatını itirənlərin sayı artıb. Son günlərdə şəhərimizə gələn ərəb turistlərin arasında bir neçəsinin də, bu səbəbdən öldüyü bildirilib.

Həkimlər bildirir ki, ümumiyyətlə son 10 il ərzində "Viqara" və sinonimlərindən düzgün istifadə edilmir. 40 yaşından sonra cinsi problemlər yaşayan kişilərin həkim məsləhəti ilə istifadə etməli olduqları dərmanlar bəzi hallarda hətta yeniyetmələr tərəfindən də istifadə olunur.

Bəzi insanların ümumiyyətlə bu dərmanlardan istifadə etmələri qəti qadağandır. Ürək böhranı, iflic, beyin qanaması keçirtmiş və ya son 6 ayda həyatı təhlükə yaşamış insanlar, aşağı və ya yüksək təzyiqi olanlar, koronar damar xəstəlikləri olanlar qəti şəkildə viaqra istifadə etməməlidir.

Bakıda ərəblərin analoji dərmanların düzgün istifadə edilməməsinə görə ölməsi də geniş müzakirələrə səbəb olub. Ərəblərin həm spirtli və yaxud enegetik içkilər qəbul etməsi, üstəlik həm də cinsi performans artıran dərman istifadə etməsi ürək ritminin ciddi şəkildə pozulmasına gətirib çıxardır. Ərəblərin anatomiyasına uyğun olmayan spirtli içkilər və həddindən artıq dozda istifadə olunan performans artırıcı dərmanlar onların məhvinə səbəb olur.

Avqust ayında Bakının Nərimanov rayonunda yerləşən otellərin birində ərəb turist yüksək dozada qəbul etdiyi viaqra səbəbindən dünyasını dəyişmişdi. Buna bənzər hallar əvvəllər də baş verib.

Həkimlər bu halların yaşanmaması üçün bu cür dərmanlardan istifadə zamanı diqqətli olunmasını, yuxarıda qeyd olunan xəstəlikləri olan şəxslərin ümumiyyətlə bu dərmanlar istifadə etməmələrini tövsiyyə edir. Həkimlər məsləhət görür ki, analoji dərmanlardan istifadədən əvvəl və yaxud sonra energetik və ya spirtli içki içmək həyati risk daşıyır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3122   Tarix: 14 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997