Pomidoru şəkər tozuna batırın, təsiri sizi heyran edəcək

Pomidoru şəkər tozuna batırın, təsiri sizi heyran edəcək
Gözəlliyinizi qorumaq üçün bahalı kremlərə qaçmaq lazım deyil. Elə soyuducunuzdakı məhsullar da işə yarayar.

Məsələn elə pomidor. Bu nemətin qan-damar sistemi üçün faydalı olduğunu bilirdik. Amma daha bir faydası dərinin dostu olmasıdır.

Pomidoru püre halında üzə sürtəndə dərinin rəngini açır. Günəş ləkələrini soldurur.

Daha bir faydası isə pilinq funksiyasıdır. Amma bunun üçün şəkər tozu da lazımdır.

Pomidoru yarı bölüb şəkər tozu olan qaba batırın. Sonra incə hərəkətlərlə üzünüzü masaj edin. On dəqiqə saxlayıb soyuq suyla yuyun. Beləcə dəriniz həm ölü hüceyrələrdən təmizlənəcək, həm də hamar və parlaq olacaq.(publika)


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1729 Tarix: 09.09.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol