Uşaqlıqda ölümü arzulanan məşhur

1934-cü il sentyabrın 9-da Romada yoxsullar üçün xəstəxanada bir qız uşağı dünyaya gəlir. Ona latınca mənası müdriklik olan Sofiya adını verirlər. Doğrudan da qız böyüdükcə arzularına qovuşmaq üçün həyatını müdrikliklə qurur. Amma o vaxt bu, sadəcə Sofiya Şikollone idi, uğursuzluğun qarabaqara izlədiyi əyalət aktrisası Romilda Villaninin qızı. Sofiyanın səyyar teatr aktyoru olan atası daim arvadı və uşaqlarına qayğı göstərməkdən bezərək ən ləyaqətsiz qorxaq kimi köməksiz ailəsini atıb gedir. Kənddə yaşamağın daha asan olacağını güman edən anası Neapol şəhərinə yaxın Potsuoliyə köçür. Amma burada iş tapmaq müşkül məsələ imiş. Dəniz kənarında yerləşən köhnə bir daxmada kasıblıq lap dəhşətli olur. Anası ilə Sofiya və kiçik bacısı döşəmənin üstündə bir döşəkdə yatırdı. Oyuncaqları olmadığından uşaqlar çörəyin yumşaq hissələrindən kuklalar düzəldərdilər. Hərdən onlara baş çəkən qonşu hər dəfə Sofiyaya baxanda deyərdi: "Nə olaydı bu qız öləydi. Belə yoxsul dünyada yaşamaq nəyinə lazımdır? Əziyyət çəkməyə?".

Amma neapollu qız ümidsizliyə qapılmır. Nağıllırda olduğu kimi, elə bir hadisə baş verir ki, onun bütün həyatını dəyişir. 9 yaşlı qızı teatra gətirirlər. Həmin axşam baş rolda Titana de Filipponun çıxış etdiyi "Filumen Morturano" pyesi göstərilir. Onun ifası Sofiyanı vəcdə gətirir və qız mütləq aktrisa olacağına və məhz həmin rolu oynayacağına and içir. Anası Romilda qızının gözəlliyinə əmin olduğundan onun fotoşəkillərini gözəllik müsabiqələrinə göndərir. Nəhayət, Neapolda keçirilən müsabiqələrdən birində 15 yaşlı Sofiya 2-ci yeri tutur. Priz olaraq yeniyetmə qıza Romaya qədər ödənişsiz bilet, 23 min lirə (35 dollar) verilir.

Yalnız Neapol dialektində danışmağı bacaran Sofiya Romaya köçmək üçün italyan, ingilis və fransız dillərini öyrənir. Bu azmış kimi, özünəinamsızlığın da qarşısını almalı, kino sınaqlarına dəvət olunanda çəkinməməli olur. Arzularına yetmək üçün prodüserlərin qapısı ağzında saatlarla gözləyir, yastığına nə qədər göz yaşları tökülür Sofiyanın! Bir ildən sonra Romada gözəllik müsabiqəsində Sofiya Şikolone "Miss Zəriflik" titulu qazanır. "Ruhdan düşməmək, uğursuzluğu faciə kimi qəbul etməmək, səbir və dözüm nümayiş etdirmək" - Sofiya bu sözlərlə yatır, onlarla da oyanır. Çox keçmir ki, Sofiya Ladzaro təxəllüslü gənc gözəlin fotoşəkilləri jurnalları bəzəyir. Amma onun arzusu jurnallarla işləmək deyildi. Sofiya teatr və kino arzusunda idi. Komikslərdə çəkilməyə dəvət olunanda irigözlü, mükəmməl görkəmli gözəl kinematoqrafların diqqətini cəlb edir. "Dənizlər arxasında Afrika", "Favorit qız və Zorro işarəsi", "Zəngçiçəyilər diyarı" - ilk çəkildiyi bu filmlər əyləncəli olduğundan dramatik aktrisa olmağı arzulayan Sofiya yaradıcılığından məmnun qalmır. Onun qazandığı ancaq Sofi Loren təxəllüsü olur və bu adı ilə tanınır. 1954-cü ildə rejissor Vittorio de Sikanın çəkdiyi "Neapol qızılı" filmindən sonra Sofiya özünün də gözləmədiyi məşhurluq qazanır. O, Vittorionun istəkli aktrisası olur, Vittorio isə onun sevimli rejissoru. "Vittorio de Sika mənim üçün ata, müəllim, rəhbərdir. Sadəcə, gözəl bir qızın xarici aləmindən boylanaraq o istedadımı gördü, mənə işləməyi öyrətdi, Sofi Loren yaratdı". Bundan sonra "İtalyansayağı evlənmə" filminə çəkilir. Bax onda Sofiyanın uşaqlıq arzusu yerinə yetir. O, Filumen Morturanoda oynadı. Özü də necə! Vittorio de Sikanın növbəti filmi "Günəbaxan"da o, əvvəlki kimi, Marçello Mastroyani ilə çəkildi. Covanni rolu ehtiraslılığı və səmimiliyi ilə Lorenin təbiətinə yaxın idi. Aktrisa onun karyerasında ən maraqlı rol olduğunu söyləyir. Bundan sonra "Keşişin arvadı" filmində Loren bir daha Marçello Mastroyani ilə birlikdə işləyir (istər ekranda, istərsə də həyatda onların ümumi cəhətləri çox idi: hər ikisi kasıb ailədən çıxmış və uşaqlıq illəri çətin keçmişdi). O, səmimiliyi, sadəliyi və təbiiliyi ilə Sofiyanın xoşuna gəlirdi. Tezliklə kraliça Elizabetin dəvəti ilə aktrisa İngiltərəyə gedir. Sonra onu Almaniyada, nəhayət, Hollivudda çəkilməyə dəvət edirlər. "Qürur və ehtiras", "Neapol körfəzi" filmlərindəki rolları aktrisaya şöhrət qazandırır. Hollivud onu seks-bomba etməyə çalışır, amma Loren özü buna can atmır. Yaradıcılıq azadlığı - onun üçün əsas bu idi! "Sid", "Roma imperiyasının süqutu", "Qarağac altında eşq" kimi filmləri əsl sənət əsərləri adlandırmaq olar.

12 filmdə çəkildikdən və 2 milyon dollar qazandıqdan sonra Loren vətəninə qayıdır. Burada 20 yaşlı Sofiya müsabiqələrdən birində tanış olduğu prodüseri, özündən 20 yaş böyük milanlı hüquqşünas Karlo Ponti ilə ailə qurur. Sofiya yenidən de Sika ilə işləməyə başlayır. "Çoçara" filmində Çezira roluna görə "Oskar" qazanır. Ponti ilə evlilik həm Sofiya, həm də Karlo üçün hər mənada uğurlu olur. 1969-cu ildə onların Karlo adlı oğlu doğulur. Aktrisa əsl qayğıkeş ana olur. Dörd il sonra isə həkimlərin rəyinə məhəl qoymadan onların ikinci oğlu - Eduardo dünyaya gəlir. Onun doğulması Sofiyaya həyatı bahasına başa gələ bilərdi. Ailəsinin xatirinə o, artistlik karyerasından əl çəkməyə belə hazır idi, amma Ponti qəti surətdə buna etiraz edir. O, çətin günlərində Sofiyaya dayaq olur. 70-ci illərdə aktrisanın populyarlığı azalanda Ponti fikirləşib Lorenin özünün yazdığı "Yaşayaraq və sevərək" avtobioqrafiya kitabını hazırlayır, 1980-ci ildə isə "Sofi Loren tarixi" filmini çəkir. Həmin filmdə aktrisa iki rola çəkilir: anası - Romilda Villanini və özü - Sofiya Şikolone, Sofiya Loren.

Aktrisa 1951-ci ildə Frederiko Fellininin "Varyete işıqları" (varyete - xarici ölkələrdə: yüngül janrlı tamaşalar göstərən teatr - red.) filminə çəkilir. Bundan iki il sonra isə o, "Afrika dənizlər arxasında" adlı ilk yarısənədli filmdə rol alır. Verdinin "Aida" operasının ekranlaşdırılmasında parlaq rolu onun ən böyük uğurlarından olur. İlk vaxtlar Ponti "Ağ qullar alveri" (1953) kimi aztanınan filmlərdə özünün sevimlisini seks-bomba kimi təqdim edir. Çox vaxt bu filmlərdə hadisələr qeyri-adi şəraitdə cərəyan etsə də, Loren tamaşaçıların qarşısında modabazlıq nümayiş etdirir. Gələcək ulduz çılpaqlığından utanmır, hətta bir sıra filmlərdə onu topless (sinəsiaçıq) görmək olur. Nəhayət, 50-ci illərdə Sofiya İtaliyanın seks-simvolu olur. Onun İtaliyadan xaricdə prokata çıxarılan ilk filmi Entonni Kuinlə birgə çəkildiyi "Atilla - Tanrı bəlasıdır" filmi (1955) olur.

Kino tənqidçilərinin diqqətini Loren ilk dəfə Vittorio de Sikanın "Neapol qızılı" (1954) filmində cəlb edir. Burada o, coşquntəbiətli neapollu dükançı qadın rolunu canlandırır. Hələ uşaqlıq illərindən ona yaxşı tanış olan sadə qadınların obrazını yaratmaq onda çox yaxşı alınır və tənqidçilər tərəfindən müsbət qarşılanır. Həmin film Amerika prokatında uğur qazanmasa da, aktrisa xaricdə də tanınır və dəyərləndirilir. 1957-ci ildə Sofi Loren ilk dəfə ingilis dilində "Delfinə minmiş oğlan" filminə çəkilir. Bundan sonrakı "Qürur və ehtiras" filmi isə Lorenin həyatına təkcə iş yox, həm də sevgi bəxş edir. Filmdə o, Keri Qrant personajının sevgilisini oynayır və həmin rolu real həyata gətirir. Bütün qadınlar kimi, aktrisanın da həyatında sevgi ən vacib əhəmiyyət kəsb edir.

Sofi Lorenin istedadını Vittorio de Sika qədər heç kim aşkara çıxara bilmir. Jan-Pol Belmondonun "Çoçaro" filmindən (1961) sonra Loren Kann festivalının "Ən yaxşı qadın roluna görə" prizinə və "Oskar"a layiq görülür. İlk dəfə idi ki, bu nominasiya üzrə mükafat qeyri-ingilis dilində çəkilmiş filmə görə verilirdi. Sofi Lorenin çəkildiyi "İtalyansayağı evlənmə" filmi (1964) Moskva kinofestivalının prizinə layiq görülür. Həmin filmdə, eləcə də "Dünən, bu gün, sabah" (1963) və "Günəbaxan" (1970) filmlərində Sofi Lorenin partnyoru Marçello Mastroyani olur. Burada onlar kino tarixinin ən gözəl duetlərindən birini yaradırlar.

1957-ci ildən başlayaraq Loren Hollivuda dəvət olunur. Sofi könülsüz olsa da, MGM və Paramount Pictures şirkətləri ilə müqavilə əsasında uğurla işləyir. "Çəhrayı paltarlı iblis" (1960) filmində aktrisa ilk dəfə özünü sarışın qıza çevirir. "Roma imperiyasının süqutu" filmindəki roluna görə Loren dünyada yeganə görünməmiş məbləğdə - milyon dollar qonorar alır. 1967-ci ildə dahi Çarli Çaplinin sonuncu - "Honq Konqdan gəlmiş qrafinya" filmində əxlaqsız rus qadınının obrazını canlandırır.

17 il (1957-1974) ərzində Sofi Lorenə demək olar, bütün populyar aktyorlar və Hollivudun seks-simvolları Entoni Perkinsom, Entoni Kuin, Klark Qeybl, Piter Sellers, Çarlton Heston, Alek Ginnes, Pol Nyuman, Qreqori Pek, Marlon Brando, Piter O’ Tul, Riçard Byorton və Jan Qaben ilə işləmək müyəssər olur. 1970-ci illərin 2-ci yarısında Loren filmlərdə seyrək görünür, 1984-cü ildən isə tək-tək filmlərə çəkilir.

Həyatında neçə-neçə gözlənilməz hadisələrə baxmayaraq Sofi Loren keçmişi ilə fəxr edə bilər. Bu keçmişdə onun müvəffəqiyyətsizliklərindən çox, uğurları olub.

Uşaqlıqda ölümü arzulanan məşhur Uşaqlıqda ölümü arzulanan məşhur Uşaqlıqda ölümü arzulanan məşhur Uşaqlıqda ölümü arzulanan məşhur Uşaqlıqda ölümü arzulanan məşhur Uşaqlıqda ölümü arzulanan məşhur Uşaqlıqda ölümü arzulanan məşhur Uşaqlıqda ölümü arzulanan məşhur Uşaqlıqda ölümü arzulanan məşhur Uşaqlıqda ölümü arzulanan məşhur Uşaqlıqda ölümü arzulanan məşhur


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 10341   Tarix: 02 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660